Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-109/2024 27.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 27 mart 2024cü il tarixdə açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə müəyyən etdi: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh arasında bağlanmış 16 oktyabr 2019-ci il tarixli, AN-İ№0813478 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehdən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsum məbləği tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək iddia tələbini müdafiə etdiklərini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2019cu il tarixində AN-İ№0813478 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 0.07 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evinin alıcı Cavabdeh 29212 (iyirmi doqquz min iki yüz on iki) manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2019-ci il tarixli AN-İ№0813478 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 1712 (min yeddi yüz on iki) manat məbləği satıcı AccessBank QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Qalan 27500 manat məbləği isə 36 ay müddətinə xx.xx.2023-ci il tarixinədək hər 6 aydan bir, 5 dəfə 1500 manat, 36-cı ayda isə 20000 manat ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2019-ci il tarixli, AN-İ№0813478 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2023-ci il tarixində xəbərdarlıq məktubu göndərilərək öhdəliyi icra etmədiyi təqdirdə nisyə-alğı-satqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Ona görə də İddiaçı QSC məhkəməyə müraciət edərək Bank ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2019-ci il tarixli, AN-İ№0813478 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsi ləğv edilməsi, cavabdehin İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı bankla arasında kredit müqaviləsi bağlanmışdır. Kredit götürərkən işləmiş və kredit məbləğindən müəyyən qədər ödəmişdir. Daha sonra iş yeri bağlanmış və o, işsiz qalmışdır. Ona görə də kredit borcunu ödəyə bilməmişdir. Borc üçün topladığı 10 min manata qədər pulu atası xəstə olduğu üçün atasının müalicəsinə xərcləməli olmuşdur. İddiaçı tərəfindən 7 il əvvəl sözügedən mənzildən ailəsi ilə birlikdə çıxarılmışdır. Hazırda ailəsi ilə birlikdə atasına məxsus evdə yaşayır. Başqa yaşayış yeri yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla, iş üzrə qərar qəbul edilməsini xahiş edir. 20 iyul 2017-ci il tarixli RX seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən ümumi sahəsi 98.3 kvadratmetr sahədən ibarət olan fərdi yaşayış evi İddiaçı QSC-nin mülkiyyətindədir. İş materiallarında olan iddiaçı bankla Cavabdeh arasında 16 oktyabr 2019-ci il tarixli, AN- İ№0813478 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsindən görünür ki, bank tərəfindən İsmayıllı kəndində yerləşən ümumi sahəsi 0.07 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evi Cavabdeh 29212 (iyirmi doqquz min iki yüz on iki) manat qiymətinə satılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 1712 (min yeddi yüz on iki) manat məbləği Satıcı AccessBank QSC-yə notariusun bankda açılan deposit hesabı vasitəsilə ödəməyi, qalan 27500 manat məbləği isə 36 ay müddətinə xx.xx.2023-ci il tarixinədək hər 6 aydan bir, 5 dəfə 1500 manat, 36-cı ayda isə 20000 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-ci il tarixli təklifdən görünür ki, müqavilənin şərtlərinə uyğun olaraq banka olan borcunu ödəməsi, əks təqdirdə müqavilənin ləğv edilməsi və müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün bank tərəfindən məhkəməyə müraciət ediləcəkdir. 03 noyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 20 iyul 2017-ci il tarixli RX seriyalı, ******* nömrəli çıxarışla İddiaçı QSC-nin mülkiyyətində olan İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən ümumi sahəsi 0.07 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evi İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış, AN-İ№0813478 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 29212 (iyirmi doqquz min iki yüz on iki) manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış həmin müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 1712 (min yeddi yüz on iki) manat məbləği Satıcı AccessBank QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Qalan 27500 manat məbləği isə 36 ay müddətinə xx.xx.2023-ci il tarixinədək hər 6 aydan bir, 5 dəfə 1500 manat, 36-cıayda isə 20000 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin alıcı tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Sözügedən müqavilənin 18-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2023-ci il tarixində xəbərdarlıq məktubu göndərilərək, öhdəliyi icra etmədiyi təqdirdə nisyə-alğı-satqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2019-ci il tarixli, AN-İ№0813478 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsi ləğv edilməsi, cavabdehin İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehdən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Elnur Hörmət oğlu bankın mülkiyyətində olan fərdi yaşayış evini 7 il əvvəl boşaltdığını bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 16 oktyabr 2019-ci il tarixli, AN-İ№0813478 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməməsi ilə nəticələnən hallarda iddiaçının müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada ləğv etməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçı üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi tam və vaxtında icra etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, 16 oktyabr 2019-ci il tarixli, AN-İ№0813478 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı, fərdi yaşayış evi boşaldılaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələbərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 100 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2019-ci il tarixli, AN-İ№0813478 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın. İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evi boşaldılaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilsin. Cavabdeh ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-109/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-109/2024
27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver