Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-668/2023 28.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (Ləğv prosesindədir) iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğludan banka ödənilməmiş 2467.03 manat əsas, 2375.92 manat faiz borcu, 1395.11 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 658.58 manat hesablanmış məbləğ, cəmi 6896.64 manat borcunun və mübahisən məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 89 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin (Ləğv prosesindədir) nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə iş materiallarını, eləcə də, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin (Ləğv prosesindədir) nümayəndəsi X1 ərizəsini tam və obyektiv araşdıraraq hesab edir ki, iddiaçı tərəf ərizənin geri qaytarılmasını və baxılmamış saxlanmasını xahiş etdiyini, cavabdeh tərəf işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №e-2(036)-668/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-668/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver