Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-447/2022 25.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu İddiaçı MMC-nin cavabdehlər, Cavabdeh1 və qeyrisinə qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdehlər, Cavabdeh1 və qeyrisinə qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 924.94 manat əsas borc, 196.46 manat cərimə, 31.21 manat dövlət rüsumu, cəmi 1152.61 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan 29.05.2019-cu il tarixli İMK01682 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh1 həmin tarixdə İddiaçı MMC-dən 628.95 manat dəyərində SAMSUNG SM- A750FZİUCAU Pink markalı telefon və 705.13 manat dəyərində Acer EX2519/Processor N3060/Ram 4GB/HDD 500 GB/ıntel HD/DVD-RW/Free D/Black markalı notebook nisyə almışdır. İşdə olan 29.05.2019-cu il tarixli İMK01682-Z nömrəli Zaminlik müqaviləsinin surətinə əsasən Cavabdeh2 Cavabdeh1 ilə İddiaçı MMC-nin arasında bağlanmış 29.05.2019-cu il tarixli İMK01682 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdən görünür ki, Cavabdeh1 25.02.2019-cu il tarixli MHDK00473 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 924.94 manat borclu qalmış və hesabına 196.46 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin xeyrinə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 924.94 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 31.21 manat tutulmalı və cərimə borcu isə əsas borca uyğun olaraq azaldılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 924.94 (doqquz yüz iyirmi dörd manat doxsan dörd qəpik) manat əsas borc, 5.00 (beş) manat cərimə və dövlət rüsumuna görə 31.21 (otuz bir manat iyirmi bir qəpik) manat pul alınıb İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(036)-447/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-447/2022
25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver