Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1116/2024 09.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə 09 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 qanuni nümayəndəsi-atası Cavabdeh2 vasitəsilə iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********33 saylı tam kart çərçivə müqaviləsinə əsasən 914.56 manat əsas borc olmaqla cəmi 914.56 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəməyə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək cavabdeh mərhum X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh1 qanuni nümayəndəsi atası Cavabdeh2 iddiaçı "xxxx"ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********33 saylı tam kart çərçivə müqaviləsinə əsasən 914.56 manat əsas borc olmaqla, cəmi 914.56 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin e-2(037)-1116/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilərək iddiaçı "xxxx" ASC-nin cavabdeh Mı̇ rzəlı̇ yev Fərrux Rauf oğluna qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki iş üzrə Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin İsmayıllı filialı ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********33 saylı tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə illik 24 faiz olmaqla 1000 manat məbləğində kart kredit limiti verilmişdir. X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş “Elektron notariat” X1 çıxarışa əsasən İlahə Heydərovanın mirası qəbul etmiş vərəsəsi Cavabdeh1 reystr nömrəsi 54 № ilə qeyd edilmiş, xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “İsmayıllı” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, İlahə Heydərovanın xx.xx.2021-ci il tarixli BPM**********33 saylı tam kart çərçivə müqaviləsinə əsasən 914.56 manat əsas borc olmaqla cəmi 914.56 manat məbləğində borcu qalmışdır.Cavabdeh,mərhum İlahə Heydərovadan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh-mərhum İlahə Heydərovanın mirası qəbul etmiş vərəsəsi Cavabdeh1 qanuni nümayəndəsi atası Cavabdeh2 iddiaçı "xxxx"ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********33 saylı tam kart çərçivə müqaviləsinə əsasən 914.56 manat əsas borc olmaqla,cəmi 914.56 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə3 sonuncu məhkəmə iclasına gəlməmiş, elektron qaydada ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki,arvadı İlahə Heydərova xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O, mərhum arvadı İlahə Heydərova vəfat etməmişdən 4-5 il əvvəl ondan ayrılmışdır. Mərhum arvadının kredit götürməsindən onun məlumatı olmamışdır. Məhkəmədən aldığı bildirişdən sonra ona məlum olmuşdur ki, "xxxx" ASC-nin İsmayıllı filialı ilə mərhum arvadı İlahə Heydərova arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********33 saylı tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən arvadı İlahə Heydərovaya 36 ay müddətinə illik 24 faiz olmaqla 1000 manat məbləğində kart kredit limiti verilmişdir. O, mərhum arvadı İlahə Heydərovadan qalan mirası qəbul etməmişdir. Ancaq bir dəfə qaynı Mais Heydərovun təkidli xahişi ilə arvadının ölüm pulunu almaq üçün notarusda imza etmişdir. Mərhum arvadı İlahə Heydərovadan ona və övladına əlavə heç bir miras payı qalmamışdır. Hal-hazırda maddi durumu yaxşı deyildir və Cavabdeh1 əlavə himayəsində başqa arvaddan olan xəstə uşağı vardır. İddia ərizəsində qeyd edilən borc məbləğini ödəməyə maddi imkanı yoxdur. Qeyd etdiklərinə əsasən maddi vəziyyətinin və himayəsində xəstə övladının olmasını nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmdən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. xx.xx.2021-ci il tarixli BPM**********33 saylı tam kart çərçivə müqaviləsindən görünür ki, "xxxx" ASC-nin İsmayıllı filialı ilə İlahə Heydərova arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********33 saylı tam kart çərçivə müqaviləsinə əsasən sonuncuya illik 36 ay müddətinə illik 24% dərəcəsi ilə 1000 manat məbləğində nağd kredit verilmiş, İlahə Heydərova kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 17 iyul 2023-cü il tarixli AZ-İİ № 361819 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 11 iyul 2023-cü il tarixdə vəfat etmişdir. X6 Təhsil İdarəsi İsmayıllı Sektoru üzrə İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli №68 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh1 2023-2024-cü tədris ilində İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin V xüsyusi sinifində tədris alır. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 01 sentyabr 2023-cü il tarixli №116 nömrəli sərəncamının sürətindən görünür ki, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi ev 30a ünvanında yaşayan X4 xx.xx.2012-ci il təvəllüdlü bacısı oğlu Cavabdeh1 üzərində qəyyum təyin edilmişdir. “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, 11 iyul 2023-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi xx.xx.2012-ci ildə doğulmuş Cavabdeh1dur. 09 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, kart kredit limiti üzrə mərhum X2 09 iyul 2024-cü il tarixədək iddiaçıya 914.56 manat əsas borcu olmaqla, cəmi 914.56 manat borcu qalmışdır. 15 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, kart kredit limiti üzrə mərhum X2 15 iyul 2024-cü il tarixədək iddiaçıya 914.56 manat əsas borcu olmaqla, cəmi 914.56 manat borcu qalmışdır. 18 mart 2024-cü il tarixli 6-2-22/2-9755/2024 nömrəli bildirişin surətindən görünür ki, borclu X3 vəfat etdiyindən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsəsi Cavabdeh1 tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəliyi və maddi məsuliyyəti barədə ona xəbərdarlıq edilmiş,əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi ona izah edilmişdir. 19 iyul 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləği ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, "xxxx" ASC-nin İsmayıllı filialı ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********33 saylı tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə illik 24 faiz olmaqla 1000 manat məbləğində kart kredit limiti verilmişdir. X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş “Elektron notariat” X1 çıxarışa əsasən İlahə Heydərovanın mirası qəbul etmiş vərəsəsi Cavabdeh1 reystr nömrəsi 54 № ilə qeyd edilmiş, xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “İsmayıllı” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, İlahə Heydərovanın xx.xx.2021-ci il tarixli BPM**********33 saylı tam kart çərçivə müqaviləsinə əsasən 914.56 manat əsas borc olmaqla cəmi 914.56 manat məbləğində borcu qalmışdır.Cavabdeh,mərhum İlahə Heydərovadan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı cavabdeh mərhum İlahə Heydərovanın mirası qəbul etmiş vərəsəsi Cavabdeh1 qanuni nümayəndəsi atası Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********33 saylı tam kart çərçivə müqaviləsinə əsasən 914.56 manat əsas borc olmaqla,cəmi 914.56 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulmasını tələb edir. Cavabdeh iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1243.2-ci maddəsinə əsasən,vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi borclunun ölümündən sonra onun borcuna münasibətdə mirası qəbul etmiş vərəsələrin kreditor qarşısında məsuliyyət daşımaları üçün qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əldə edilməsi imperativ olaraq nəzərdə tutulmamışdır. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, "xxxx" ASC ilə X3 arasında xx.xx.2021-ci il tarixli BPM**********33 saylı tam kart çərçivə müqaviləsi mövcud olmuş, hazırda mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinə yol verir. İş materiallarından da görünür ki, X2 vəfatından sonra ondan qalan miras əmlakı onun əri hazırki iş üzrə Cavabdeh2 qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, BPM**********33 saylı tam kart çərçivə müqaviləsi üzrə X2 iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra həmin öhdəliklərin icrası vəzifəsi hazırki iş üzrə Cavabdeh2 üzərinə düşür. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cavabdeh2 iddiaçı "xxxx" ASCnin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********33 saylı tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə cəmi 914.56 manat borc məbləğinin tutulmasına dair iddia tələbi təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı məbləği də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********33 saylı tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə cəmi 914.56 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı məbləği tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1116/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1116/2024
09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver