Məhkəmə qərarları › İş №e-2(036)-461/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-461/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-461/2024 25.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, İddiaçı ASC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddiasına dair mülki işə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia qaldıraraq Cavabdeh 3252.69 ABŞ dolları əsas borc, 3013.89 ABŞ dolları faiz borcu, 634.23 ABŞ dolları cərimə borcu, 900.45 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borc və ödənilmiş dövlət rüsumuna görə 130 manat tutulub İddiaçı ASC-nin (Ləğv prosesindədir) xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışına hazırlanması baxılması mərhələsində İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin geri qaytarılması haqqında ərizə verərək işin baxılmamış saxlanmasını xahiş etmişdir. AR MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, öz istəyi nəzərə alınaraq İddiaçı ASC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı ASC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar