Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-925/2024 27.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinə əsasən borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ləğv prosesində olan "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 0250 YMA nömrəli kredit müqaviləsinə əsasən 1193,27 manat əsas borc, 259.32 manat faiz borcu, 2835.16 manat cərimə, 467.16 manat əsas borca illik 5 faiz ilə hesablanmış faiz borcu olmaqla, cəmi 4754.91 manat kredit bocunun və iş üzrə ödənilmiş 67.55 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflər barışıq sazişini və barışıq sazişinin qəbul edilməsi barədə ərizəni məhkəməyə təqdim edərək təsdiq olunmasını xahiş etdilər Məhkəmə iclasına təqdim olunmuş 01 may 2024-cü il tarixli barışıq sazişinə əsasən mülki iş üzrə tərəflər aşağıda göstərilən şərtlərlə razılığa gəlmişlər. Maddə 1. Sazişin mövzusu İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 0250 YMA nömrəli Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin Cavabdehdən tutulması və tutmanın Cavabdehə məxsus ipoteka predmetinə yönəldilməsi tələbinə dair mübahisə. Maddə 2. Barışığın şərtləri 2.1 Tərəflər təsdiq edirlər ki, Cavabdehin xx.xx.2014-cü il tarixli, 0250 YMA nömrəli Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1193,27 (bir min bir yüz doxsan üç manat 27 qəpik) manat əsas, 1829,53 (bir min səkkiz yüz iyirmi doqquz manat 53 qəpik) manat faiz, 1264,95 (bir min iki yüz altmış dörd manat 95 qəpik) manat cərimə olmaqla, ümumilikdə 4287,75 (dörd min iki yüz səksən yeddi manat 75 qəpik) manat icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2 Tərəflər razılaşırlar ki, yuxarıda qeyd olunmuş kredit müqaviləsi üzrə faiz borcundan 100 (bir yüz) manat məbləğin 30 (otuz) iş günü müddətində ödənilməsi Cavabdeh tərəfindən təmin olunur. 2.3 Bu Sazişin 2.2-ci bəndində qeyd olunmuş öhdəlik yerinə yetirildikdən sonra 2.010 (iki min on manat) manat borcun və iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 67,55 (altmış yeddi manat 55 qəpik) manat dövlət rüsumunun bu Saziş imzalandığı tarixdən 21 (iyirmi ay) ay müddətində bərabər hissələrə bölünməklə tam ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.4 Hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu Sazişin 2.2-ci və 2.3-cü bəndinin şərtlərinin pozulması, güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5 Barışıq Sazişi üzrə ödəniş şərtləri Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bədində göstərilmiş borcların tam şəkildə Cavabdehdən tutularaq İddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 2.6 Bu Sazişin 2.3-cü bəndi Cavabdeh tərəfindən tam icra edildikdən sonra X1 hesablanmış cərimə borcunun tam, faiz borcunun isə 912,80 (doqquz yüz on iki manat 80 qəpik) manat hissəsinə güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür. 2.7 Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən və iş üzrə icraat xitam verildikdən sonra bütün məhkəmə məsrəfləri Cavabdeh tərəfindən ödəniləcəkdir. Maddə 3 Digər şərtlər 3.1 Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2 Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1-2.7-ci bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3 Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmədikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.4 Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5 Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6 Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər 3.7 Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.7.7. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. Maddə 4 Yekun müddəalar 4.1 Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar 4.2 Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3 Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0.5. Tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilə bilər. Maddə 263.2. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişinin şərtləri qanuna zidd deyildir və digər şəxslərin mənafelərinə toxunmur. Buna görə də tərəflərin bağlamış olduqları 01 may 2024-cü il tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L İ R: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinə əsasən borc tələbinə dair mülki iş üzrə tərəflərin 01 may 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlər əsasında təsdiq edilsin. Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdehin xx.xx.2014-cü il tarixli, 0250 YMA nömrəli Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1193,27 (bir min bir yüz doxsan üç manat 27 qəpik) manat əsas, 1829,53 (bir min səkkiz yüz iyirmi doqquz manat 53 qəpik) manat faiz, 1264,95 (bir min iki yüz altmış dörd manat 95 qəpik) manat cərimə olmaqla, ümumilikdə 4287,75 (dörd min iki yüz səksən yeddi manat 75 qəpik) manat icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, yuxarıda qeyd olunmuş kredit müqaviləsi üzrə faiz borcundan 100 (bir yüz) manat məbləğin 30 (otuz) iş günü müddətində ödənilməsi Cavabdeh tərəfindən təmin olunur. 2.3. Bu Sazişin 2.2-ci bəndində qeyd olunmuş öhdəlik yerinə yetirildikdən sonra 2.010 (iki min on manat) manat borcun və iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 67,55 (altmış yeddi manat 55 qəpik) manat dövlət rüsumunun bu Saziş imzalandığı tarixdən 21 (iyirmi ay) ay müddətində bərabər hissələrə bölünməklə tam ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.4. Hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu Sazişin 2.2-ci və 2.3-cü bəndinin şərtlərinin pozulması, güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Barışıq Sazişi üzrə ödəniş şərtləri Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bədində göstərilmiş borcların tam şəkildə Cavabdehdən tutularaq İddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 2.6. Bu Sazişin 2.3-cü bəndi Cavabdeh tərəfindən tam icra edildikdən sonra X1 hesablanmış cərimə borcunun tam, faiz borcunun isə 912,80 (doqquz yüz on iki manat 80 qəpik) manat hissəsinə güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür. 2.7. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən və iş üzrə icraat xitam verildikdən sonra bütün məhkəmə məsrəfləri Cavabdeh tərəfindən ödəniləcəkdir. Maddə 3 Digər şərtlər 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1-2.7-ci bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmədikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.8 Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. Maddə 4 Yekun müddəalar 4.1 Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2 Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3 Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. İş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №e-2(036)-925/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-925/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver