Məhkəmə qərarları › İş №e-2(037)-1121/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1121/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1121/2024 17.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh 10 sentyabr 2020-ci il tarixli BPM**********27 saylı tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3128,76 manat əsas borcun, kart kredit limiti üzrə 494,06 manat əsas borc və 7,62 manat faiz olmaqla cəmi 501,68 manat borcun, 56,31 manat ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin İsmayıllı filialı ilə X3 arasında 10 yanvar 2020-ci il tarixli BPM**********27 nömrəli saylı tam kart çərçivə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X2 48 ay müddətinə illik 22 %-lə 3300 manat məbləğində nəqd kredit verilmiş və 36 ay müddətinə illik 24 %-lə 500 manat məbləğində kart kredit limiti ayrılmışdır. X3 14 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Qəbələ regional ASAN xidmət mərkəzində Notariat Ofisinin 16 fevral 2024-cü il tarixli 525 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi Cavabdeh 2V-437, 438 və 439 reyestr nömrəli 12 may 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın İsmayıllı filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X1 10 yanvar 2020-ci il tarixli BPM**********27 nömrəli saylı tam kart çərçivə müqaviləsinə əsasən nəqd kredit üzrə 3128,76 manat, kart kredit limiti üzrə 494,06 manat əsas və 7,62 manat faiz olmaqla cəmi 501,68 manat borcu qalmışdır. Cavabdeh mərhum Zahirə Nurməmmədovadan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəfindən səy göstərilsə də cavabdeh öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı cavabdehdən kredit müqaviləsi üzrə 10 sentyabr 2020-ci il tarixli BPM**********27 saylı tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3128,76 manat əsas borcun, kart kredit limiti üzrə 494,06 manat əsas borc və 7,62 manat faiz olmaqla cəmi 501,68 manat borcun, 56,31 manat ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 13 avqust 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ilə X3 arasında bağlanmış 10 sentyabr 2020-ci il tarixli BPM**********27 saylı tam kart çərçivə müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Zahirə Nurməmmədovadan 48 ay müddətinə illik 22 %-lə 3300 manat məbləğində nəqd kredit verilmiş və 36 ay müddətinə illik 24 %-lə 500 manat məbləğində kredit limiti ayrılmışdır. - 10 yanvar 2020-ci il tarixli BPM**********27 nömrəli saylı tam kart çərçivə müqaviləsinə 1 saylı əlavədən görünür ki, X3 müqavilə ilə müəyyən edilmiş 48 ay müddətində 3300 manat əsas borc və 1690,27 manat faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. - 18 yanvar 2021-ci il tarixli AZ-İİ seriyalı 140702 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 14 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. - Ədliyyə Nazirliyi Qəbələ Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 525 nömrəli 16 fevral 2024-cü il tarixli məktubunun surətindən görünür ki, 14 yanvar 2021-ci il tarixdə vəfat etmiş, 29 noyabr 1955-ci il təvəllüdlü X1 adına 222 reyestr nömrəli 12 may 2023-cü il tarixli açılmış vərəsəlik işi üzrə Cavabdeh 12 may 2023-cü il tarixli 2V-437, 438, 439 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. - 18 mart 2024-cü il tarixli 6-2-22/2-9758/2024 nömrəli bildirişin surətindən görünür ki, X3 vəfat etdiyindən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsəsi Cavabdeh tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi ona izah edilmişdir. - 12 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 10 yanvar 2020-ci il tarixli BPM**********27 nömrəli kredit müqaviləsi üzrə mərhum X1 12 iyul 2024-cü il tarixədək iddiaçıya 3128,76 manat əsas borcu qalmışdır. - 15 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 10 yanvar 2020-ci il tarixli kredit xətti üzrə mərhum X1 15 iyul 2024-cü il tarixədək iddiaçıya 494,06 manat əsas və 7,62 manat faiz borcu qalmışdır. - 19 iyul 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 56,31 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə X3 arasında bağlanmış 10 yanvar 2020-ci il tarixli BPM**********27 nömrəli saylı tam kart çərçivə müqaviləsinə əsasən müqaviləyə əsasən X2 48 ay müddətinə illik 22 %-lə 3300 manat məbləğində nəqd kredit verilmiş və 36 ay müddətinə illik 24 %-lə 500 manat məbləğində krediti limiti ayrılmışdır. Müqavilənin şərtlərinə əsasən Zahirə Nurməmmədova müqavilə ilə müəyyən edilmiş müddətdə nəqd kredit üzrə 48 ay müddətində 3300 manat əsas borc və 1690,27 manat faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Zahirə Nurməmmədova 14 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Ədliyyə Nazirliyi Qəbələ Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən 12 may 2023-cü il tarixdə açılmış 222 reyestr nömrəli vərəsəlik işinə əsasən 14 yanvar 2021-ci il tarixdə vəfat etmiş, 29 noyabr 1955-ci il təvəllüdlü X1 vərəsəsi Cavabdeh müəyyən edilmişdir. X4 10 sentyabr 2020-ci il tarixli BPM**********27 saylı tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3128,76 manat əsas borcu, kart kredit limiti üzrə 494,06 manat əsas borc və 7,62 manat faiz olmaqla cəmi 501,68 manat borcu qalmışdır. X6 vəfat etdiyindən 18 mart 2024cü il tarixli bildirişlə kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsəsi Cavabdeh tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə ona xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi ona izah edilmişdir. İddiaçı Cavabdeh 10 sentyabr 2020-ci il tarixli BPM**********27 saylı tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3128,76 manat əsas borcun, kart kredit limiti üzrə 494,06 manat əsas borc və 7,62 manat faiz olmaqla cəmi 501,68 manat borcun, 56,31 manat ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulmasını tələb edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X3 vəfat etdikdən sonra 10 yanvar 2020-ci il tarixli BPM**********27 nömrəli tam kart çərçivə müqaviləsi üzrə onunla iddiaçı arasında mövcud olmuş, hazırda mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinə yol verir. X1 vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, 10 yanvar 2020-ci il tarixli BPM**********27 nömrəli tam kart çərçivə müqaviləsi üzrə X1 iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra həmin öhdəliklərin icrası vəzifəsi onun vərəsəsi hazırki iş üzrə Cavabdeh üzərinə düşür. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, X3 ilə iddiaçı arasında bağlanmış 10 yanvar 2020-ci il tarixli BPM**********27 nömrəli tam kart çərçivə müqaviləsində nəzərdə tutulan öhdəliklərə görə hazırki iş üzrə cavabdeh bilavasitə maddi məsuliyyət daşıdığı üçün qeyd olunan kredit müqaviləsi üzrə 3128,76 manat əsas borcun, kart kredit limiti üzrə 494,06 manat əsas borc və 7,62 manat faiz olmaqla cəmi 501,68 manat borc da bilavasitə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, cavabdehlərdən müştərək qaydada 56,31 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh 10 sentyabr 2020-ci il tarixli BPM**********27 saylı tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3128,76 manat əsas borcun, kart kredit limiti üzrə 494,06 manat əsas borc və 7,62 manat faiz olmaqla cəmi 501,68 manat borcun, 56,31 manat ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqı olmaqla cəmi 3687 (üç min altı yüz səksən yeddi) manat 15 (on beş) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar