Məhkəmə qərarları › İş №e-2(036)-465/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-465/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-465/2024 19.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 589.69 manat məbləğində hərracın keçirilməsi xərci və 825.56 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci) cəmi 1415.25 manat pul məbləğinin və həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 34.15 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-48/2021 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “avtomobil kredit müqaviləsi” üzrə borcun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, cavabdehdən ümumilikdə 19344.60 ABŞ dolları məbləğində pul məbləğinin İddiaçı ASC xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan “KİA Optima” markalı, **-CU-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin İddiaçı ASC –yə ödənilməsi qət edilmişdir. Məhkmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, 589.69 manat məbləğində hərracın keçirilməsi xərci və 825.56 manat məbləğində icra ödənişi Cavabdeh əvəzinə İddiaçı ASC tərəfindən ödənilmişdir. İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 66 saylı sifariş məktubuna əsasən “KİA Optima” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən ipoteka haqqında Azərbaycan Respublikası qanununa əsasən ipoteka predmeti ipoteka saxlayana təklif edilmişdir. X2 Auction” MMC-nin xx.xx.2022-ci il tarixli 120 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 43.7-ci maddəsinə müvafiq olaraq Cavabdeh məxsus olan “KİA Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir.

3. Hərrac Təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 112 saylı hesab fakturasından göründüyü kimi Cavabdeh məxsus “KİA Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılması ilə əlaqədar 589.69 manat məbləğində xidmət haqqı ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur.

4. xx.xx.2022-ci il tarixli №274137116 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-nin hesabına xx.xx.2022-ci il tarixli EQ seriya EBCK №737509 saylı hərrac xidmətinin dəyəri olaraq 499.74 manat ödənilmişdir.

5. xx.xx.2022-ci il tarixli №274137117 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC təəfindən X1 hesabına Cavabdeh işi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EQ seria EBCK №737509 əsasən 89.95 manat ƏDV ödənilmişdir.

6. xx.xx.2022-ci il tarixli №274137102 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına Cavabdeh işi ilə əlaqədar 7 faiz 825.56 manat məbləğində icra ödənişi ödənilmişdir.

7. Göründüyü kimi 589.69 manat məbləğində hərracın keçirilməsi xərci və 825.56 manat məbləğində icra ödənişi Cavabdeh əvəzinə İddiaçı ASC tərəfindən ödənilmişdir.

8. Cavabdeh məhkəməyə etiraz təqdim edərək İddiaçı ASC-nin irəli sürdüyü borc məbləği ilə razı olmadığını, müqavilənin şərtinin iddiaçının özünün pozduğunu bildirmiş və onun ipoteka yükü olan avtomobili banka təqdim etdiyini , ona görə də bankın irəli sürdüyü iddianın əsassız olduğunu bildirmiş və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir.

9. Məhkəmə etiraza müvafiq olaraq xx.xx.2024-cü il tarixli qərardadla işə iddia icraatı qaydasında baxılmasına qərar vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı ASC nin nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş etdi.

12. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq İcra haqqında Azərbaycan Respublikası Qanunu

13. Maddə 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.

14. Maddə 78.1. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır.

15. Maddə 79.1. İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir.

16. Maddə 79.2.1. borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf olunan xərclər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır.

17. Maddə 81.1. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

22. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmənin mövqeyi

30. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.

31. Belə ki, iş materialları ilə müəyyən olur ki, «Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-48/2021 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “avtomobil kredit müqaviləsi” üzrə borcun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, cavabdehdən ümumilikdə 19344.60 ABŞ dolları məbləğində pul məbləğinin İddiaçı ASC xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan “KİA Optima” markalı, **-CU-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti İddiaçı ASC – yə ödənilmsəi qət edilmişdir. Məhkmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 66 saylı sifariş məktubuna əsasən “KİA Optima” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən ipoteka haqqında Azərbaycan Respublikası qanununa əsasən ipoteka predmeti ipoteka saxlayana təklif edilmişdir. X2 Auction” MMC-nin xx.xx.2022-ci il tarixli 120 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 43.7-ci maddəsinə müvafiq olaraq Cavabdeh məxsus olan “KİA Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac Təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 112 saylı hesab fakturasından göründüyü kimi Cavabdeh məxsus “KİA Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılması ilə əlaqədar 589.69 manat məbləğində xidmət haqqı ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli №274137116 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-nin hesabına xx.xx.2022-ci il tarixli EQ seriya EBCK №737509 saylı hərrac xidmətinin dəyəri olaraq 499.74 manat ödənilmişdir. xx.xx.2022-ci il tarixli №274137117 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC təəfindən X1 hesabına Cavabdeh işi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EQ seria EBCK №737509 əsasən 89.95 manat ƏDV ödənilmişdir. xx.xx.2022-ci il tarixli №274137102 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına Cavabdeh işi ilə əlaqədar 7 faiz 825.56 manat məbləğində icra ödənişi ödənilmişdir.

32. Nəticədə borclunun bank qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.

33. Cavabdeh icra ödənişləri üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı icra xərcləri və icra ödənişləri üzrə məbləğin borcludan tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur.

34. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Eyni zamanda nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

38. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

39. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

40. Beləliklə, iş materialları ilə müəyyən olur ki, borclunun öhdəliyinə aid edilmiş icra ödənişləri və icra hərəkətlərinin həyata keçirilməsinə görə çəkilmiş digər xərclər tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir və buna görə tələbkar tərəfindən ödənilmiş ödənişlər borcludan tutularaq İddiaçı ASC –yə ödənilməlidir.

41. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğu üçün təmin edilməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin olunsun. Cavabdeh məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 589.69 manat məbləğində hərracın keçirilməsi xərci və 825.56 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), cəmi 1415.25 manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 34.15 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar