Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-79/2024 04.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı MM QBKT-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 3000 manat məbləğində əsas borc, 993 manat məbləğində faiz borcu, 160.55 manat cərimə olmaqla, cəmi 4153.55 manat məbləğində borcun və 61.54 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MM QBKT və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0255 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 28 % dərəcəsi olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Hazırda cavabeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.
3. İddiaçı MM QBKT və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0255 saylı kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik 28 % dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir.
5. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə Banka 3000 manat əsas borc, 993 manat faiz borcu və 160.55 manat cərimə borcu qalmışdır.
6. Tərəflər arasındakı münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Bank tərəfindən cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin qeyd olunan müqavilənin şərtləri sonuncu tərəfindən yerinə yetirilməmiş və öhdəliklər icra edilməmişdir.
7. Bank tərəfindən cavabdehlərə pretenziya qaydasında müraciət olunmuşdur.
8. İmişli Rayon Məhkəməsinin 2(036)-2589/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
9. İş materiallarına əlavə edilmiş 24 yanvar 2024-cü il tarixli , 9/9851 saylı ekspert rəyi ilə müəyyən olunur ki, İddiaçı MMQBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0255 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan borcu 3000 manat əsas, 606.67 manat faiz borcu olmaqla, ümumilikdə 3606.67 manat olduğu müəyyən olunur. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və İddiaçı MM QBKT-nin nümayəndəsi telegram göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
12. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
17. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir
19. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
27. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
28. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı MM QBKT və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0255 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 28 % dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə «FİNCA Azerbaijan” MM QBKT Cavabdeh Banka 3000 manat əsas borc, 993 manat faiz borcu və 160.55 manat cərimə borcu qaldığını iddia etmişdir. 24 yanvar 2024-cü il tarixli , 9/9851 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə müəyyən olunur ki, İddiaçı MMQBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0255 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan borcu 3000 manat əsas, 606.67 manat faiz borcu olmaqla, ümumilikdə 3606.67 manat olduğu müəyyən olunur. Tərəflər arasındakı münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Bank tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin qeyd olunan müqavilənin şərtləri sonuncu tərəfindən yerinə yetirilməmiş və öhdəliklər icra edilməmişdir. Bank tərəfindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur.
29. Hazırda cavabeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinə əsasən kredit alan pul ğhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.
30. Nəticədə kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.
31. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə borcun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur.
32. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
34. 24 yanvar 2024-cü il tarixli , 9/9851 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsaslı olub, işin faktiki hallarına uyğun olduğuna görə sübut növü kimi qəbul edilməli və cavabdehin banka olan faiz borcu 606.67 manat məbləğində müəyyən edilməlidir.
35. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
36. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
37. Ona görə də, məhkəmə kredit müqaviləsi üzrə cərimə məbləğinin 60 manat müəyyən edilməsini daha məqsədəmüvafiq və ədalətli hesab edir.
38. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
40. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
41. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
42. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandiraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehdən 3000 manat məbləğində əsas borc, 606.67 manat məbləğində faiz borcu, 60 manat cərimə və 61.54 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MM QBKT-nin xeyrinə ödənilməlidir.
43. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2024-cü il tarixli , 9/9851 saylı rəyi ilə bağlı tədqiqatın dəyəri 100 (yüz) manatdır.
45. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatına xərclənmiş 100 (yüz) manat pulun 11.73 manat hissəsi İddiaçı MM QBKT-dən və 88.27 manat hissəsi isə Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı MM QBKT-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh 3000 manat məbləğində əsas borc, 606.67 manat məbləğində faiz borcu, 60 manat cərimə və 61.54 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı MM QBKT-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pulun 11.73 manat hissəsi İddiaçı MM QBKT-dən və 88.27 manat hissəsi Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim : Telman Quliyev