Məhkəmə qərarları › İş №e-2(036)-778/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-778/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-778/2025 08.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, Cavabadeh, habelə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - "xxxx" ASC) – cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 nəğd kredit üzrə 2677.02 (iki min altı yüz yetmiş yeddi manat, iki qəpik) manat əsas borcun, kart limiti üzrə 56.72 (əlli altı manat, yetmiş iki qəpik) manat əsas borc, 3.89 (üç manat, səksən doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 60.61 altmış manat, altmış bir qəpik) manat borcun, ödənilmiş 47.38 (qırx yeddi manat otuz səkkiz qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: iddiaçı "xxxx" ASC ilə X5 arasında xx.xx.2022-ci il tarixli BPM**********22 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 21 %-lə, 21 ay müddətinə 6000 manat nəğd kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə X5 arasında xx.xx.2022-ci il tarixli BPM**********22 nömrəli tam kart müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart limiti verilmişdir. xx.xx.2023-cü il tarixdə borclu X5 banka müraciət edərək kart limiti 500 manatdək artırmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 xx.xx.2024-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 qalmış mirası cavabdehlər qəbul etmişdir. Bankın “Şirvan” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş nəğd kredit üzrə 2677.02 manat əsas borcu qalmışdır. Həmçinin, bankın “Şirvan” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş kart limiti üzrə 56.72 manat əsas borcu və 3.89 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etmələrsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabadeh, habelə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mərhum arvadı X5 müalicəsi üçün "xxxx" ASC-dən kredit götürmüşdür. Həmin kredit onun öldüyü günə qədər ödənilmişdir. Bundan başqa arvadı kredit götürən zaman cavabdehlərlə zaminlik müqaviləsi bağlanılmamışdır. Hüriyyə Babayeva xx.xx.2024-ci il tarixdə vəfat etmişdir. X1 heç bir əmlakı yoxdur. Ona görə də, iddianın rədd olunmasın xahiş edir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********22 saylı Kredit Müqaviləsinə əsasən ona illik 21% faiz dərəcəsi olmaqla 21 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********22 saylı Tam kart müqaviləsinə əsasən ona illik 24% faiz dərəcəsi olmaqla 36 ay müddətinə 300 (üç yüz) manat məbləğində kart limiti açılmışdır. xx.xx.2023-cü il tarixdə borclu X5 banka müraciət edərək kart limiti 500 manatdək artırmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, "xxxx" ASC-nin müştərisi olan X3 xx.xx.2022-ci il tarixli BPM**********22 saylı Kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 2677.02 manat əsas borcu yaranmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, "xxxx" ASC-nin müştərisi olan X3 xx.xx.2022-ci il tarixli BPM**********22 saylı Tam kart müqaviləsi üzrə "xxxx" ASC-yə 56.72 manat əsas, 3.89 manat faiz borcu olmaqla, cəmi 60.61 manat borcu yaranmışdır. İş materiallarında olan AZ-İİ 372215 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2024-cü ildə ölmüşdür. İşdə olan İmişli Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamədən görünür ki, X3 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 hər biri miras əmlakından 1/3 hissədə irs almalıdır. Şəhadətnamə ilə verilən miras əmlakı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi” X9 “İmişli rayon Mərkəzi Xəstəxanası" X8 xx.xx.2024-cü il tarixli 18-1-46/2-753/2024 nömrəli məktubuna əsasən mərhum X4 ödənilməsi üçün 924.00 (doqquz yüz iyirmi dörd manat sıfır qəpik) manat dəfn üçün hesablanmış müavinətdən ibarətdir. İşdə olan İmişli Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamədən görünür ki, X3 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 hər biri miras əmlakından 1/3 hissədə irs almalıdır. Şəhadətnamə ilə verilən miras əmlakı Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X9 “İmişli rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2024-cü il tarixli 18-1-46/2-716/2024 nömrəli məktubuna əsasən mərhum X4 ödənilməsi üçün 2328,85 (iki min üç yüz iyirmi səkkiz) manat son haqq-hesab və 1434.00 (bir min dörd yüz otuz dörd) manat dəfn üçün hesablanmış müavinətdən ibarətdir. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında xx.xx.2022-ci il tarixli BPM**********22 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 21 %-lə, 21 ay müddətinə 6000 manat nəğd kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə X5 arasında xx.xx.2022-ci il tarixli BPM**********22 nömrəli tam kart müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart limiti verilmişdir. xx.xx.2023-cü il tarixdə borclu X5 banka müraciət edərək kart limiti 500 manatdək artırmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 xx.xx.2024-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 qalmış mirası cavabdehlər qəbul etmişdir. Bankın “Şirvan” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş nəğd kredit üzrə 2677.02 manat əsas borcu qalmışdır. Həmçinin, bankın “Şirvan” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş kart limiti üzrə 56.72 manat əsas borcu və 3.89 manat faiz borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 29.3-cü maddəsinə əsasən, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1146-cı maddəsinə görə, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-1-ci maddəsinə görə, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhdəliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur. İşin mübahisəsiz halıdır ki, iddiaçı bank ilə mərhum X5 arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini müqavilənin digər tərəfi olan mərhum X4 verməklə öhdəliyini icra etmişdir. Lakin sonuncu aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir. Məhkəmə hesab edir ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********22 nömrəli kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli BPM**********22 nömrəli tam kart müqaviləsinə əsasən X5 üzərinə götürülmüş öhdəlikləri icra etməmiş, vəfat etdiyi vaxtdan sonra müqavilə şərtlərinə əsasən ödənişlər onun mirası qəbul etmiş vərəsələri tərəfindən vaxtında aparılmamış, öhdəliyin icrası gecikdirilmişdir və bu səbəbdən hazırda X3 mirası qəbul etmiş vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 borclunun vərəsələri olaraq "xxxx" ASC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X3 vərəsələri Cavabdeh2, Cavabdeh3 (Cavabdeh2 vasitəsilə) və Cavabdeh1 (Cavabdeh2 vasitəsilə) nəğd kredit üzrə 2677.02 (iki min altı yüz yetmiş yeddi manat, iki qəpik) manat əsas borc, kart limiti üzrə 56.72 (əlli altı manat, yetmiş iki qəpik) manat əsas borc, 3.89 (üç manat, səksən doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 60.61 (altmış manat, altmış bir qəpik) manat borc, ödənilmiş 47.38 (qırx yeddi manat otuz səkkiz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) xidmət haqqı tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 (Cavabdeh2 vasitəsilə) və Cavabdeh1 (Cavabdeh2 vasitəsilə) nağd kredit üzrə 2677.02 (iki min altı yüz yetmiş yeddi manat, iki qəpik) manat əsas borc, kart limiti üzrə 56.72 (əlli altı manat, yetmiş iki qəpik) manat əsas borc, 3.89 (üç manat, səksən doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 60.61 (altmış manat, altmış bir qəpik) manat borc, ödənilmiş 47.38 (qırx yeddi manat otuz səkkiz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar