Məhkəmə qərarları › İş №e-2(036)-593/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-593/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-593/2025 15.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti ċavabdeh Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18665.57 manat məbləğində əsas bоrc və 1366.15 manat faiz borcu оlmaqla, cəmi 2031.72 manat borcun və 150.5 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı ASC ilə borc alan Cavabdeh arasında bağlanmış 16 fevral 2024-cü il tariхli, 500804-969740/6 nömrəli istehlak krеditimüqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 18% dərəcəsi ilə 22,000.00 (İyirmi ikimin) manat məbləğində krеdit vеrilmişdir. Borclunun sms müraciəti əsasında xx.xx.2024-cü il tarixdə Bank tərəfindən müştərinin təqdim etdiyini nömrəyə 48 ay müddətinə illik 18% dərəcəsi ilə 22,000 manat məbləğində kredit təklif edilmiş və borclu həmin təklifi sms təsdiq vasitəsi ilə qəbul etmişdir. Bunun müqabilində borcluya xx.xx.2024-cü il tarixdə 22,000 manat məbləğində kredit verilmişdir. Həmin vəsaitinin 10,833.54 manat məbləği borluya təqdim edilmiş Pulcard plastik kartına köçürülmüş, qalan məbləğ isə digər kredit borcunun silinməsinə yönəldilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 16 dekabr 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 1,8665.57 manat məbləğində əsas bоrc və 1,366.15 manat faiz borcu оlmaqla, cəmi 20,031.72 (İyirmi otuz bir manat yetmiş iki qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işlərin çoxluğu ilə əlaqədar nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iddianı müdafiə etdiklərini və İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tariхli, 500804- 969740/6 nömrəli Kredit müqaviləsindən görünür ki, Cavabdeh 48 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 22000 manat məbləğində istehlak krediti verilmişdir. İşə əlavə edilmiş İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bank ilə aralarında bağlanmış xx.xx.2024-cü il tariхli, 500804-969740/6 nömrəli Kredit müqaviləsinə əsasən 18 faiz dərəcəsilə, 48 ay müddətinə 22000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2024-cü tarixə Borcalanın Banka 18665.57 manat əsas borc və 1366.15 manat faiz borcu olmaqla, cəmi 2031.72 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 122 gün təşkil edir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh Bank ilə aralarında bağlanmış xx.xx.2024-cü il tariхli, 500804-969740/6 nömrəli Kredit müqaviləsinə əsasən 18 faiz dərəcəsilə, 48 ay müddətinə 22000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2024-cü tarixə Borcalanın Banka 18665.57 manat əsas borc və 844.25 manat faiz borcu olmaqla, cəmi 19509.82 manat borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1924 saylı rəyindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tariхli, 500804-969740/6 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 16926.73 manat əsas, 567.28 manat faiz olmaqla, cəmi 17494.01 manat borcu olması müəyyən edilmişdir. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tariхli, 500804- 969740/6 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 22000 manat məbləğində kredit verilmişdir. Cavabdeh öhdəliyini vaxtında və lazımınca icra etməmiş və nəticədə cavabdehin xx.xx.2024-cü il tariхli, 500804-969740/6 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 16926.73 manat məbləğində əsas bоrc və 567.28 manat faiz borcu оlmaqla, cəmi 17494.01 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun maliyyə arayışına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 18665.57 manat əsas, 1366.15 manat faiz borcu olmaqla, cəmi 2031.72 manat borcu, pretenziya məktubuna əsasən isə xx.xx.2024-cü il tariхli, 500804-969740/6 saylı kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 18665.57 manat əsas borc və 844.25 manat faiz borcu olmaqla, cəmi 19509.82 manat, İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1924 saylı rəyinə əsasən isə dən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tariхli, 500804-969740/6 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 16926.73 manat əsas, 567.28 manat faiz olmaqla, cəmi 17494.01 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1924 saylı rəyi mötbər sübut kimi qəbul edilməli, xx.xx.2024-cü il tarixə yaranmış borc əsas götürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tariхli, 500804-969740/6 saylı kredit müqaviləsinə əsasən 16926.73 manat əsas, 567.28 manat faiz olmaqla, cəmi 17494.01 manat borc tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 150.5 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 150.5 manat dövlət rüsumunun 142.48 manatı Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməli, qalan 8.02 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə:

Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tariхli, 500804-969740/6 saylı kredit müqaviləsinə əsasən 16926.73 manat əsas, 567.28 manat faiz olmaqla, cəmi 17494.01 manat borc və ödənilmiş dövlət rüsumunun 142.48 manat hissəsi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar