Məhkəmə qərarları › İş №e-2(037)-10/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-10/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-10/2023 08.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı xxxxnın Cavabdeh qarşı xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair mülki işə 08 fevral 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı xxxx iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 589.86 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 19% dərəcəsi ilə hesablanmış 2688.83 manat məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 3130.06 manat məbləğində penya, cəmi 6408.74 (altı min dörd yüz səkkiz manat, yetmiş dörd qəpik) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 84.09 (səksən dörd manat, doqquz qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçı xxxxnın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 48 ay müddətinə,kreditdən istifadəyə görə illik 19% ödənilməsi şərti ilə, 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədi ilə ASC "xxxx" Bankı ilə Cavabdeh arasında sonuncuya məxsus İsmayıllı şəhəri, M.Əsədov küçəsində yerləşən 0.06 hektar torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, 143,32 kv.metr ümumi, 71,6 kv.metr yaşayış, 71.5 kv.metr köməkçi sahəsi olan 32 saylı fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2013-cü il tarixli **********96613/1 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsinə görə iddiaçı kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2017-ci il tarixli 2(037)-364/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş,xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit və həmin tarixli **********96613/1 nömrəli ipoteka müqaviləsi üzrə 8045.26 manat əsas borc, 394.69 manat adi faiz borcu, 20 manat cərimə, iddianın qaldırılması üçün ödənilmiş 29 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 14 manat xidmət haqqı olmaqla, cəmi 8532.95 manat məbləğinin Cavabdeh alınaraq ASC "xxxx" Bankına ödənilməsi,8532.95 manat məbləğinin tutulmasının ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, M.Əsədov küçəsində yerləşən 0.06 hektar torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, 143.32 kv.metr ümumi, 71.6 kv.metr yaşayış, 71.5 kv.metr köməkçi sahəsi olan 32 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə hərracda ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri Günel Əliyeva, Ülvi Əliyev vəJalə Əliyevanın tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların həmin evdən məcburi qaydada çıxarılmaları qət edilmişdir.Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-364/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2018-ci il tarixli 2(102)- 2214/2018 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qəbul edildikdən sonra Cavabdeh tərəfindən ümumilikdə 8474.64 manat məbləğində ödəniş həyata keçirilmiş və qeyd edilən ödənişlər hesabına qətnamə üzrə Bankın xeyrinə tutulması qət edilmiş borc məbləği tam şəkildə ödənilmişdir. Buna baxmayaraq cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında borcu qalmışdır. Belə ki, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinədək hesablanmış və ödənilməmiş 589.86 manat məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan peniya ödəməlidir ki, əsas borcun tam şəkildə qaytarıldığı xx.xx.2021-ci il tarixinə bu məbləğ 3130.06 manat təşkil edir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə “İpoteka haqqında Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun” 47.5-ci maddəsinə əsasən iddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədi ilə iddiaçı tərəfindən cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər hər hansı əməli addım atılmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş arayışdan göründüyü kimi, AR Mərkəzi Bankının “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin xx.xx.2019-cu il tarixə illik faiz dərəcəsi 24% təşkil edir. Beləliklə yuxarıda göstərilənlərə əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər əldən çıxmış faydanın illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən əsas borcun tam ödənildiyi xx.xx.2021-ci il tarixə kimi isə 19% ilə hesablanmalı olduğunun qənaətindədir və müvafiq hesablama aparıldıqdan sonra qeyd olunan dövrlər üzrə bu məbləğ 2688.83 manat təşkil edir. Odur ki, məhkəmədən xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 589.86 manat məbləğində adi faizlər üzrə borc məbləği,xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 19% dərəcəsi ilə hesablanmış 2688.83 manat məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 3130.06 manat məbləğində penya, cəmi 6408.74 (altı min dörd yüz səkkiz manat, yetmiş dörd qəpik) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 84.09 (səksən dörd manat,doqquz qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, onunla ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 48 ay müddətinə,illik 19% ödənilməsi şərti ilə, 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmək məqsədi ilə onunla ASC "xxxx" Bankı arasında xx.xx.2013-cü il tarixli **********96613/1 nömrəli ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona məxsus İsmayıllı şəhəri, M.Əsədov küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.Kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etmədiyindən bank kredit müqaviləsi üzrə tələbin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia tələbi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2017-ci il tarixli 2(037)-364/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit və həmin tarixli **********96613/1 nömrəli ipoteka müqaviləsi üzrə 8045.26 manat əsas borc,394.69 manat adi faiz borcu,20 manat cərimə,iddianın qaldırılması üçün ödənilmiş 29 manat dövlət rüsumu,ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 14 manat xidmət haqqı olmaqla, cəmi 8532.95 manat məbləğinin ondan alınaraq ASC "xxxx" Bankına ödənilməsi, 8532.95 manat məbləğinin tutulmasının ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, M.Əsədov küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 hektar torpaq sahəsi ilə birlikdə hərracda ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda onun və onunla birlikdə yaşayan ailə üzvlərinin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların həmin evdən məcburi çıxarılmaları qət edilmişdir.O,həmin qətnamədən apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-364/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş,Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2018-ci il tarixli 2(102)-2214/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Onunla ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi restruktruzasiya olunmuş kreditlər siyahısına daxil olunsa da, ASC "xxxx" Bankı onun kredit borcunu restruktruzasiya etməmişdir. O, bununla bağlı bir neçə dəfə Mərkəzi Banka rəsmi müraciət etmişdir. Onun kredit borcunun restruktruzasiya olunması ilə bağlı Mərkəzi Bankla ASC "xxxx" Bankı arasında yazışmalar olmuş və Mərkəzi Bank ASC "xxxx" Bankına onun kredit borcunun restruktruzasiya olunmasını təklif etsə də, ASC "xxxx" Bankı onun kredit borcunu restruktruzasiya etməmişdir. Kredit borcu bank tərəfindən restruktruzasiya olunmadığından məcbur qalaraq İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-364/2017 saylı qətnaməsi üzrə banka olan borcunu tam ödəyərək fərdi yaşayış evini ipoteka ilə yüklülükdən azad etmişdir. Buna baxmayaraq ASC "xxxx" Bankı yenidən ona qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Onun hazırda xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə ASC "xxxx" Bankına borcu qalmamışdır. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsindən və ona Əlavədən görünür ki, ASC “Xalq“ Bankı tərəfindən borc alan Cavabdeh istehlak məqsədi üçün 48 ay müddətinə, illik 19 faiz ödənilməsi şərti ilə 30000 (otuz min) manat məbləğində kredit verməyi, borc alan isə ödəniş cədvəli üzrə xx.xx.2013xx.xx.2022-ci illər ərzində kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüş, öhdəliyinin icrasının təminatı qismində xx.xx.2013-cü il tarixli **********96613/1 nömrəli ipoteka müqaviləsi ilə ipoteka predmeti olan fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. İşdə olan İsmayıllı rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2017-ci il tarixli 2(037)-364/2017 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit və həmin tarixli **********96613/1 nömrəli ipoteka müqaviləsi üzrə 8045.26 manat əsas borc, 394.69 manat adi faiz borcu, 20 manat cərimə, iddianın qaldırılması üçün ödənilmiş 29 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 14 manat xidmət haqqı olmaqla, cəmi 8532.95 manat məbləğinin Cavabdeh alınaraq ASC "xxxx" Bankına ödənilməsi,8532.95 manat məbləğinin tutulmasının ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, M.Əsədov küçəsində yerləşən 0.06 hektar torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, 143.32 kv.metr ümumi, 71.6 kv.metr yaşayış,71.5 kv.metr köməkçi sahəsi olan 32 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə hərracda ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri Günel Əliyeva, Ülvi Əliyev və Jalə Əliyevanın tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların həmin evdən məcburi qaydada çıxarılmaları qət edilmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 07 dekabr 2022-ci il tarixli №9/7832 nömrəli ekspert rəyində rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 23 may 2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsinin şərtləri və ekspert qarşısında qoyulmuş sualda göstərilənlər nəzərə alınmaqla Cavabdeh iddiaçı ASC "xxxx" Bankına olan əsas kredit borcu 0.00 manat, adi faiz borcu (19%) 589.86 manat və faiz borcu (əldən çıxmış fayda 5%+19%) 2.688,83 manat təşkil etdiyi və tərəflər arasında bağlanmış kredit müqaviləsində 19% dərəcəsilə hesablanmalı olan əldən çıxmış fayda nəzərdə tutulmadığı qeyd edilmişdir. Beləliklə,məhkəmə iclasında tədqiq edilmiş sübutlardan irəli gələn həqiqi hallara əsasən müəyyən edilmişdir ki, iddiaçı bankla cavabdeh arasında xx.xx.2013-cü il tarixdə predmeti pul məbləği olan kredit müqaviləsi adlanan borc müqaviləsi bağlanmış, iddiaçı 30000 manat məbləğində pulu cavabdehə verməyi,cavabdeh isə xx.xx.2013-xx.xx.2022-ci illər ərzində kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliyinin icrasının təminatı kimi iddiaçı ilə cavabdeh arasında həmin tarixdə ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün iddiaçı bank məhkəməyə müraciət etmişdir. İddaçı bankın iddiası üzrə əsas məbləğ üzrə borc, faiz məbləği üzrə borc və dəbbə pulu iddia tələbinə uyğun olaraq qismən təmin edilmiş və həmin tələbin ipoteka predmetinə yönəlməsinə dair qətnamə çıxarılmışdır. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-364/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2018-ci il tarixli 2(102)-2214/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qətnamə üzrə banka olan borcunu tam ödəyərək ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini yüklülükdən azad etmişdir. Məhkəmə qətnaməsi üzrə iddiaçının tələbi cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənilməsinə, həmçinin ipoteka predmeti olan əmlakın yüklülükdən azad edilməsinə, həmçinin cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etməsinə baxmayaraq, iddiaçı bank xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 589.86 manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 19% dərəcəsi ilə hesablanmış 2688.83 manat məbləğində zərər (əldən çıxmış fayda) və xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə 3130.06 manat məbləğində penya hesablamışdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənilməsinə, ipoteka predmeti olan əmlakın yüklülükdən azad edilməsinə, həmçinin cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etdikdən sonra, iddiaçı bank tərəfindən xx.xx.2017-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 589.86 manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 19% dərəcəsi ilə hesablanmış 2688.83 manat məbləğində zərər (əldən çıxmış fayda) və xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə 3130.06 manat məbləğində penya hesablaması, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri ilə aşkar surətdə ziddiyyət təşkil edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənildiyi andan, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur.Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» (indiki “İcra haqqında”) Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu daha sonra müəyyən etmişdir ki, məhkəmə qərarlarının icrası haqqında (indiki icra haqqında) qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. İşin müəyyən olunmuş hallarından da görünür ki, tələbin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsinə dair məhkəmə qətnaməsi tam şəkildə icra olunmuş,yəni cavabdeh qətnamə üzrə iddiaçıya olan borcunu tam şəkildə ödəyərək ipoteka predmeti olan əmlakını yüklülükdən azad etmişdir. Bununla da cavabdeh tərəf kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmişdir. Ona görə də tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra olunduqdan sonra, iddiaçı bankın yenidən xitam olunmuş müqaviləyə istinad edərək cavabdehdən faiz borcu, əldən çıxmış fayda və dəbbə pulu tələb etməsi, açıq-aşkar hüquqdan sui-istifadədir. Eləcə də, digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir. Çünki cavabdeh tərəf kreditin təminatı olaraq fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Kredit borcunu ödəmədiyi üçün tələb məhkəmə qətnaməsi ilə ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilmiş, cavabdeh məhkəmə qətnaməsini mübahisələndirsə də qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra borc cavabdeh tərəfindən iddiaçıya tam ödənilmişdir. Bu da onu deməyə əsas verir ki, qətnamə üzrə borcun ödənilməsinin gecikməsi nəticəsində iddiaçı bankın zərərə məruz qalması cavabdehdən asılı olmayan hallardan irəli gəlmişdir. Yəni cavabdeh qanunla nəzərdə tutulmuş hüququndan istifadə edərək məhkəmə qətnaməsindən apelyasiya və kassasiya şikayətləri vermiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra isə borcunu tam ödəyərək ipoteka predmeti olan əmlakını yüklülükdən azad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.1-ci maddəsində qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadə kimi müəyyən edilmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutlardan irəli gələn həqiqi hallara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırkı iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə “ qətetdi: “ İddiaçı xxxxnın Cavabdeh qarşı xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulmasına dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar