Məhkəmə qərarları › İş №e-2(036)-985/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-985/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-985/2025 15.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra– İddiaçı BOKT QSC) – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında Qapalı məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı BOKT QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı BOKT QSC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 11 saylı Güzəştli kredit müqaviləsi üzrə 3527.73 manat əsas borc, 120.87 manat faiz borcu olmaqla, cəmi 3648.6 manat borc, 25 iyun 2021-ci il tarixli 92 PR saylı Restrukturizasiya müqaviləsi üzrə 4858.59 manat əsas borc, 173.73 manat faiz borcu olmaqla, cəmi 5032.32 manat borc, hər iki müqavilə üzrə ümumilikdə, 8680.92 manat məbləğində vəsaitin və ödənilmiş 106.8 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) İmişli filialı ilə Cavabdeh1 arasında 20 dekabr 2019-ci il tarixli 11 saylı X5 bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 3729,72 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. X5 üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin İmişli filialı ilə X7 arasında 20 dekabr 2019-ci il tarixli 11 saylı zaminlik müqaviləsi bağlanmışdır. Vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı QSC-nin İmişli filialı ilə Cavabdeh1 arasında 25 iyun 2021-cu il tarixli 92 PR saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” (Restrukturizasiya müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 5000 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin imişli filialı ilə X7 arasında 25 iyun 2021-cu il tarixli 92 PR saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 hər iki müqavilə üzrə qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilələrnin şərtlərinə əməl etməmişdir. Bununla da Cavabdeh1 Güzəştli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bağlanmış 20 dekabr 2019-ci il tarixli 11 saylı X2 əsasən Cavabdeh1 İddiaçı QSC-yə olan əsas borcu 3527,73 manat, faiz borcu 120,87 manat olmaqla, cəmi borc 3648,6 manat ,bağlanmış 25 iyun 2021-cu il tarixli 92 PR saylı Restrukturizasiya Müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı QSC-yə olan əsas borcu 4858,59 manat, faiz borcu 173,73 manat olmaqla, cəmi borc 5032,32 manat olmaqla, hər iki müqavilə üzrə cəmi borc 8680,92 manat təşkil edir. Borcun ödənilməsi barədə Cavabdeh1 və onun zamin X4 dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmə iclasına iştirak edən İddiaçı BOKT QSC-nin nümayəndəsi X6 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Nağıyev X3 Adilə Hilal qızı məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı BOKT QSC ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2019-ci il tarixli 11 saylı X2 əsasən Cavabdeh1 3729,72 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür.. İş materiallarında olan İddiaçı BOKT QSC ilə Cavabdeh1 arasında bağlanmış 25 iyun 2021-ci il tarixli 92/PR saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi”nə əsasən, Cavabdeh1 5000 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı BOKT QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı BOKT QSC-nin müştərisi olan Cavabdeh1 20 dekabr 2019-ci il tarixli 11 saylı X5 üzrə İddiaçı BOKT QSC-yə 3527.73 manat əsas, 120.87 manat faiz, cəmi 3648.6 manat borc, 25 iyun 2021-ci il tarixli 92 PR saylı Restrukturizasiya müqaviləsi üzrə 4858.59 manat əsas borc, 173.73 manat faiz borcu olmaqla, cəmi 5032.32 manat borc, hər iki müqavilə üzrə ümumilikdə 8680.92 borcu yaranmışdır. İş materiallarında olan İddiaçı BOKT QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 11A nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin 25 iyun 2019-cu il tarixli 11 nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı BOKT QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 92 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin 25 iyun 2021ci il tarixli 92 nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyırlar. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı QSC-nin İmişli filialı ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2019-ci il tarixli 11 saylı X2 əsasən Cavabdeh1 3729,72 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Bundan başqa, İddiaçı QSC-nin İmişli filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 iyun 2021-cu il tarixli 92 PR saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi”nə əsasən Cavabdeh1 5000 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Həmin müqavilələrin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, Cavabdeh1 İddiaçı BOKT QSC ilə kredit müqaviləsi bağlayaraq üzərinə götürülmüş öhdəlikləri icra etməmiş, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Eyni zamanda digər Cavabdeh2 zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdirlər. Belə olan halda Bankın məhkəmə qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas və faiz borclarının ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı BOKT QSCnin xeyrinə xx.xx.2019-cu il tarixli 11 saylı Güzəştli kredit müqaviləsi üzrə 3527.73 manat əsas borc, 120.87 manat faiz borcu olmaqla, cəmi 3648.6 manat borc, 25 iyun 2021-ci il tarixli 92 PR saylı Restrukturizasiya müqaviləsi üzrə 4858.59 manat əsas borc, 173.73 manat faiz borcu olmaqla, cəmi 5032.32 manat məbləğində vəsait və ödənilmiş 106.8 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1dan və Cavabdeh2 müştərək qaydada İddiaçı BOKT QSC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 11 saylı Güzəştli kredit müqaviləsi üzrə 3527.73 manat əsas borc, 120.87 manat faiz borcu, 25 iyun 2021-ci il tarixli 92 PR saylı Restrukturizasiya müqaviləsi üzrə 4858.59 manat əsas borc, 173.73 manat faiz borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 8680.92 (səkkiz min altı yüz səksən manat doxsan iki qəpik) manat məbləğində vəsait və ödənilmiş 106.8 (bir yüz altı manat səksən qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar