Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-520/2024 27.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin (bundan sonra- İddiaçı BOKT MMC) (hazırkı "xxxx" MMC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı BOKT MMC (hazırkı "xxxx" MMC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 1739/3 nömrəli kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh 12.285,59 (on iki min iki yüz səksən beş manat əlli doqquz qəpik) manat kredit üzrə vaxt çatan cari aylıq ödənilməli olan əsas borc, 4.013,19 (dörd min on üç manat on doqquz qəpik) manat kredit üzrə vaxt çatan cari aylıq ödənilməli faiz borcu, 4.236,42 (dörd min iki yüz otuz altı manat qırx iki qəpik) manat kredit üzrə gecikdirilmiş əsas borc, 930,18 (doqquz yüz otuz manat on səkkiz qəpik) manat kredit üzrə gecikdirilmiş faiz borcu olmaqla, cəmi 21.465,38 (iyirmi bir min dörd yüz altmış beş manat otuz səkkiz qəpik) manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 155 (bir yüz əlli beş manat məbləğində dövlət rüsumunun İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməsi; tutmanın kredit öhdəliyinin təminatı üsulu kimi iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1739/3 nömrəli girov müqaviləsi üzrə girov predmeti olan 227 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməsi; girov predmeti olan həmin qızıl-zinət əşyalarının ilkin satış qiyməti 12.839 (on iki min səkkiz yüz otuz doqquz) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına İddiaçı BOKT MMC-yə (hazırkı "xxxx" MMC) ödənilməsi; girov predmeti olan həmin qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı BOKT MMC (hazırkı "xxxx" MMC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1739/3 nömrəli Kredit Xətti (Limit) Müqaviləsinə əsasən, cavabdehə fərdi ev tikintisi üçün 60 ay müddətinə, illik 22% olmaqla, 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, 1739/3 nömrəli Kredit Xətti (Limit) Müqaviləsi üzrə öhdəliyin təminatı qismində, İddiaçı BOKT MMC hazırkı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 1739/3 nömrəli girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh ona məxsus olan 227 qram qızıl-zinət əşyalarını Girov saxlayanın (iddiaçının) xeyrinə girov qoymuşdur. xx.xx.2021-ci il tarixli, 1739/3 nömrəli kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə №1) uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 (bir) % dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 44 % olmaqla faiz hesablana bilər. Həmin kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən, bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi girov (ipoteka) predmetlərinə və ya Borcalanın digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – Cavabdeh xx.xx.2021-ci il tarixli, 1739/3 nömrəli kredit müqaviləsi üzrə kredit üzrə vaxt çatan cari aylıq ödənilməli olan əsas borcu 12.285,59 (on iki min iki yüz səksən beş manat əlli doqquz qəpik) manat, kredit üzrə vaxt çatan cari aylıq ödənilməli faiz borcu 4.013,19 (dörd min on üç manat on doqquz qəpik) manat, kredit üzrə gecikdirilmiş əsas borcu 4.236,42 (dörd min iki yüz otuz altı manat qırx iki qəpik) manat, kredit üzrə gecikdirilmiş faiz borcu 930,18 (doqquz yüz otuz manat on səkkiz qəpik) manat olmaqla, cəmi 21.465,38 (iyirmi bir min dörd yüz altmış beş manat otuz səkkiz qəpik) manat təşkil edir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 izahatında göstərmişdir ki, ekspert rəyi ilə qismən razıdır. Belə ki, hesablanmış əsas və faiz borcunun məbləği ilə razı olsa da, qızılın qiymətləndirilməsi hissəsində həmin rəy ilə razı deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 1739/3 nömrəli Kredit Xətti (Limit) Müqaviləsindən görünür ki, Bank borcluya 60 ay müddətinə, illik 22 faiz hesablanmaqla 50.000 (əlli min) manat məbləğində kredit vermişdir. - İddiaçı BOKT MMC (hazırkı "xxxx" MMC) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1739/3 nömrəli Kredit Xətti (Limit) Müqaviləsi üzrə Cavabdeh İddiaçı BOKT MMC-yə olan kredit üzrə vaxt çatan cari aylıq ödənilməli olan əsas borcu 12.285,59 (on iki min iki yüz səksən beş manat əlli doqquz qəpik) manat, kredit üzrə vaxt çatan cari aylıq ödənilməli faiz borcu 4.013,19 (dörd min on üç manat on doqquz qəpik) manat, kredit üzrə gecikdirilmiş əsas borcu 4.236,42 (dörd min iki yüz otuz altı manat qırx iki qəpik) manat, kredit üzrə gecikdirilmiş faiz borcu 930,18 (doqquz yüz otuz manat on səkkiz qəpik) manat olmaqla, cəmi 21.465,38 (iyirmi bir min dörd yüz altmış beş manat otuz səkkiz qəpik) manat təşkil edir. - İddiaçı BOKT MMC (hazırkı "xxxx" MMC) tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixli, 1739/3 nömrəli Kredit Xətti (Limit) Müqaviləsi üzrə öhdəliklərini 5 (beş) iş günü ərzində icra etmədiyi hazırki iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. - İddiaçı BOKT MMC (hazırkı "xxxx" MMC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli, 1739/3 nömrəli girov müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsinin təminatı olaraq çəkisi 227 qram olan qızıl girov qoymuşdur. Qızılın ümumi dəyəri 12839 manat qiymətləndirilmişdir. - İddiaçı BOKT MMC-nin xx.xx.2021-ci il tarixli qiymətli əşyaların qiymətləndirilməsi və BOKT-a girov qoyulması üzrə aktından görünür ki, ümumi çəkisi 227 qram olan qızıl girov qoyulmuş və ümumi dəyəri 12839 (on iki min səkkiz yüz otuz doqquz) manat məbləğində qiymətləndirilmişdir. - Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/3309 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, 1739/3 nömrəli Kredit Xətti (Limit) Müqaviləsi üzrə isə xx.xx.2023-cü il tarixə olan əsas borc 17.075,51 manat, faiz borcu 4.580,98 manat təşkil edir. xx.xx.2021-ci il tarixli, 1739/3 nömrəli girov müqaviləsində göstərilən qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 21864.50 manat məbləğində müəyyən olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı BOKT MMC (hazırkı "xxxx" MMC) ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 1739/3 saylı Kredit Xətti (Limit) Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh 60 ay müddətinə, illik 22% hesablanmaqla 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. Bundan başqa, əsas öhdəliyin icrasının təmini məqsədilə İddiaçı BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 1739/3 saylı Girov müqaviləsi bağlanmış və girov müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan ümumi çəkisi 227 qram olan qızıl-zinət əşyaları girov predmetidir. Lakin, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, 1739/3 saylı Kredit Xətti (Limit) müqaviləsinin şərtləri pozulmuş, öhdəliklər icra edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) - 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 298.2-ci maddəsinə əsasən, bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. - 298.3-cü maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə hesab edir ki, sadalanan qanunvericilik aktlarının tələblərinə, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə həmçinin tələbin girov predmetinə yönəldilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, xx.xx.2021-ci il tarixli, 1739/3 nömrəli girov müqaviləsində göstərilən qızıl-zinət əşyalarının ümumi dəyəri 21864.50 manat məbləğində müəyyən edilməlidir. Belə ki, İddiaçı BOKT MMC (hazırkı "xxxx" MMC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1739/3 nömrəli girov müqaviləsinə əsasən Cavabdeh kredit müqaviləsinin təminatı olaraq çəkisi 227 qram olan qızılın ümumi dəyəri 12839 manat müıyyın edilsə də, həmin qiymət qızılın hazırki real dəyərini müəyyən etmir. İşin obyektiv araşdırılması məqsədilə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına əasən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/3309 nömrəli ekspert rəyindən görünür ki, 1739/3 nömrəli girov müqaviləsində göstərilən qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 21864.50 manat məbləğində müəyyən olunmuşdur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girov ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin girov ilə yüklü edilmiş göstərilən əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin girov yüklü edilmiş əşyaya yönəldilməsi qaydasını müəyyən edərək qeyd edir ki, iddiaçının tələbinin girov göstərilən daşınar əmlaka yönəldilməsi yüklü edilmiş əşyaların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi göstərilən daşınar əşyaya yönəldilməli və əşya açıq hərracdan satılmalıdır. Məhkəmə hesab edir ki, girov predmeti açıq hərracda satılmalı və həmin əşyaların satılmasından əldə edilən vəsaitdən borc ödənilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, iddianın verilməsi ilə bağlı İddiaçı BOKT MMC (hazırkı "xxxx" MMC) tərəfindən 115 (bir yüz on beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı BOKT MMC (hazırkı "xxxx" BOKT MMC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1739/3 nömrəli kredit müqaviləsinin ləğv edilməli, Cavabdeh 12.285,59 (on iki min iki yüz səksən beş manat əlli doqquz qəpik) manat kredit üzrə vaxt çatan cari aylıq ödənilməli olan əsas borc, 4.013,19 (dörd min on üç manat on doqquz qəpik) manat kredit üzrə vaxt çatan cari aylıq ödənilməli faiz borcu, 4.236,42 (dörd min iki yüz otuz altı manat qırx iki qəpik) manat kredit üzrə gecikdirilmiş əsas borc, 930,18 (doqquz yüz otuz manat on səkkiz qəpik) manat kredit üzrə gecikdirilmiş faiz borcu olmaqla, cəmi 21.465,38 (iyirmi bir min dörd yüz altmış beş manat otuz səkkiz qəpik) manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 155 (bir yüz əlli beş) manat məbləğində dövlət rüsumu İddiaçı BOKT MMC-nin (hazırkı "xxxx" BOKT MMC) xeyrinə tutulmalı, tutma kredit öhdəliyinin təminatı üsulu kimi iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1739/3 nömrəli girov müqaviləsi üzrə girov predmeti olan 227 qram çəkidə qızılzinət əşyalarına yönəldilməli, girov predmeti olan həmin qızıl-zinət əşyalarının ilkin satış qiyməti 21864.50 (iyirmi bir min səkkiz yüz altmış dörd manat əlli qəpik) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalı və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına İddiaçı BOKT MMC-yə (hazırkı "xxxx" BOKT MMC) ödənilməlidir. Girov predmeti olan həmin qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh tutularaq İddiaçı BOKT MMC-nin (hazırkı "xxxx" BOKT MMC) xeyrinə ödənilməli, girov predmeti olan həmin qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti hesabına iddia tələbi üzrə borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin pul vəsaiti Cavabdeh qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı BOKT MMC (hazırkı "xxxx" MMC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1739/3 nömrəli Kredit Xətti (Limit) Müqaviləsi ləğv edilsin. Cavabdeh 12.285,59 (on iki min iki yüz səksən beş manat əlli doqquz qəpik) manat kredit üzrə vaxt çatan cari aylıq ödənilməli olan əsas borc, 4.013,19 (dörd min on üç manat on doqquz qəpik) manat kredit üzrə vaxt çatan cari aylıq ödənilməli faiz borcu, 4.236,42 (dörd min iki yüz otuz altı manat qırx iki qəpik) manat kredit üzrə gecikdirilmiş əsas borc, 930,18 (doqquz yüz otuz manat on səkkiz qəpik) manat kredit üzrə gecikdirilmiş faiz borcu olmaqla, cəmi 21.465,38 (iyirmi bir min dörd yüz altmış beş manat otuz səkkiz qəpik) manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 155 (bir yüz əlli beş) manat məbləğində dövlət rüsumu İddiaçı BOKT MMC-nin (hazırkı "xxxx" BOKT MMC) xeyrinə tutulsun. Tələb üzrə tutma girov predmeti olan - Cavabdeh məxsus ümumi çəkisi 227 qram olan qızıl-zinət əşyalarına yönəldilsin. Ümumi çəkisi 227 qram olan qızıl-zinət əşyalarının ilkin satış qiyməti 21864.50 (iyirmi bir min səkkiz yüz altmış dörd manat əlli qəpik) manat məbləğində müəyyən olunmaqla açıq hərracdan satılsın və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı BOKT MMC-yə (hazırkı "xxxx" BOKT MMC) olan borc ödənilsin. Girov predmeti olan həmin qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh tutularaq İddiaçı BOKT MMC-nin (hazırkı "xxxx" BOKT MMC) xeyrinə ödənilsin. Girov predmeti olan həmin qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti hesabına iddia tələbi üzrə borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin pul vəsaiti Cavabdeh qaytarılsın. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud
Məhkəmə qərarları › İş №e-2(036)-520/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-520/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver