Məhkəmə qərarları › İş №e-2(036)-3529/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-3529/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-3529/2025 15.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət sədrliyi, Məhkəmə iclas katibi Qarazadə Ənvər Samiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nəğd kredit üzrə 14500.11 (on dörd min beş yüz manat, on bir qəpik) manat əsas borc, 33.21 (otuz üç manat, iyirimi bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 14533.32 (on dörd min beş yüz otuz üç manat, otuz iki qəpik) manat borcun, kart limiti üzrə 242.53 (iki yüz qırx iki manat, əlli üç qəpik) manat əsas borcun, 10.12 (on manat, on iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 252.65 (iki yüz əlli iki manat, altmış beş qəpik) manat borc və ödənilmiş 133.60 (yüz otuz üç manat, altmış qəpik) manat dövlət rüsumunun və 0,80 (səksən qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: iddiaçı "xxxx" ASC ilə X4 arasında xx.xx.2023-cü il tarixli, BPM**********62 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 17 %-lə, 59 ay müddətinə 15000 manat nəğd kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixli, BPM**********45 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kart limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X4 oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X4 oğlundan qalmış mirası cavabdeh qəbul etmişdir. Bankın “Şirvan” filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X2 Banka ödənilməmiş nəğd kredit üzrə 14500.11 manat əsas borcu, 33.21 manat faiz borcu qalmışdır. Həmçinin, bankın “Şirvan” filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X2 Banka ödənilməmiş kart limiti üzrə 242.53 manat əsas borcu və 10.12 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi Nümayəndə1 elektron məhkəmə sistemi vasitəsi ilə müraciət edərək təyin edilmiş məhkəmə iclasını iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" ASC-nin İmişli filialı ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********62 nömrəli kredit Müqaviləsindən görünür ki, Bank tərəfindən X3 59 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə hesablanmaqla, 15000 manat məbləğində kredit verilmişdir. - "xxxx" ASC-nin İmişli filialı ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********45 nömrəli kredit Müqaviləsindən görünür ki, Bank tərəfindən X3 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kredit verilmişdir. - "xxxx" ASC-nin İmişli filialının xx.xx.2023-cü il tarixli məxaric orderinin surətindən görünür ki, X4 tərəfindən 1629 AZN məbləğində krediti vəsaitini almışdır. - "xxxx" ASC-nin İmişli filialının xx.xx.2023-cü il tarixli məxaric orderinin surətindən görünür ki, X4 tərəfindən 750 AZN məbləğində krediti vəsaitini almışdır. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan X2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 14500.11 manat əsas və 33.21 faiz borcu manat olmaqla, cəmi 14533.32 manat məbləğində kredit borcu və 134 manat rüsum üzrə tələb olunan borcu vardır. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan X2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 242.53 manat əsas və 10.12 faiz borcu manat olmaqla, cəmi 252.65 manat məbləğində kredit borcu və 30.4 manat rüsum üzrə tələb olunan borcu vardır. - İmişli Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 372234 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə ölmüşdür. - İmişli Regional “Asan” Xidmət” Mərkəzinin Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, V-73/2024 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X4 adına İmişli Regional “Asan” Xidmət” Mərkəzinin Notariat Ofisində vərəslik işi açılmışdır və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - "xxxx" ASC tərəfindən X3 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 59 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən əsas borc üzrə 14500.11 manat və buna müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. İmişli Regional “Asan” Xidmət” Mərkəzinin Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, V-73/2024 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh olduğu müəyyən edilmişdir. Qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin 3 (üç) gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - "xxxx" ASC tərəfindən X3 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən əsas borc üzrə 243.39 manat və buna müvafiq olaraq hesablanmış 9.26 manat faiz borcu mövcuddur. İmişli Regional “Asan” Xidmət” Mərkəzinin Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, V-73/2024 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh olduğu müəyyən edilmişdir. Qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin 3 (üç) gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC-nin İmişli filialı ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********62 nömrəli kredit Müqaviləsindən görünür ki, Bank tərəfindən X3 59 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə hesablanmaqla, 15000 manat məbləğində kredit verilmişdir. Həmçinin "xxxx" ASC-nin İmişli filialı ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********45 nömrəli kredit Müqaviləsindən görünür ki, Bank tərəfindən X3 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və bu səbəbdən borcalan X2 Banka kredit borcu yaranmışıdr. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə borcalan X4 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və iş üzrə Cavabdeh onun vərəsəsi kimi tanınmışdır. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM- 739.2.) Həmin maddənin xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən isə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 746-2.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir. Həmim Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən: Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq məhkəmə hesab edir ki, X4 iddiaçı "xxxx" ASC ilə bağladığı müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni vəfat etdiyi vaxtdan sonra müqavilə şərtlərinə əsasən ödənişlər vaxtında aparılmamış öhdəliyin icrası gecikdirilmişdir və bu səbəbdən Bank qarşısında hazırda borclunun vərəsəsi məsuliyyət-cavabdehlik daşıyır. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizin ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə borcun həcmi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan X2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 14500.11 manat əsas və vəfat etdiyi tarixə 33.21 manat faiz borcu hesablanmaqla, cəmi 14533.32 manat məbləğində kredit borcu və xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan X2 xx.xx.2025-ci il tarixli kredit müqaviləsi üzrə 242.53 manat əsas və vəfat etdiyi tarixə 10.12 manat faiz borcu hesablanmaqla, cəmi 252.65 manat məbləğində kredit borcu vardır. Göründüyü kimi, iddiaçı tələb etdiyi faiz borcunun borclunun vəfat etdiyi tarixədək hesablandığını göstərmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 14500.11 (on dörd min beş yüz manat, on bir qəpik) manat əsas borc, 33.21 (otuz üç manat iyirimi bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 14533.32 (on dörd min beş yüz otuz üç manat otuz iki qəpik) manat borc və kart limiti üzrə 242.53 (iki yüz qırx iki manat əlli üç qəpik) manat əsas borcun, 10.12 (on manat, on iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 252.65 (iki yüz əlli iki manat altmış beş qəpik) manat borc və ödənilmiş 133.60 (yüz otuz üç manat, altmış qəpik) manat dövlət rüsumunun və 0,80 (səksən qəpik) manat xidmət haqqı tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 14500.11 (on dörd min beş yüz manat, on bir qəpik) manat əsas borc, 33.21 (otuz üç manat iyirimi bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 14533.32 (on dörd min beş yüz otuz üç manat otuz iki qəpik) manat borc və kart limiti üzrə 242.53 (iki yüz qırx iki manat əlli üç qəpik) manat əsas borcun, 10.12 (on manat, on iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 252.65 (iki yüz əlli iki manat altmış beş qəpik) manat borc və ödənilmiş 133.60 (yüz otuz üç manat, altmış qəpik) manat dövlət rüsumunun və 0,80 (səksən qəpik) manat xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar