Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-859/2024 18.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlu, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər, Cavabdeh2 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh2 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 677 manat əsas borc, 15.39 manat faiz borcu, 10.62 manat cərimə borcu, 76.50 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borc və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor LPO İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli LM101900345 saylı restrukturizasiya müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 1 faizlə 24 ay müddətinə 677 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan xx.xx.2019-cu il tarixli LM101900345 saylı Zaminlik müqaviləsinə əsasən Aslanov X1 Şakir Hümbət oğlu ilə LPO İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli LM101900345 saylı kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli LM101900345 saylı restrukturizasiya müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə 677 manat əsas borc, 15.39 manat faiz borcu, 10.62 manat cərimə borcu və 76.50 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra əlavə faiz hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 677 manat əsas borc, 15.39 manat faiz borcu, 10.62 manat cərimə borcu, 76.50 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 677 (altı yüz yetmiş yeddi) manat əsas borc, 15.39 (on beş manat otuz doqquz qəpik) manat faiz borcu, 10.62 (on manat altmış iki qəpik) manat cərimə borcu, 76.50 (yetmiş altı manat əlli qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutulub iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(036)-859/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-859/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver