Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-695/2025 24.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı satın aldığı aldığı “SKODA SUPER B” Minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 3 ay ərzində 2024-cü il oktyabr ayından 2025-ci ilin yanvar ayına qədər olan müddət üçün hər ay 375 manat olmaqla hesablanmış 1125 manat məbləğin 9000 manat avtomobilin dəyərini və 130 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh satın aldığı “SKODA SUPER B” Minik markalı 2012-ci il buraxılışlı **- FL-*** dövlət qeydiyyat nişanlı avtomaşına görə dəymiş maddi ziyanın - 9000 manat məbləğində pulun və ödənilmiş olan 130 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: iddiaçıya məxsus olan “SKODA SUPER B” Minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomaşını 24 ay müddətində hər ay 375 manat olmaqla vətəndaş Cavabdeh X1 Haqqında İltizamı əsasında satmışdır. Beləliklə, cavabdehlə aralarında bağlanmış X1 Haqqında İltizamına əsasən aldığı avtomaşına görə 9000 manat (24 ay ərizində hər ay 375 manat) ödəməyi öhdəsinə götürsə də, heç bir ödəniş (pul) etməmişdir. Ödəniş vaxtı zəng edib maşının Qəzaya uğramasını bildirmişdir. Qəza nəticəsində maşına ciddi zərər vurulub, maşın yararsız vəziyyətdədir. Müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə (ödənilməli olan icarə haqqı) Müqavilədə nəzərdə tutulan normalarıda pozmuş, müqavilənin mahiyyətinə zidd olaraq avtomaşından istifadə edərək qəzaya uğramışdır. Hal-hazırda avtomobil dayanacaqda yerləşdirilib. Cavabdeh hərəkətlərindən belə məlum olur ki avtomobilə dəymiş ziyanı, yəni dəyərini ödəmək fikri yoxdur. Bu səbəbdən o, məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və şərh olunan maddi hüquq normalarının mahiyyəti baxımından cavabdehin hərəkəti, yəni satın aldığı avtomobilə görə dəymiş ziyanı ödəməli olduğu məbləği ödəməməsi ona qarşı iddia tələbinin əsaslı olduğunu göstərir. Cavabdeh tərəfindən təqdim edilmiş ərizədə göstərilmişdir ki, O, iddianı qəbul etmir. Bildirir ki, sözü gedən avtomobil əvvəl onun olmuş, lakin pul lazım olduğu üçün o, həmin avtomobili iddiaçının adına keçirdərək əvəzində ondan 4000 manat pul götürmüşdür. Hazırda iddiaçı heç bir əsas olmadan ondan şişirdilmiş pul məbləği istəyir. Qeyd edir ki, həmin avtomobil iddiaçının özündədir və həmin avtomobli çox az məbləğlə təmir etmək olar. Ona görədə hesab edir ki, iş üzrə ədalətli qətnamə qəbul olunması üçün ekspertiza təyin olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı dəqiqləşdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “SKODA SUPER B” markalı **-FL-*** dövlət qeydiyyat nömrəli avtomobil üzərində İddiaçı mülkiyyət hüququ həmin tarixdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli X1 haqqında iltizamdan görünür ki, Cavabdeh “SKODA SUPER B” Minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomaşını 24 ay müddətində hər ay 375 manat ödəmək şərti ilə İddiaçı direktor olduğu "xxxx" MMCdən təhvil almışdır. “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında” ƏN –Vİİ seriyalı 212802 nömrəli xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçisinin İddiaçı olan “SKODA SUPER B” Minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək hüququ Cavabdeh etibar edilmişdir. İş materiallarında olan Express Servis tərəfindən verilmiş qüsur aktdan görünür ki, “SKODA SUPER B” markalı **-FL-*** dövlət qeydiyyat nömrəli avtomobilə 9040 (doqquz min qırx) manat ziyan dəymişdir; Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli UNİ/M 41- 258/2025 saylı ekspert rəyindən görünür ki “SKODA SUPER B” minik markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan ehtiyyat hissələri və təmir xərcləri ilə birgə 8 100,00 (səkkiz min bir yüz) manat təşkil edir. Ekspet qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır. “SKODA SUPER B” minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan və təmir edilməli olan hissələri (detalları) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri “Express Servis” - X2 (VÖEN **********) tərəfindən verilmiş qüsur aktında göstərilən qiymətlərə uyğundurmu? Aparılmış hesablamalar və təhlillərə əsasən “SKODA SUPER B“ minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan hissələrin dəyəri 5500,00 manat və həmin hissələrə aid görüləcək işlərin (işçilik haqqı) dəyəri 2600,00 manat, ümumilikdə 8100,00 manat, “Express Servis'’ - X2 (VÖEN:**********) tərəfindən verilmiş qüsur aktında göstərilən yalnız ehtiyat hissələrin dəyəri 9040,00 manat, qiymətləndirici-ekspertlər tərəfindən hesablanmış ehtiyat hissələrinin bazar dəyərindən (5500,0 manat) 40% artıq hesablanmışdır. Əgər uyğun deyilsə, göstərilən hissələrin (detalların) və həmin hissələrə aid görülməli olan (görülmüş) işlərin (xidmətlərin) dəyəri nə qədərdir? “SKODA SUPER B" minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan və təmir edilməli olan hissələri (detalları) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri: 8 100,00 (səkkiz min bir yüz) manat təşkil edir. X3 Qiymətləndirmə Standartlarına (BQS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. İş materiallarında olan foto şəkillərdən görünür ki, “SKODA SUPER B” markalı **-FL- *** qeydiyyat nömrəli avtomobilin xaricində müxtəlif yerlərdə zədələr mövcuddur; İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə 17:00-da Kürdəmir rayonu Mollakənd kəndi ərazisində “SKODA SUPER B" minik markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “SKODA SUPER B” markalı **-FL-*** dövlət qeydiyyat nömrəli avtomobil üzərində İddiaçı mülkiyyət hüququ həmin tarixdə qeydiyyata alınmışdır. “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında” ƏN –Vİİ seriyalı 212802 nömrəli xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən mülkiyyətçisinin İddiaçı olan “SKODA SUPER B” Minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək hüququ Cavabdeh etibar edilmişdir. Cavabdeh həminn avtomobili idarə edərkən qəza törətmiş xx.xx.2025-ci il tarixli xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə 17:00-da Kürdəmir rayonu Mollakənd kəndi ərazisində “SKODA SUPER B" minik markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, nəticədə 100 manat məbləğində cərimə edilmişdir. Hazırda iddiaçı hadisə nəticəsində cavabdehin təqsiri nəticəsində “SKODA SUPER B" minik markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı tələb edir. Məhkəmə iddianın tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasına əsasən: Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.6. Başqa şəxsə zərər vurulması. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə, iddianın “SKODA SUPER B” Minik markalı **-FL-*** dövlət qeydiyyat nömrəli avtomobilin yararsız vəziyyətə düşməsi ilə əlaqədar İddiaçı dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Məhkəmə daha sonra qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, “SKODA SUPER B” Minik markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən vurulmuş 8100 (səkkiz min yüz) manat məbləğində ziyanın iddiaçıya ödənilməsi hissəsində iddiaçının iddia tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. (maddə 9) Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 130 (bir yüz otuz) manat dövlət rüsumunun 101 (bir yüz bir) manat hissəsi tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “SKODA SUPER B” Minik markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 8100 (səkkiz min yüz) manat məbləğində pul vasaiti, ödənilmiş dövlət rüsumunun 101 (bir yüz bir) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, ekspertiza xərcinə dair bildirişindən görünür ki, "xxxx" MMCnin ekspertizası tədqiqatının dəyəri 300 (üç yüz) manatdır. İddia tələbi qismən təmin edildiyi üçün ekspertizası tədqiqatının dəyəri olan 300 manatın 270 manat hissəsi Cavabdeh, qalan 30 manat hissəsi isə İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “SKODA SUPER B” Minik markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 8100 (səkkiz min yüz) manat məbləğində pul vasaiti, ödənilmiş dövlət rüsumunun 101 (bir yüz bir) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. "xxxx" MMC tərəfindən aparılmış tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul vəsaitinin 270 manat hissəsi Cavabdeh, qalan 30 manat hissəsi isə İddiaçı tutularaq "xxxx" MMC-yə (VÖEN:**********, Hesab № AZN:AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC Bravo filialı, VÖEN **********, Müxbir hesab: AZ37NABZ********************, flialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №e-2(036)-695/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-695/2025
24.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver