Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1072/2024 07.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi, Cavabdeh Kərı̇ mova Gülbənı̇ z Umud qızının, Cavabdeh Məlı̇ kov İlkı̇ n Əlı̇ kram oğlunun iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdeh Məlı̇ kov İlkı̇ n Əlı̇ kram oğluna və Kərı̇ mova Gülbənı̇ z Umud qızına qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 07 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Məlı̇ kov İlkı̇ n Əlı̇ kram oğlu və Kərı̇ mova Gülbənı̇ z Umud qızından müştərək qaydada 9958.76 manat məbləğində əsas bоrcu, 1365.98 manat məbləğində faiz bоrcu və 407.9 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 11732.64 manat məbləğində bоrcun və 125.2 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC-nin Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə bağladığı 035A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10900 (on min doqquz yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 941.24 manat ödəniş etmiş və оnun iddiaçıya 9958.76 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 282 gün üçün hesablanmış faiz borcu 1365.98 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 282 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 407.9 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. İddiaçı tərəfindən kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilsə də cavabdehlər borcun ödənilməsini təmin etməmişlər. Cavabdehlər kredit borcunu qaytarmadıqlarından iddiaçı məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 125.2 manat dövlət rüsumu ödəmişdir. İddiaçı QSC cavabdehlər Məlı̇ kov İlkı̇ n Əlı̇ kram oğlu və Kərı̇ mova Gülbənı̇ z Umud qızından müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 9958.76 manat məbləğində kredit bоrcu, 1365.98 manat məbləğində faiz bоrcu və 407.9 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 11732.64 manat borcun və 125.2 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron ərizə göndərərək təyin olunmuş məhkəmə iclasına bankın nümayəndəsinin iştirakı olmadan baxıb idianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh Kərı̇ mova Gülbənı̇ z Umud qızı izahat verərək göstərdi ki, onunla İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən ona hissə-hissə qaytarmaq şərti ilə aylıq 1.5833% dərəcəsi ilə 48 ay müddətinə 10900 (on min doqquz yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdeh Məlı̇ kov İlkı̇ n Əlı̇ kram oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. O, götürdüyü kredit borcundan bir qədər ödənişlər eymiş, kredit borcunu hər ay vaxtlı-vaxtında ödəmişdir. Sonradan maddi imkanı olmadığından kredit borcunu hər ay vaxtlı vaxtında ödəyə bilməmişdir. O, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 282 gün üçün 1365,98 manat faiz borcu və 407,9 manat cərimə borcu hesablanmışdır. İddiaçı QSC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə hesablanmış əsas borc və faiz borcunu yaxın vaxtlarda hissə-hissə iddiaçıya ödəyəcəkdir. Qeyd etdiklərinə əsasən onun və digər cavabdeh Məlı̇ kov İlkı̇ n Əlı̇ kram oğlunun maddi vəziyyətləri nəzərə alınaraq cərimə məbləğindən azad edilmələrini və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh Məlı̇ kov İlkı̇ n Əlı̇ kram oğlu izahat verərək göstərdi ki, müqavilənin şərtlərinə uyğun olaraq kredit borcundan ödənişlər etmiş, sonradan maddi vəziyyəti yaxşı olmadığından kredit ödənişlərini vaxtında ödəyə bilməmişdir. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. 30 dekabr 2022-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 48 ay müddətinə 10900 (on min doqquz yüz) manat məbləğində kredit vəsaiti verilmişdir. 30 dekabr 2022-ci il tarixli ərizəyə əlavə olan ödəniş planının surətindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 10900 manat əsas və 4834,92 manat faiz borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. 10 may 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehdən kredit borcunun ödənilməsi tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəliyi və maddi məsuliyyəti barədə ona xəbərdarlıq edilmiş, əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. 10 may 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, 30 dekabr 2022-ci il tarixli ərizə üzrə cavabdehin 10 may 2024-cü il tarixə 9958.76 manat məbləğində əsas bоrcu, 1365.98 manat məbləğində faiz bоrcu və 407.9 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11732.64 manat borcu yaranmışdır. 31 iyul 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 125.20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 30 dekabr 2022-ci il tarixli ərizəyə əsasən iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 48 ay müddətinə 10900 (on min doqquz yüz) manat məbləğində kredit vəsaiti verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 10900 manat əsas və 4834,92 manat faiz borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlərdən kredit borcunun ödənilməsi tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəliyi və maddi məsuliyyəti barədə ona xəbərdarlıq edilmiş, əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. xx.xx.2022-ci il tarixdə bağladığı 035A********** saylı müqavilə əsasında cavabdehlərin 10 may 2024-cü il tarixə 9958.76 manat əsas, 1365.98 manat faiz və 407.9 manat məbləğində cərimə borcu olmaqla cəmi 11732.64 manat borcu yaranmışdır. İddiaçı cavabdehlərdən müştərək qaydada 9958.76 manat məbləğində əsas bоrcu, 1365.98 manat məbləğində faiz bоrcu və 407.9 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 11732.64 manat məbləğində bоrcun və 125.2 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Məlı̇ kov İlkı̇ n Əlı̇ kram oğlu və Kərı̇ mova Gülbənı̇ z Umud qızından müştərək qaydada 9958.76 manat məbləğində əsas bоrc, 1365.98 manat məbləğində faiz bоrcu və 407.9 manat məbləğində cərimə olmaqla cəmi 11732.64 manat məbləğində bоrc və 125.2 manat dövlət rüsumu məbləği alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1072/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1072/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver