Məhkəmə qərarları › İş №e-2(036)-601/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-601/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-601/2024 12.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4260.34 manat əsas borc, 4.98 manat faiz borcu, cəmi 4265.32 manat və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 62.65 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli TTKR4735131A299 saylı Çərçivə Kredit müqaviləsinə əsasən Cavabdeh 10 il müddətinə 707,25 AZN məbləğində təhsil krediti ayrılmışdır. Kredit müqaviləsinin 1.2-ci maddəsinə əsasən kreditin məbləği hər tədris semestri üçün tələbənin müraciəti əsasında tranşlarla bank tərəfindən təhsil müəssisəsinin hesabına köçürülür. Müqavilənin 2.1-ci maddəsinə əsasən isə kreditlərin verilməsi tranşlarla təşkil edilir növbəti tranşlar kredit müqaviləsinə edilmiş əlavələrlə rəsmiləşdirilir. Qeyd olunan kredit müqaviləsinə edilmiş xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən cavabdehə 1230 AZN, xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən 1178,75 AZN, xx.xx.2023-cü il tarixli Əlavəyə əsasən isə daha 1178,75 AZN təhsil kreditləri verilmişdir. Lakin Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, borcunu tam ödəməmişdir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli TTKR4735131A299 saylı Çərçivə Kredit müqaviləsi və ona olunan əlavələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqavilələri üzrə 4260.34 manat əsas borc, 4.98 manat faiz borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4260.34 manat əsas borc, 4.98 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 62.65 manat tutulmalıdır . Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh 4260.34 (dörd min iki yüz altmış manat otuz dörd qəpik) manat əsas borc, 4.98 (dörd manat doxsan səkkiz qəpik) manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 62.65 (altmış iki manat altmış beş qəpik) manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar