Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-580/2024 18.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərovun Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi, iddiaçı LPO "xxxx" KB QSC-nin cavabdehlər, Cavabdeh1 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" KB QSC cavabdehlər, Cavabdeh1 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 saylı kredit müqaviləsinə əsasən 6424,0 manat əsas borc, 1835,38 manat faiz borcu, 3638,87 manat cərimə, 1662,52 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı kredit müqaviləsinə əsasən 8346.88 manat əsas borc, 2081.08 manat faiz borcu, 8034.82 manat cərimə, 2409.32 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 193.30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor "xxxx" KB QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 25 faizlə 12 ay müddətinə 7.000,0 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan kreditor "xxxx" KB QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 saylı kredit müqaviləsinə 1 saylı əlavə sazişə əsasən müqavilə tərəfləri borcalana illik 25 faizlə 24 ay müddətinə 6.424,0 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan Ödəniş Cədvəlinə əsasən Cavabdeh1 "xxxx" KB QSC-dən aldığı 6.424,0 manat kredit məbləğini cəmi 1852.91 manat faizlə birlikdə ayda 342.86 manat ödəməklə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan kreditor "xxxx" KB QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 28 faizlə 24 ay müddətinə 10.000,0 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan Ödəniş Cədvəlinə əsasən Cavabdeh1 "xxxx" KB QSC-dən aldığı 10.000,0 manat kredit məbləğini cəmi 3173,26 manat faizlə birlikdə ayda 548.88 manat ödəməklə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2015-ci il tarixli, 1xx/xx/121223/15 saylı Zaminlik müqaviləsinin surətinə əsasən Cavabdeh2 Cavabdeh1 ilə "xxxx" KB QSC-nin arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2016-cı il tarixli, 1xx/xx/92274/15 saylı Zaminlik müqaviləsinin surətinə əsasən Cavabdeh2 Cavabdeh1 ilə "xxxx" KB QSC-nin arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 saylı kredit müqaviləsi ( 1 saylı əlavə saziş) üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 6424,0 manat əsas borc, 1835,38 manat faiz borcu, 3638,87 manat cərimə, 1662,52 manat gecikdirilmiş faiz borcu hesablanmışdır; Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 8346.88 manat əsas borc, 2081.08 manat faiz borcu, 8034.82 manat cərimə, 2409.32 manat gecikdirilmiş faiz borcu hesablanmışdır. AR Mülki məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 461.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir.Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. AR Mərkəzi Bankı İH-nin 22 iyul 2000-ci il tarixli 12 nömrəli protokol Qərarının 2.2-ci bəndində göstərilmişdir ki, kredit təşkilatları əsas məbləğləri və faizləri “yaxşı təmin edilmiş” və “yığılma prosesində olan” kreditlər (hər iki şərt birgə yerinə yetirilirsə) istisna edilməklə, kreditlərin qaytarılma müddətindən aslı olmayaraq faizlərin, yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi üzrə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilirsə “faizləri hesablanmayan kreditlər” statusu verərək faizlərin hesablanmasını dayandırır. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Kreditor LPO "xxxx" KB QSC xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 saylı (1 saylı əlavə saziş) və xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı kredit müqavilələri üzrə əsas kredit məbləğinin və hesablanmış faizlərin cədvələ əsasən ödənilməsi üçün vaxtından ağlabatan tədbirlər görməmiş və müqavilədə nəzərdə tutulduğundan artıq müddətə faiz hesablayaraq borclunun məsuliyyət ölçüsünü artırmışdır. xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 Müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2019-cu il tarixdə və xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı Müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitdiyindən Cavabdeh2 hər iki müqavilə üzrə zaminliyinə xitam verilmişdir. Ona görə də, iddia tələbi kredit müddəti bitdikdən sonra hesablanmış faizin tutulması hissəsində təmin edilməyərək Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 saylı kredit müqaviləsinə ( 1 saylı əlavə saziş üzrə) əsasən 6424,0 manat əsas borc, 1835,38 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı kredit müqaviləsinə əsasən 8346.88 manat əsas borc, 2081.08 manat faiz borcu tutulmalı və cərimə məbləği hər bir müqavilə üzrə əsas borcun məbləğinə mütənasib olaraq ikirəqəmli həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 saylı kredit müqaviləsinə əsasən 6424,0 (altı min dörd yüz iyirmi dörd) manat əsas borc, 1835,38 (bir min səkkiz yüz otuz beş manat otuz səkkiz qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə, xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı kredit müqaviləsinə əsasən 8346.88 (səkkiz min üç yüz qırx altı manat səksən səkkiz qəpik) manat əsas borc, 2081.08 (iki min səksən bir manat səkkiz qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 193.30 (bir yüz doxsan üç manat otuz qəpik) manat tutulub iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-580/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-580/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver