Məhkəmə qərarları › İş №e-2(036)-3709/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-3709/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-3709/2025 07.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı Cavabdeh1 14 fevral 2019-cu il tarixli 04 saylı kredit müqaviləsi üzrə əsas borc 6239,19 manat, faiz borcu 4413,46 manat olmaqla, cəmi 10652,65 manat borc məbləğinin İddiaçı QSC-nin xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına İddiaçı QSC-yə olan 10652,65 manat kredit borcunun və ödənilmiş 121.96 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı QSC-nin İmişli filialı ilə İmişli rayonu, Aranlı kəndində yaşayan X2 arasında bağlanmış 14 fevral 2019-cu il tarixli 04 saylı kredit müqaviləsinə əsasən iri buynuzlu heyvanların alınması məqsədi ilə Asəf Nuralıyeva illik 5%lə 36 ay müddətinə 6000 manat və illik 21%-lə 36 ay müddətinə 6000 manat kredit verilmişdir. Alınmış kreditin təminatı kimi, Cavabdeh2 məxsus İmişli rayonu, Aranlı kəndində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və bununla bağlı İddiaçı QSC–nin İmişli filialı ilə ipoteka qoyanlar arasında 18 fevral 2019-cu il tarixli 04 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və ipoteka hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. X1 xx.xx.2025-ci il tarixə kredit təşkilatına olan əsas borcu 6239,19 manat, faiz borcu 4413,46 manat olmaqla, cəmi 10652,65 manat borc təşkil edir. xx.xx.2021-ci il tarixli İmişli rayon qeydiyyat şöbəsindən verilmiş “ölüm haqqında şəhadətnamə”dən göründüyü kimi X3 11 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyəti Başçısının Aranlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 fevral 2025-ci il tarixli 58 saylı məktubundan göründüyü kimi X3 yaşadığı müddətdə Cavabdeh1 ilə rəsmi nikahda olmuş və X1 ölümündən sonra da Cavabdeh1 mərhum ilə birgə yaşadığı ünvanda yaşamaqda davam edir. Həmin məktubdan göründüyü kimi Cavabdeh1 mərhum əri X1 qanunla müəyyən edilmiş müddət ərzində mirasından imtina etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq, mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı 11 və 12-ci bəndlərində qeyd olunur ki, mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan və əna əlavə olunmuş sənədlərdən görünür ki, kredit müqaviləsi sahibkarlıq fəaliyyəti məqsədilə bağlanmışdır. Kredit ipoteka ilə təmin edilmiş, ipoteka qoyan cavabdeh də sahibkarlıq fəaliyyəti subyektidir. Məhkəmə hesab edir ki, cavabdehlərdən birinin borclunun hüquqi varisi qismində çıxış etməsi mübahisənin kommersiya xarakterini dəyişmir, çünki tələblərdən biri sahibkarlıq fəaliyyəti ilə bağlı kredit öhdəliyinin təminatına yönəldilmişdir. Məhkəmə hesab edir ki, mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı öhdəliyin icrası və onun təminatından irəli gəldiyindən hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar