Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-3910/2025 09.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağayeva Gülsaba Xeyrulla qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh qarşı «borc» tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 976,12 manat məbləğində əsas, 25,69 manat faiz, 62,63 manat AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan illik (5%) faiz borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin, həmçinin texniki yanlışlıq nəticəsində ödənilmiş 1064 manat dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 259.0.11. İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə vurğulayır ki, ərizənin baxılmamış saxlanılması barədə müraciətin həll edilməsi ilə bağlı Mülki Prosessual Məcəllənin “Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat” adlanan 23- 1-ci fəslində xüsusi normalar nəzərdə tutulmadığından, məhkəmə MPM-in 13.4-cü maddəsini tətbiq edərək, 259.0.11-ci maddəsi əsasında ərizənin baxılmamış saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə müvafiq qərardadın iddia icraatına keçmədən qəbul edilməsini onunla əsaslandırır ki, iddia icraatına keçirildiyi təqdirdə işin məhkəmə baxışına hazırlanması ilə bağlı məhkəmə iclasının təyin edilməsi nəzərdə tutulur ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur (“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarı). Bu baxımdan iddia ərizəsinin geri qaytarılması ilə bağlı ərizənin həll edilməsi üçün iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsi, hazırlıq iclasının keçirilərək, cavabdehin razılığının alınması üçün məhkəmə baxış iclasının təyin olunmasına məhkəmə lüzum görmür. Eyni zamanda hazırlıq iclasında da müvafiq razılıq tələb olunmadığından, sadələşmiş icraat qaydasında iddiaçının ərizəsinə baxılıb qiymət verilməsinə hər hansı maneə görünmür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf müvafiq ərizə ilə məhkəməyə müraciət etdiyindən mülki işin iddia icraatına keçirilməsinə zərurət və əsas yoxdur. Odur ki, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.2-ci maddəsinə və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.2-ci bəndinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli **********38 nömrəli qəbz əsasında AsanPay ödəniş portalı vasitəsilə texniki səhv olaraq ödənilmiş 1064 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli **********38 nömrəli qəbz əsasında AsanPay ödəniş portalı vasitəsilə texniki səhv olaraq ödənilmiş 1064 (bir min altmış dörd) manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2025, saat: 10:07:00) dövlət büdcəsindən İddiaçı ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsaba Ağayeva.
Məhkəmə qərarları › İş №e-2(036)-3910/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-3910/2025
09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver