Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1065/2024 11.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, X10 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, X10 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1098,43 manat əsas, 942,21 manat faiz və 719,48 manat cərimə olmaqla cəmi 2760 manat borcun və 47,61 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X8 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli 035R********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Sədaqət Səfərova aylıq faiz dərəcəsi 2,25 % оlmaqla 18 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 2000 manat məbləğində kredit verilmişdir. Sədaqət Səfərov kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 17 dekabr 2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Kredit bоrcundan 901,57 manat ödəniş etmiş və оnun iddiaçıya 1098,43 manat məbləğində bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək faiz hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Sədaqət Səfərov kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 01 may 2024-cü il tarixə 11231 gün üçün hesablanmış faiz borcu 942,21 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 01 may 2024-cü il tarixə 11231 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 719,48 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kKreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə X1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X9 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. İsmayıllı Rayon İcra hakimiyyəti Başçısının Təzəkənd İƏD üzrə nümayəndəliyi tərəfindən 12 dekabr 2022-ci il tarixində qeydiyyata alınmış 41 nömrəli cavab məktubuna əsasən X1 İsmayıllı rayon Təzəkənd kəndində yerləşən 1,111 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,2989 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,363 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Hal-hazırda torpaq sahəsində mülkiyyətçilər həyat yoldaşı Cavabdeh6, qızı Cavabdeh2, qızı Cavabdeh5, qızı Cavabdeh3 və X6r. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsindən alınmış arayışdan X1 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Bununla bağlı, məlum olduğu kimi mərhumun sahibliyində olmuş torpaq sahələrindən övladları və həyat yoldaşı istifadə edirlər. Belə ki, faktiki vərəsə həyat yoldaşı Cavabdeh6, qızı Cavabdeh2, qızı Cavabdeh5, qızı Cavabdeh3 və X10 qeyd olunan torpaq sahəsindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən o tərəfindən qəbul edilmiş hesab edildiyindən Cavabdeh6, qızı Cavabdeh2, qızı Cavabdeh5, qızı Cavabdeh3 və X10 mərhum X1 faktiki vərəsəsi hesab edilir. Ona görə də iddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, X10 və Cavabdeh1 müştərək qaydada 1098,43 manat əsas, 942,21 manat faiz və 719,48 manat cərimə olmaqla cəmi 2760 manat borcun və 47,61 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 06 avqust 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 17 fevral 2020-ci il tarixli 035R********** saylı kredit razılaşmasının surətindən görünür ki, iddiaçı tərəfindən X3 aylıq faiz dərəcəsi 2,25% оlmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. - DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli arayışın surətindən görünür ki, X9 27 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. -İsmayıllı RİHB-nın Təzəkənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli 41 nömrəli məktubun surətindən görünür ki, İsmayıllı rayon Təzəkənd kənd sakini olmuş mərhum X1 İsmayıllı rayon Təzəkənd kəndində yerləşən 1,111 ha kənd təsərrüfatı təyinatı, 0,2989 ha kənd təsərrüfatı təyinatlı və 0,363 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mülkiyyətçiləri X9, Səmədova X5 (Səmədova) Gülər Sədaqət qızı, 0,10 ha həyətyanı torpaq sahəsində isə mülkiyyətçilər X9, Cavabdeh6, Həsənova (Səmədova) Günel Sədaqət qızı, X7, X2 və X6r. - 01 may 2024-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə kredit borcunun könüllü olaraq ödənilməsi tələb edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. - 01 may 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, X1 17 fevral 2020-ci il tarixli 035R********** saylı kredit razılaşması üzrə iddiaçıya 1098,43 manat əsas, 942,21 manat faiz və 719,48 manat cərimə olmaqla cəmi 2760,12 manat borcu vardır. - 17 iyul 2024-cü il tarixli 62289328 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 47,61 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 17 fevral 2020-ci il tarixli 035R********** saylı kredit razılaşmasına əsasən iddiaçı tərəfindən X4 aylıq faiz dərəcəsi 2,25 % оlmaqla 18 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 2000 manat məbləğində kredit verilmişdir. Sədaqət Səfərov kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 17 dekabr 2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Kredit bоrcundan 901,57 manat ödəniş etmiş və оnun iddiaçıya 1098,43 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən qaytarılmalı kredit məbləği bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Sədaqət Səfərov kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 01 may 2024-cü il tarixə 11231 gün üçün hesablanmış faiz borcu 942,21 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 01 may 2024-cü il tarixə 11231 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 719,48 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə X1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüş, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası DİN-in BPQMİnin MAPS şöbəsindən alınmış arayışdan X1 vəfat etdiyi məlum olmuşdur. İsmayıllı Rayon İcra hakimiyyəti Başçısının Təzəkənd İƏD üzrə nümayəndəliyi tərəfindən 12 dekabr 2022ci il tarixində qeydiyyata alınmış 41 nömrəli cavab məktubunda X1 İsmayıllı rayon Təzəkənd kəndində yerləşən 1,111 ha, 0,2989 ha və 0,363 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır və hal-hazırda həmin torpaq sahələrindən mərhumun həyat yoldaşı Cavabdeh6, qızı Cavabdeh2, qızı Cavabdeh5, qızı Cavabdeh3 və X10 istifadə edirlər. Mərhumun sahibliyində olmuş torpaq sahələrindən övladları və həyat yoldaşı istifadə ediklərindən miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab olunur və onlar mərhum X1 faktiki vərəsələri hesab edilirlər. İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, X10 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək onlardan müştərək qaydada 1098,43 manat əsas, 942,21 manat faiz və 719,48 manat cərimə olmaqla cəmi 2760 manat borcun və 47,61 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər iddia tələbinə münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 558.1-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin məcəllənin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Lakin kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1306-cı maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edildiyi kimi, “borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.” Göründüyü kimi, X1 ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pоzulmuş şəxsin оna vurulmuş zərərin (realzərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, оnun pоzulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-cimaddəsinə görə, cavabdeh оnun risk dairəsinə daxil оlan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehlərdən 1098,43 manat əsas və 942,21 manat faiz borcu tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddia tələbi üzrə 719,48 manat cərimə məbləği kredit müqaviləsinin Sədaqət Səfərov tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir və cavabdehlərin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehlərin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 719,48 manat cərimə məbləği tutulmasına dair hissəsi qismən – 110 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizəsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 2150,64 manat olduğundan cavabdehlərdən həmin məbləğə uyğun olaraq 41,51 manat dövlət rüsumu alınaraq iddiaçının hesabına ödənilməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, X10 və Cavabdeh1 müştərək qaydada 1098,43 manat əsas, 942,21 manat faiz, 110 manat cərimə və 41,51 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 2192,15 manat borc məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, X10 və Cavabdeh1 müştərək qaydada 1098,43 manat əsas, 942,21 manat faiz, 110 manat cərimə və 41,51 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 2192 (iki min bir yüz doxsan iki) manat 15 (on beş) qəpik borc məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Mülki iş üzrə ödənilmiş 47,61 manat dövlət rüsumunun 6,1 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1065/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1065/2024
11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver