Məhkəmə qərarları › İş №e-2(037)-1124/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1124/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1124/2024 04.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Xəlı̇ lov Elxan Hüseyn oğlu, Xəlı̇ lova Xavərzəmı̇ n Səlı̇ m qızı və Xəlı̇ lov Elman Hüseyı̇ n oğluna qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması tələbinə dair mülki işə 04 dekabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Xəlı̇ lov Elxan Hüseyn oğlu, Xəlı̇ lova Xavərzəmı̇ n Səlı̇ m qızı və Xəlı̇ lov Elman Hüseyı̇ n oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən "xxxx" ASC-nin xeyrinə 12 iyul 2019-cu il tarixli BPM**********08 saylı kredit müqaviləsinə əsasən 1269,71 manat əsas borc və 32,69 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin İsmayıllı filialı ilə Xəlilov Hüseyn Əsəd oğlu arasında bağlanmış 12 iyul 2019-cu il tarixli BPM**********08 saylı kredit müqaviləsinə əsasən sonuncuya 32 ay müddətinə illik 24 faiz olmaqla 2620 manat məbləğində nağd kredit verilmişdir. X2 Əsəd oğlu 16 fevral 2021-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş “Elektron notariat” X1 çıxarışa əsasən mərhum Xəlilov Hüseyn Əsəd oğlunun adına vərəsəlik işi qanun üzrə vərəsələri olan Cavabdeh2, Cavabdeh3 Hüseyn oğlu və Cavabdeh1 tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizələri əsasında açılmışdır. Bankın “İsmayıllı” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, Xəlilov Hüseyn Əsəd oğlunın 12 iyul 2019-cu il tarixli BPM**********08 saylı kredit müqaviləsinə əsasən 1269,71 manat məbləğində əsas borcu qalmışdır. Cavabdehlər, mərhum Xəlilov Hüseyn Əsəd oğlundan qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün səy göstərilsə də cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Cavabdehlərdən "xxxx" ASCnin xeyrinə 12 iyul 2019-cu il tarixli BPM**********08 saylı kredit müqaviləsinə əsasən 1269,71 manat əsas borc və 32,69 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək mülki işin baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh3 Hüseyı̇ n oğlu iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, atası Xəlilov Hüseyn Əsəd oğlu 16 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Atasından qalan miras əmlak bankın balansındadır. Atası vəfat etdikdən sonra miras qalmış əmlakın qəbul edilməsinə dair vərəsəlik işi açılmamış və qanun üzrə vərərəslik hüququ haqqında şəhadətnamə verilməmişdir. İddia tələbini əsassız hesab edir və təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Xəlı̇ lov Elxan Hüseyn oğlu və Xəlı̇ lova Xavərzəmı̇ n Səlı̇ m qızına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Cavabdehlər Xəlı̇ lov Elxan Hüseyn oğlu və Xəlı̇ lova Xavərzəmı̇ n Səlı̇ m qızını etibarnamə üzrə cavabdeh Xəlı̇ lov Elman Hüseyı̇ n oğlu təmsil etmişdir. Məhkəmə cavabdeh Xəlı̇ lov Elman Hüseyı̇ n oğlunun izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 12 iyul 2019-cu il tarixli, BPM**********08 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin İsmayıllı filialı tərəfindən Xəlilov Hüseyn Əsəd oğluna illik 24% dərəcəsi ilə 32 ay müddətinə 2620 manat məbləğində kredit verilmiş, Xəlilov Hüseyn Əsəd oğlu kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 12 iyul 2019-cu il tarixli, BPM**********08 nömrəli kredit müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, Xəlilov Hüseyn Əsəd oğlu müqavilə ilə müəyyən edilmiş 32 ay müddətində cəmi 2620 manat əsas borc və 951,71 manat faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 19 fevral 2021-ci il tarixli AZ-İİ № 162077 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Xəlilov Hüseyn Əsəd oğlu 16 fevral 2021-ci il tarixdə vəfat etmişdir. İsmayıllı Rayon Notariat Ofisinin 12 oktyabr 2024-cü il tarixli 734 nömrəli sorğuya cavab məktubu və ona əlavə olunmuş vərəsəlik işindən görünür ki, 16 fevral 2021-ci il tarixdə vəfat etmiş Xəlilov Hüseyn Əsəd oğlunun adına vərəsəlik işi açılmışdır. Lakin qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilməmişdir. İsmayıllı “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, 16 fevral 2021-ci il tarixdə vəfat etmiş Xəlilov Hüseyn Əsəd oğlunun vərəsələri Xəlı̇ lov Elxan Hüseyn oğlu, Xəlı̇ lova Xavərzəmı̇ n Səlı̇ m qızı və Xəlı̇ lov Elman Hüseyı̇ n oğludur. 18 mart 2024-cü il tarixli 6-2-22/2-9760/2024 nömrəli bildirişin surətindən görünür ki, X2 Əsəd oğlu vəfat etdiyindən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsələri Xəlı̇ lov Elxan Hüseyn oğlu, Xəlı̇ lova Xavərzəmı̇ n Səlı̇ m qızı və Xəlı̇ lov Elman Hüseyı̇ n oğlundan tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. 19 iyul 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 32,69 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləği ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 12 iyul 2019-cu il tarixli BPM**********08 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin İsmayıllı filialı tərəfindən Xəlilov Hüseyn Əsəd oğluna illik 24% dərəcəsi ilə 32 ay müddətinə 2620 manat məbləğində kredit verilmiş, Xəlilov Hüseyn Əsəd oğlu kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Xəlilov Hüseyn Əsəd oğlu 16 fevral 2021-ci il tarixdə vəfat etmişdir. İsmayıllı Rayon Notariat Ofisinin 12 oktyabr 2024-cü il tarixli 734 nömrəli sorğuya cavab məktubu və ona əlavə olunmuş vərəsəlik işinə əsasən 16 fevral 2021-ci il tarixdə vəfat etmiş Xəlilov Hüseyn Əsəd oğlunun adına vərəsəlik işi açılmışdır. Lakin qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilməmişdir. İsmayıllı “Elektron notariat” X1 çıxarış üzrə 16 fevral 2021-ci il tarixdə vəfat etmiş Xəlilov Hüseyn Əsəd oğlunun vərəsələri Xəlı̇ lov Elxan Hüseyn oğlu, Xəlı̇ lova Xavərzəmı̇ n Səlı̇ m qızı və Xəlı̇ lov Elman Hüseyı̇ n oğludur. X2 Əsəd oğlu vəfat etdiyindən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsələri Xəlı̇ lov Elxan Hüseyn oğlu, Xəlı̇ lova Xavərzəmı̇ n Səlı̇ m qızı və Xəlı̇ lov Elman Hüseyı̇ n oğlundan tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. 19 iyul 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 32,69 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləği ödənilmişdir. İddiaçı cavabdehlərdən "xxxx" ASC-nin xeyrinə 12 iyul 2019-cu il tarixli BPM**********08 saylı kredit müqaviləsinə əsasən 1269,71 manat əsas borc və 32,69 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh3 Hüseyı̇ n oğlu atası vəfat etdikdən sonra miras qalmış əmlakın qəbul edilməsinə dair vərəsəlik işi açılmadığını və qanun üzrə vərərəslik hüququ haqqında şəhadətnamə verilmədiyini bildirərək iddia tələbini əsassız hesab edir və təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən 1269,71 manat əsas borcun tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 32,69 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləğinin tutulmasına dair hissələri də təmin edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Xəlı̇ lov Elxan Hüseyn oğlu, Xəlı̇ lova Xavərzəmı̇ n Səlı̇ m qızı və Xəlı̇ lov Elman Hüseyı̇ n oğlundan müştərək qaydada 12 iyul 2019-cu il tarixli BPM**********08 saylı kredit müqaviləsinə əsasən 1269,71 manat əsas borc, 32,69 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı – cəmi 1302 (bir min üç yüz iki) manat 80 (səksən) qəpik tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar