Məhkəmə qərarları › İş №e-2(036)-46/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-46/2024

29.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-46/2024 29.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüquqi əsasında geri qaytarılması tələbi dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6648,33 manat məbləğində vəsaitin, 86,48 manat dövlət rüsmunun və 0,40 manat bank xidməti xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** BK *** dövlət qeydiyyat nişanlı “VAZ 21063 markalı” avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JE *** dövlət qeydiyyat nişanlı “X2 markalı” nəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdə yol – nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən ** BK *** dövlət qeydiyyat nişanlı “VAZ 21063 markalı” nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** JE *** dövlət qeydiyyat nişanlı “X2 markalı” nəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** JE *** dövlət qeydiyyat nişanlı “X2 markalı” nəqliyyat vasitəsinə vurulan zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 11705,62 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma 11605,62 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmir edilməsi üçün təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən 4957,29 manat məbləğində vəsait "xxxx" ASC-nin hesabına ödənildiyindən, ödənilmiş məbləğ sığorta ödənişi məbləğindən çıxarılmışdır. xx.xx.2020-ci il tarixində qalıq məbləğ olan 6648,33 manat subroqasiya hüquqi əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir.

3. Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş, TP ******* nömrəli, xx.xx.2019-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnxzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində inzibati tənbeh edilmişdir.

4. Cavabdeh tərəfindən idarə olunan ** BK *** dövlət qeydiyyat nişanlı “VAZ 21063 markalı” avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JE *** dövlət qeydiyyat nişanlı “X2 markalı” nəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdə yol – nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur.

5. Sığortalı ** JE *** dövlət qeydiyyat nişanlı “X2 markalı” nəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir.

6. ** JE *** dövlət qeydiyyat nişanlı “X2 markalı” nəqliyyat vasitəsinə vurulan zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 11705,62 manat məbləğində müəyyən edilmişdir.

7. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma 11605,62 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmir edilməsi üçün təmir mərkəzinin hesabına köçürülmüşdür.

8. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən 4957,29 manat məbləğində vəsait "xxxx" ASC-nin hesabına ödənildiyindən, ödənilmiş məbləğ sığorta ödənişi məbləğindən çıxarılmışdır.

9. xx.xx.2020-ci il tarixində qalıq məbləğ olan 6648,33 manat subroqasiya hüquqi əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir.

10. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən 2013-cü il buraxılışlı “X2” markalı, ** JE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xəcləri 9920.02 manat məbləğində müəyyən edilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 dekabr 2023-cü il tarixli, 9/887 saylı rəyindən müəyyən olunur ki, təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktı üzrə aparılımış ekspertiza tədqiqatına əsasən 2013-cü il buraxılışlı “X2” markalı, ** JE *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 6838 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 5273 manat, təmir-bərpa işlərinin qiyməti 1565 manat müəyyən edilir. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri

12. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdeh iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçıya məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

15. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

19. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir

20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanunu

22. Maddə 63.1. Bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

29. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

30. Belə ki, iş materialları ilə müəyyən olur ki, "xxxx" ASC tərəfindən ** JE *** dövlət qeydiyyat nişanlı “X2” markalı avtomobilə maddi ziyana görə 11705,62 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən idarə olunan «VAZ 21063» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Paşa Sığorta ASC tərəfindən “Avtonəqliyyat vasitəsinin tam sığortası” növü üzrə sığortalanmış ** JE *** dövlət qeydiyyat nişanlı X2 markalı nəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara «VAZ 21063» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli bilinmişdir.Sığortalı ** JE *** dövlət qeydiyyat nişanlı X2 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi ödənməsi ilə bağlı Paşa Sığorta ASC-yə zərərçəkən müraciət etmişdir. ** JE *** dövlət qeydiyyat nişanlı X2 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, ”Zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata” əsasən 11705,62 manat məbləğində müəyən edilmişdir."xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na azadolma 11605,62 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmi edilməsi üçün təmir təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4957,29 (dörd min doqquz yüz əlli yeddi manat, iyirmi doqquz qəpik) manat məbləğində vəsait ödənilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktı üzrə aparılımış ekspertiza tədqiqatına əsasən 2013-cü il buraxılışlı “X2” markalı, ** JE *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 6838 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 5273 manat, təmir-bərpa işlərinin qiyməti 1565 manat müəyyən edilir.

31. Məhkəmə hesab edir ki, ekspertizanın rəyi qanuni və əsaslı olub, digər sübutlarla öz təsdiqini tapıb, i.in faktiki hallarına uyğun olduğuna görə qəbul edilməli, 2013-cü il buraxılışlı “X2” markalı, ** JE *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə həmin avtomobilin təmir-bərpa xərci 6838 manat kimi qiymətləndirilməlidir. Belə olan halda, avtomobilin təmir-bərpa xərci 6838 manat kimi qiymətləndirilərək, həmin məbləğdən cavabdehin icbari sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmiş 4957,29 (dörd min doqquz yüz əlli yeddi manat, iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti çıxılmaqla ( 6838manat-4957,29 manat ), cəmi 1880,71 manat məbləğində iddia tələbinin təmin edilməsi daha məqsədəmüvafiq, qanuni və əsaslı hesab edilməlidir.

32. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

35. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

36. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

37. Məhkəmə cavabdehin irəli sürdüyü dəlilləri işin digər halları ilə müqayisəli surətdə tədqiq edərək hesab edir ki, həmin dəlillər əsasız olub başqa sübutlarla öz təsdiqini tapmayaraq təkzib olunduğuna görə rədd edilməlidir.

38. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandiraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilərək Cavabdeh 1880,71 manat məbləğində pul vəsaiti alınıb verilməli və cavabdehdən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 86,48 manat dövlət rüsumunun 24.46 manat hissəsi və 0.40 manat bank xidməti xərci tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 86,48 manat dövlət rüsumunun 62,02 manat hissəsi isə iddiaçı "xxxx" ASC-nin özünə aid edilməlidir.

39. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 35.86 manatı iddiaçı "xxxx" ASC-dən və 14.14 manatı isə Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüquqi əsasında geri qaytarılması tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh 1880,71 manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 86,48 manat dövlət rüsumunun 24.46 manat hissəsi və 0.40 manat bank xidməti xərci Cavabdeh alınıb iddiaçı"xxxx" ASC-nin xeyrinə ödənilsin və 62,02 manat hissəsi isə iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 35.86 manatı iddiaçı "xxxx" ASC-dən və 14.14 manatı isə Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar