Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-74/2023 11.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsinin hakimi Qənbərov Ülvi Oktay oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxаraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia qaldıraraq 19 noyabr 2021-ci il tarixdə, saat 17:10 radələrində Cavabdeh idarə etdiyi “Mercedes Benz 190” markalı **-XA-*** dövlət nömrə nişanlı avtomobilin İmişli şəhərində “Hyundai Sonata” markalı **- PT-*** dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş sığorta hadisə görə 180,0 manat məbləğində sığorta ödənişi edildiyini göstərərək həmin məbləğin və ödənilmiş 30,40 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan İcbari sığorta müqaviləsinə dair məlumata əsasən sığortaçı "xxxx" ASC xx.xx.2021xx.xx.2022 sığorta müddətində “Mercedes Benz 190” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin əmlakına dəymiş zərərə görə 5000,0 manat məbləğində sığorta təminatı vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli İXP4315699 nömrəli inzibati xəta haqqında protokolun surətinə əsasən Cavabdeh idarə etdiyi “Mercedes Benz 190” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomaşın İmişli rayon Bəhrəmtəpə yolunda düzgün ara məsafəsi saxlamamış və nəticədə “Hyundai Sonata” markalı **-PT-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli PGU-220554 nömrəli Sığorta Aktının surətinə əsasən PGU ********** nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2021-xx.xx.2022 sığorta müddətində sığortaçı "xxxx" ASC-də sığortalanmış “Mercedes Benz 190” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobillə 19 noyabr 2021-ci il tarixdə, saat 17:10 İmişli şəhərində baş vermiş yol nəqliyyat hadisəsində toqquşmuş “Hyundai Sonata” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində X1 dəymiş zərər 180,0 manat məbləğində müəyyən olunmuş, sığorta ödənişi 180,0 manat təşkil etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 120433 nömrəli Ödəniş tarşırığının surətinə əsasən "xxxx" ASC xx.xx.2022-ci il tarixli PGU-220554 nömrəli Sığorta Aktına əsasən AZ Leasing MMC-yə 180,0 manat ödəmişdir. AR Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhkükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinıə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres)hüququ vardır. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 180,0 manat və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əssən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh 180,0 (bir yüz səksən) manat və ödənilmiş dövlət rüsumuna görə 30.40 (otuz manat, qırx qəpik) manat tutulub iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən 1( bir( ay müddətində İmişli rayon Məhkəməsi vasitəsilə AR Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-74/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-74/2023
11.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver