Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1119/2024 17.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2145,94 manat əsas borcun, 41,46 manat ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin İsmayıllı filialı ilə X3 arasında 25 fevral 2020-ci il tarixli BPM**********63 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən X2 48 ay müddətinə illik 24 %-lə 3200 manat kredit verilmişdir. X3 17 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Qəbələ regional ASAN xidmət mərkəzində Notariat Ofisinin 27 yanvar 2024-cü il tarixli 251 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh3 2V-85 reyestr nömrəli 06 fevral 2023cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın İsmayıllı filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X1 25 fevral 2020-ci il tarixli BPM**********63 nömrəli kredit müqaviləsi üzrə 2145,94 manat əsas borcu qalmışdır. Cavabdehlər mərhum Çimnaz Eldarovadan qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəfindən səy göstərilsə də cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Cavabdehlərdən kredit müqaviləsi üzrə 2145,94 manat əsas borcun, 41,46 manat ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının müştərək qaydada alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 13 avqust 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ilə X3 arasında bağlanmış 25 fevral 2020-ci il tarixli BPM**********63 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Çimnaz Eldarovaya 48 ay müddətinə illik 24 % ödəmək şərti ilə 3200 (üç min iki yüz) manat kredit verilmişdir. - 25 fevral 2020-ci il tarixli BPM**********63 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, X3 müqavilə ilə müəyyən edilmiş 48 ay müddətində 3200 manat əsas borc və 1805,32 manat faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. - 01 oktyabr 2021-ci il tarixli AZ-İİ seriyalı 205770 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 17 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. - Ədliyyə Nazirliyi Qəbələ Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 251 nömrəli 27 yanvar 2024-cü il tarixli məktubunun surətindən görünür ki, 17 sentyabr 2021-ci il tarixdə vəfat etmiş, 19 fevral 1962-ci il təvəllüdlü X1 adına 6 reyestr nömrəli 06 yanvar 2023-cü il tarixli açılmış vərəsəlik işi üzrə Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh3 06 fevral 2023-cü il tarixli 2V-85 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - 26 fevral 2024-cü il tarixli 6-2-22/2-6885/2024 nömrəli bildirişin surətindən görünür ki, X3 vəfat etdiyindən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsələri Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh3 tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. - 12 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 25 fevral 2020-ci il tarixli BPM**********63 nömrəli kredit müqaviləsi üzrə mərhum X1 12 iyul 2024-cü il tarixədək iddiaçıya 2145,94 manat əsas borcu qalmışdır. - 19 iyul 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 41,46 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə X3 arasında bağlanmış 25 fevral 2020-ci il tarixli BPM**********63 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Çimnaz Eldarovaya 48 ay müddətinə illik 24 % ödəmək şərti ilə 3200 (üç min iki yüz) manat kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən Çimnaz Eldarova müqavilə ilə müəyyən edilmiş müddətdə 3200 manat əsas borc və 1805,32 manat faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Çimnaz Eldarova 17 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Ədliyyə Nazirliyi Qəbələ Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən 06 fevral 2023-cü il tarixdə açılmış 2V-85 reyestr nömrəli vərəsəlik işinə əsasən 17 sentyabr 2021-ci il tarixdə vəfat etmiş, 19 fevral 1962-ci il təvəllüdlü X1 vərəsələri Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh3 müəyyən edilmişdir. X4 kredit müqaviləsi üzrə 2145,94 manat əsas borcu qalmışdır. X6 vəfat etdiyindən 26 fevral 2024-cü il tarixli bildirişlə kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsələri Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh3 tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada kredit müqaviləsi üzrə 2145,94 manat əsas borcun, 41,46 manat ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulmasını tələb edir. Cavabdehlər iddia tələbinə münasibət bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X3 vəfat etdikdən sonra 25 fevral 2020-ci il tarixli BPM**********63 nömrəli kredit müqaviləsi üzrə onunla iddiaçı arasında mövcud olmuş, hazırda mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinə yol verir. X1 vərəsələri Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh3 müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, 25 fevral 2020-ci il tarixli BPM**********63 nömrəli kredit müqaviləsi üzrə X1 iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra həmin öhdəliklərin icrası vəzifəsi onun vərəsələri olan hazırki iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh3 üzərinə düşür. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, X3 ilə iddiaçı arasında bağlanmış 25 fevral 2020-ci il tarixli BPM**********63 nömrəli kredit müqaviləsində nəzərdə tutulan öhdəliklərə görə hazırki iş üzrə cavabdehlər bilavasitə maddi məsuliyyət daşıdıqları üçün qeyd olunan kredit müqaviləsi üzrə 2145,94 manat əsas borc da bilavasitə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, cavabdehlərdən müştərək qaydada 41,46 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh3dan müştərək qaydada 2145,94 manat əsas borc, 41,46 manat ödənilmiş dövlət rüsumu və 0,4 manat xidmət haqqı olmaqla cəmi 2187 (iki min bir yüz səksən yeddi) manat 80 (səksən) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1119/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1119/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver