Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1136/2024 24.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı ərizə ilə müraciət edərək cavabdehdən 1265,88 manat əsas, 14,34 manat faiz, 14,45 manat cərimə – cəmi 1294,67 manat kredit borcunun və 32,95 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 05 aprel 2023-cü il tarixli 344116-CNS-43967 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən cavabdehin 19 aprel 2022-ci il tarixli 344116-CNS-34227 saylı kredit müqaviləsi üzrə banka 05 aprel 2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və cavabdeh 1265,88 manat məbləğində borcu illik 3 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada yerinə yetirməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı cavabdehdən 1265,88 manat əsas, 14,34 manat faiz, 14,45 manat cərimə – cəmi 1294,67 manat kredit borcunun və 32,95 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 26 avqust 2024-cü il tarixdə göndərilmişdir. Məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik tərəfindən cavabdehin yaşadığı ünvanın onlara məlum olmadığı və məhkəmə sənədinin mümkün olduğu təqdirdə cavabdehə təqdim olunması üçün nümayəndəlikdə saxlanıldığı bildirilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -05 aprel 2023-cü il tarixli 344116-CNS-43967 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin tarixdə cavabdehə illik 3 % olmaqla 59 ay müddətinə 1265,88 manat məbləğində kredit verilmişdir. Kredit məbləği cavabdehin 19 aprel 2022-ci il tarixli 344116-CNS-34227 saylı kredit müqaviləsi üzrə banka 05 aprel 2023-cü il tarixə mövcud olan borcunun ödənilməsi məqsədilə verilmişdir. -Ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh 05 aprel 2023-cü il tarixli 344116-CNS-43967 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” ilə müəyyən olunmuş müddət ərzində 1265,88 manat əsas, 115,35 manat faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. -21 iyun 2024-cü il tarixli arayışından görünür ki, cavabdehin 05 aprel 2023-cü il tarixli 344116-CNS-43967 saylı kredit müqaviləsi üzrə 21 iyun 2024-cü il tarixə 1265,88 manat əsas, 14,34 manat faiz, 14,45 manat cərimə – cəmi 1294,67 manat borcu qaldığı qeyd edilmişdir. -25 iyun 2024-cü il tarixli 2584P nömrəli pretenziyanın surətindən görünür ki, cavabdehdən 05 aprel 2023-cü il tarixli 344116-CNS-43967 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin üç iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. -25 iyul 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 32,95 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 05 aprel 2023-cü il tarixli 344116-CNS-43967 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”ə əsasən iddiaçı tərəfindən həmin tarixdə cavabdehə illik 3 % olmaqla 59 ay müddətinə 1265,88 manat məbləğində kredit verilmişdir. Kredit məbləği cavabdehin 19 aprel 2022-ci il tarixli 344116-CNS- 34227 saylı kredit müqaviləsi üzrə banka 05 aprel 2023-cü il tarixə mövcud olan borcunun ödənilməsi məqsədilə verilmişdir. Cavabdeh 05 aprel 2023-cü il tarixli 344116-CNS-43967 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” ilə müəyyən olunmuş müddət ərzində 1265,88 manat əsas, 115,35 manat faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləği ödənilməmişdir. İddiaçı cavabdehdən 1265,88 manat əsas, 14,34 manat faiz, 14,45 manat cərimə – cəmi 1294,67 manat kredit borcunun və 32,95 manat dövlət rüsumunun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1265,88 manat əsas, 14,34 manat faiz, 14,45 manat cərimə – cəmi 1294,67 manat kredit borcunun və 32,95 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1265,88 manat əsas, 14,34 manat faiz, 14,45 manat cərimə və 32,95 manat dövlət rüsumu - cəmi 1327 (bir min üç yüz iyirmi yeddi) manat 62 (altmış iki) qəpik məbləği alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1136/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1136/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver