Məhkəmə qərarları › İş №e-2(036)-481/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-481/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-481/2024 08.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi və iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər, Cavabdeh1 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər, Cavabdeh1 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib İddiaçı ASC-nin xeyrinə cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9439.96 manat əsas borc, 720.87 manat faiz borcu, 33.29 manat cərimə borcu və 120.58 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə bildirməmişlər. İddiaçı ASC -nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsi X2 dinləyib işin materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 38250***-*******02L saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 18 faizlə 48 ay müddətinə 10.000,0 (on min) manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan xx.xx.2023-cü il tarixli 38FİZAM112755801 nömrəli Zaminlik müqaviləsinin surətinə əsasən Cavabdeh2 Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2022-ci il tarixli 38250***-*******02L saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli 38250***-*******02L saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə ödənilməmiş 9439.96 manat əsas borc, 720.87 manat faiz borcu və 33.29 manat cərimə borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 9439.96 manat əsas borc, 720.87 manat faiz borcu, 33.29 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 120.58 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9439.96 (doqquz min dörd yüz otuz doqquz manat doxsan altı qəpik) manat əsas borc, 720.87 (yeddi yüz iyirmi manat səksən yeddi qəpik) manat faiz borcu, 33.29 (otuz üç manat iyirmi doqquz qəpik) manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 120.58 (bir yüz iyirmi manat əlli səkkiz qəpik) manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar