Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-829/2024 27.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 254789-1-22614 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 2590.92 manat məbləğində əsas borc, 190.32 manat məbləğində faiz borcu, 174.40 manat cərimə olmaqla, ümumilikdə 2955.64 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 49.56 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə cavabdeh X4 ilə yaranmış mübahisəni məhkəmədən kənar həll olunması üçün tərəflər arasında razılıq əldə edildiyi üçün iddia ərizəsinin baxılmamış saxlanmasını və iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə məhkəmə tərəfindən baxılmamış saxlanılır. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, vəsatət qanuni və əsaslı olduğuna görə təmin edilərək iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəlləsinin 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları ilə müəyyən olur ki, İddiaçı ASC tərəfindən iddia tələbi üzrə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbz əsasında “Azərbaycan Respublikası Mərkəzi X3” vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 49.96 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmamış saxlanıldığı üçün həmin rüsum iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia tələbi üzrə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbz əsasında “Azərbaycan Respublikası Mərkəzi X3” vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 49.96 manat dövlət rüsumu Dövlət büdcəsindən İddiaçı ASC-yə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №e-2(036)-829/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-829/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver