Məhkəmə qərarları › İş №e-2(037)-1117/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1117/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1117/2024 04.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə 04 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən "xxxx" ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, 15-xx-xx-054418 saylı kredit müqaviləsinə əsasən 694.84 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin İsmayıllı filialı ilə Tofiq Məmmədov arasında bağlanmış 22 iyul 2016-cı il tarixli, 15-xx-xx-054418 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 29% dərəcəsi ilə 60 ay müddətinə 2488 manat məbləğində kredit verilmiş, Tofiq Məmmədov kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə "xxxx" ASC arasında 01 iyul 2016-cı il tarixdə imzalanmış “Kredit Müqavilələri üzrə Tələb Hüquqlarının Ötürülməsinə dair” müqaviləyə əsasən kredit üzrə tələb hüququ "xxxx" ASC-nin balansına keçmişdir. Tofiq Məmmədov müqavilə ilə müəyyən edilmiş 60 ay müddətində cəmi 2488 manat əsas borc və 2250.41 manat faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Tofiq Məmmədov 16 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 46 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Tofiq Məmmədovun adına vərəsəlik işi Cavabdeh tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizə əsasında açılmışdır. Bankın İsmayıllı filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Tofiq Məmmədovun vəfat etdiyi tarixə banka 694.84 manat kredit borcu qalmışdır. Cavabdeh mərhum Tofiq Məmmədovdan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliklərini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəfindən səy göstərilsə də cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehdən "xxxx" ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli 15-xx-xx- 054418 saylı kredit müqaviləsinə əsasən 694.84 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə3 sonuncu məhkəmə iclasına gəlməmiş, elektron qaydada ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək göstərmişdir ki, "xxxx" ASC-nin İsmayıllı filialı ilə X6 arasında bağlanmış 22 iyul 2016-cı il tarixli, 15-xx-xx- 054418 saylı kredit müqaviləsinə əsasən ərinə illik 29% dərəcəsi ilə 60 ay müddətinə 2488 manat məbləğində kredit verilmişdir. X6 16 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. Ərinin vəfatından sonra ondan qalan miras əmlakın qəbul edilməsi üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. Onun müraciəti əsasında İsmayıllı rayon Notariat Ofisi tərəfindən mərhum X6un adına vərəsəlik işi açılmışdır. O, mərhum ərindən qalan miras əmlakı qəbul etsə də, onun banka olan kredit borcunu maddi imkanı olmadığından ödəyə bilməmişdir.Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. 22 iyul 2016-cı il tarixli, 15-xx-xx-054418 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin İsmayıllı filialı tərəfindən X3 illik 29% dərəcəsi ilə 60 ay müddətinə 2488 manat məbləğində kredit verilmiş, Tofiq Məmmədov kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 22 iyul 2016-cı il tarixli, 15-xx-xx-054418 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, X4 müqavilə ilə müəyyən edilmiş 60 ay müddətində cəmi 2488 manat əsas borc və 2250.41 manat faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. 21 oktyabr 2020-ci il tarixli AZ-İİ № 112104 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İsmayıllı Rayon Notariat Ofisinin 12 oktyabr 2024-cü il tarixli 733 nömrəli sorğuya cavab məktubundan görünür ki, 16 oktyabr 2023-cü il tarixdə vəfat etmiş X2 adına vərəsəlik işi açılmışdır. Lakin qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilməmişdir. “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, 16 oktyabr 2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi xx xxxxxx 1952-ci ildə anadan olmuş Cavabdehdır. 12 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə mərhum X2 12 iyul 2024-cü il tarixədək iddiaçıya 694.84 manat əsas borcu qalmışdır. 29 fevral 2024-cü il tarixli 6-2-22/2-7514/2024 nömrəli bildirişin surətindən görünür ki, borclu X4 vəfat etdiyindən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsəsi Cavabdeh tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəliyi və maddi məsuliyyəti barədə ona xəbərdarlıq edilmiş,əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi ona izah edilmişdir. 01 iyul 2016-cı il tarixli “Kredit Müqavilələri üzrə Tələb Hüquqlarının Ötürülməsinə dair” müqavilənin surətindən görünür ki, "xxxx" ASC ilə "xxxx" ASC arasında kredit üzrə tələb hüququ "xxxx" ASC-nin balansına keçmişdir. 18 iyul 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləği ödənilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, "xxxx" ASC-nin İsmayıllı filialı ilə X4 arasında bağlanmış 22 iyul 2016-cı il tarixli, 15-xx-xx-054418 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 29% dərəcəsi ilə 60 ay müddətinə 2488 manat məbləğində kredit verilmiş, Tofiq Məmmədov kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə "xxxx" ASC arasında 01 iyul 2016-cı il tarixdə imzalanmış “Kredit Müqavilələri üzrə Tələb Hüquqlarının Ötürülməsinə dair” müqaviləyə əsasən kredit üzrə tələb hüququ "xxxx" ASC-nin balansına keçmişdir. Tofiq Məmmədov müqavilə ilə müəyyən edilmiş 60 ay müddətində cəmi 2488 manat əsas borc və 2250.41 manat faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür.Tofiq Məmmədov 16 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. İsmayıllı Rayon Notariat Ofisinin 12 oktyabr 2024-cü il tarixli 733 nömrəli sorğuya cavab məktubunda qeyd etmişdir ki, 16 oktyabr 2023-cü il tarixdə vəfat etmiş Tofiq Məmmədovun adına vərəsəlik işi açılmışdır. Lakin qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilməmişdir. Elektron notariat” X1 çıxarışa əsasən Tofiq Məmmədovun vərəsələri xx xxxxxx 1952-ci ildə anadan olmuş Cavabdehdır. 12 iyul 2024cü il tarixli maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə mərhum Tofiq Məmmədovun 12 iyul 2024-cü il tarixədək iddiaçıya 694.84 manat əsas borcu qalmışdır. 29 fevral 2024cü il tarixli bildirişlə borclu Tofiq Məmmədov vəfat etdiyindən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsəsi Cavabdeh tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəliyi və maddi məsuliyyəti barədə ona xəbərdarlıq edilmiş,əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi ona izah edilmişdir. İddiaçı cavabdehdən xx.xx.2016-cı il tarixli, 15-xx-xx-054418 saylı kredit müqaviləsinə əsasən 694.84 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləğinin tutulmasını tələb edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş,iştirak etdiyi əvvəlki məhkəmə iclasında mərhum X6un xx.xx.2020-ci il tarixdə vəfat etdiyini, mərhum ərindən qalan miras əmlakı qəbul etdiyini, maddi imkanı olmadığından ərinin kredit borcunu ödəyə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1243.2-ci maddəsinə əsasən,vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən xx.xx.2016-cı il tarixli 15-xx-xx-054418 saylı kredit müqaviləsinə əsasən 694.84 manat kredit borcunun tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləğinin tutulmasına dair hissələri də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2016-cı il tarixli 15-xx-xx-054418 saylı kredit müqaviləsinə əsasən 694.84 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı məbləği tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar