Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-945/2025 10.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı “alimentin artırılması” tələbinə dair mülki mübahisə (açar sözlər: alimentin artırılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı Cavabdeh oğluna qarşı 26 dekabr 2015-ci ildə anadan olan X5, 23 iyun 2017ci ildə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İmişli Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(036)-996/2023 saylı qətnaməsi ilə müəyyən edilən hər ay sabit pul məbləğində hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində alimentin hər uşaq üçün yaşayış minimumuna uyğun olaraq 246 manata artırılması və 26 dekabr 2015-ci ildə anadan olan X5, 23 iyun 2017-ci ildə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh oğlundan hər ay hər uşaq üçün 246 manat olmaqla cəmi 492 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 dekabr 2015-ci ildə anadan olan X5, 23 iyun 2017-ci ildə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İmişli Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(036)- 996/2023 saylı qətnaməsi ilə müəyyən edilən hər ay sabit pul məbləğində hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində alimentin hər uşaq üçün yaşayış minimumuna uyğun olaraq 246 manata artırılması və 26 dekabr 2015-ci ildə anadan olan X5, 23 iyun 2017-ci ildə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh oğlundan hər ay hər uşaq üçün 246 manat olmaqla cəmi 492 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh oğlu ilə 10 dekabr 2015-ci ildə ailə həyatı qurmuş və rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından 26 dekabr 2015-ci ildə X5, 23 iyun 2017-ci ildə X3 doğulmuşdur. Cavabdeh oğlu ilə uzun müddət münasibətləri olmadığı üçün nikahın pozulması tələbi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmiş, İmişli Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(036)- 996/2023 saylı qətnaməsi əsasında Cavabdeh oğlu ilə nikahları pozulmuş, 03 iyul 2023-cü ildə İmişli Rayon Qeydiyyat Şöbəsi tərəfindən ona nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. İmişli Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(036)- 996/2023 saylı qətnaməsi ilə 26 dekabr 2015-ci ildə anadan olan X5, 23 iyun 2017-ci ildə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh oğlundan hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq ona - Mehtiyeva (həmin vaxt soyadı Əyyublı olmuşdur) Aygün Vidadi qızına ödənilməsi barədə qətnamə çıxarılmışdır. Amma hazırda uşaqlar böyümüş, hər ikisi məktəblidir. Bu səbəbdən uşaqların həm yaşayış, həm də məktəb lavazimatlarının alınması ilə bağlı xərcləri artmışdır. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən 26 dekabr 2015-ci ildə anadan olan X5, 23 iyun 2017-ci ildə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məbləğinin artırılmasına ehtiyac vardır. Odur ki, Cavabdeh oğlundan 26 dekabr 2015-ci ildə anadan olan X5, 23 iyun 2017-ci ildə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 246 manat olmaqla cəmi 492 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır.
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddianı tam olaraq qəbul etmir, çünki iddianın heç bir əsası yoxdur. O, heç bir yerdə işləmir, fəhləçilik edir. Himayəsində xəstə valideyinləri vardır. Hazırda o, İmişli rayon məhkəməsinin qətnaməsinə əsasən müəyyən olunmuş 300 manat alimenti valideyinlərinin köməkliyi ilə ödəyir. İddiaçı rəsmi olaraq işləyir və onda olan məlumata əsasən 600 manata yaxın rəsmi əmək haqqı alır. Uşağın saxlanması üçün qanunla nəzərdə tutulan məbləğin hamısını ödəməsi hazırki vaxtda düzgün deyil, yəni iddiaçı da uşağın saxlanılmasında iştirak etməlidir. Buna görə də iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçı məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, müvəqqəti olaraq Abşeron rayonu, Digah qəsəbəsində yaşayır və himayəsində iki məktəbli övladı vardır. Özü isə həm işləmək, həm də hər gün dərsdən çıxdıqdan sonra uşaqlarını məktəbdən götürüb evə aparmaq məcburiyyətindədir. Məktəbdən evə getmək üçün bir neçə avtomobil yolu keçdiklərindən onların təhlükəsizliyi üçün uşaqları tək qoya bilmir. Uşaqlarını aparıbgətirmək üçün başqa adam olmadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasında iştirak etməməsini üzrlü hesab edib, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş edir.
5. Məhkəmə İddiaçı ərizəsini nəzərə alaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmənin hazırlıq iclası zamanı Cavabdeh oğlu iddia tələbini qəbul etməyərək iddiaya etiraz etmiş bu barədə etiraz ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.
7. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh oğlu heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər.
10. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı: 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.
11. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası: 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. İmişli Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(036)-996/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 ilə Cavabdeh oğlu arasında xx.xx.2015-ci il tarixdə 06 nömrəli nikah akt qeydi ilə bağlanmış rəsmi nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 iddiaçı X2 yanında saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü iddiaçı X2 xeyrinə Cavabdeh oğlundan hər bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ayda 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
13. İddiaçının ərizəsi və iş materialları ilə müəyyən edilmişdir ki, alimentin artırılmasına dair hazırkı iddia tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə əlaqədar deyildir. Habelə, iddia tələbi alimentin indeksasiyasını nəzərdə tutan ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməmişdir. İddia ərizəsindən və işin araşdırılan hallarından görünür ki, hazırki iddia tələbinin əsası minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artmasıdır.
14. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin əsasının minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin oluna bilməz.
15. İddiaçı cavabdehin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş və məhkəmə baxışı zamanı işin araşdırılan halları ilə cavabdehin ailə və maddi vəziyyətinin dəyişməsi (artması) müəyyən edilməmişdir.
16. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
17. Qeyd edilən qanunvericilik normasının tələbindən göründüyü kimi qanunvericilik alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halda icazə verir və bu dəyişikliyin baş verib-verməməsini sübut etmək vəzifəsi, alimentin artırılmasını tələb edən iddiaçının üzərinə düşür.
18. Odur ki, iddiaçının cavabdehə qarşı İmişli Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(036)-996/2023 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü iddiaçı X2 xeyrinə Cavabdeh oğlundan hər bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ayda 300 (üç yüz) manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq Cavabdeh oğlundan hər ay hər uşaq üçün 246 manat olmaqla cəmi 492 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi əsassızdır.
19. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
VI. Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh oğluna qarşı İmişli Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(036)-996/2023 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü iddiaçı X2 xeyrinə Cavabdeh oğlundan hər bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ayda 300 (üç yüz) manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq Cavabdeh oğlundan hər ay hər uşaq üçün 246 manat olmaqla cəmi 492 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev.