Məhkəmə qərarları › İş №e-2(037)-1127/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1127/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1127/2024 23.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 828,54 manat əsas borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin İsmayıllı filialı ilə X4 arasında 31 may 2018-ci il tarixli 1290-xx.xx.2018-002962 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən X3 57 ay müddətinə illik 27 %-lə 1900 manat məbləğində nəqd kredit verilmişdir. X4 28 aprel 2021-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisinin 27 yanvar 2024-cü il tarixli 45 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X2 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 448 reyestr nömrəli 12 oktyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın İsmayıllı filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X2 31 may 2018-ci il tarixli 1290-xx.xx.2018-002962 nömrəli kredit müqaviləsi üzrə 828,54 manat əsas borcu qalmışdır. Cavabdehlər mərhum Xurşidbanu Talıbovadan qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəfindən səy göstərilsə də cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. İddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə 828,54 manat əsas borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının müştərək qaydada alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş 14 avqust 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehlərin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ilə X4 arasında bağlanmış 31 may 2018-ci il tarixli 1290-xx.xx.2018- 002962 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Hüseyn Hüseynova 57 ay müddətinə illik 27 % ödəmək şərti ilə 1900 (bir min doqquz yüz) manat kredit verilmişdir. - 31 may 2018-ci il tarixli 1290-xx.xx.2018-002962 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, X4 müqavilə ilə müəyyən edilmiş 57 ay müddətində 1900 manat əsas borc və 1489,68 manat faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. - 03 may 2021-ci il tarixli AZ-İİ seriyalı 162212 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28 aprel 2021-ci il tarixdə vəfat etmişdir. - “Elektron notariat” X1 çıxarışdan görünür ki, 16 iyun 12965-ci il təvəllüdlü X2 adına açılmış vərəsəlik işi üzrə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - 26 fevral 2024-cü il tarixli 6-2-22/2-6884/2024 nömrəli bildirişin surətindən görünür ki, X4 vəfat etdiyindən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsələri Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. - 12 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 31 may 2018-ci il tarixli 1290-xx.xx.2018-002962 nömrəli kredit müqaviləsi üzrə mərhum X2 12 iyul 2024-cü il tarixədək iddiaçıya 828,54 manat əsas borcu qalmışdır. - 19 iyul 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə X4 arasında bağlanmış 31 may 2018-ci il tarixli 1290-xx.xx.2018-002962 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Xurşidbanu Talıbovaya 57 ay müddətinə illik 27 % ödəmək şərti ilə 1900 (bir min doqquz yüz) manat kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən Xurşidbanu Talıbova müqavilə ilə müəyyən edilmiş müddətdə 1900 manat əsas borc və 1489,68 manat faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Xurşidbanu Talıbova 28 aprel 2021-ci il tarixdə vəfat etmişdir. İsmyıllı rayon Notariat Ofisi tərəfindən 21 dekabr 2021-ci il tarixdə açılmış vərəsəlik işinə əsasən 28 aprel 2021-ci il tarixdə vəfat etmiş, 16 iyun 1965-ci il təvəllüdlü X2 vərəsələri Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müəyyən edilmişdir. X7 kredit müqaviləsi üzrə 828,54 manat əsas borcu qalmışdır. X6 vəfat etdiyindən 26 fevral 2024-cü il tarixli bildirişlə kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsələri Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada kredit müqaviləsi üzrə 828,54 manat əsas borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulmasını tələb edir. Cavabdehlər iddia tələbinə münasibət bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X4 vəfat etdikdən sonra 31 may 2018-ci il tarixli 1290-xx.xx.2018-002962 nömrəli kredit müqaviləsi üzrə onunla iddiaçı arasında mövcud olmuş, hazırda mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinə yol verir. X2 vərəsələri Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, 31 may 2018-ci il tarixli 1290-xx.xx.2018-002962 nömrəli kredit müqaviləsi üzrə X2 iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra həmin öhdəliklərin icrası vəzifəsi onun vərəsələri hazırki iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 üzərinə düşür. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, X4 ilə iddiaçı arasında bağlanmış 31 may 2018-ci il tarixli 1290-xx.xx.2018-002962 nömrəli kredit müqaviləsində nəzərdə tutulan öhdəliklərə görə hazırki iş üzrə cavabdehlər bilavasitə maddi məsuliyyət daşıdıqları üçün qeyd olunan kredit müqaviləsi üzrə 828,54 manat əsas borc da bilavasitə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, cavabdehlərdən müştərək qaydada 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 828,54 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,4 manat xidmət haqqı olmaqla cəmi 858 (səkkiz yüz əlli səkkiz) manat 94 (doxsan dörd) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar