Məhkəmə qərarları › İş №e-2(037)-116/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-116/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-116/2023 22.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçının nümayəndəsi X1, Cavabdeh Mı̇ rzəyev Elnur Azər oğlunun iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Mı̇ rzəyev Elnur Azər oğluna, Mı̇ rzəyeva Zəmı̇ nə Fı̇ krət qızına və Mı̇ rzəyeva Rəmsı̇ yyə İkram qızına qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 22 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mı̇ rzəyev Elnur Azər oğlu (bundan sonra cavabdeh) arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Mı̇ rzəyev Elnur Azər oğlu, Mı̇ rzəyeva Zəmı̇ nə Fı̇ krət qızı və Mı̇ rzəyeva Rəmsı̇ yyə İkram qızından İddiaçı QSC-nin xeyrinə müştərək qaydada 4843,81 manat əsas, 38,20 manat faiz bоrcu, 1601,2 manat cərimə olmaqla, ümumilikdə 6483 (altı min dörd yüz səksən üç) manat 21 (iyirmi bir) qəpik məbləğində bоrcun və ödənilmiş 84,83 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək göstərmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 035A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6753.24 (altımin yeddi yüzəlli üç) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit bоrcundan 1909,43 manat ödəniş etmiş və оnun iddiaçıya 4843,81 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit Dövlət rüsumunun ödənilməsi haqqında məlumat müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 335 gün üçün hesablanmış faiz borcu 38,20 manat təşkiledir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. Cavabdehə xx.xx.2022-ci il tarixə 335 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1601.2 manat təşkil etmişdir. Ona görə də "xxxx" QSC ilə Mı̇ rzəyev Elnur Azər oğlu arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Mı̇ rzəyev Elnur Azər oğlu, Mı̇ rzəyeva Zəmı̇ nə Fı̇ krət qızı və Mı̇ rzəyeva Rəmsı̇ yyə İkram qızından İddiaçı QSC-nin xeyrinə müşətərək qaydada 4843,81 manat məbləğində kredit bоrcu, 38,20 manat məbləğində faiz bоrcu və 1601,2 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 6483 (altı min dörd yüz səksən üç) manat 21 (iyirmi bir) qəpik məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 84.83 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci cavabdeh Mı̇ rzəyev Elnur Azər oğlu iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı Qapalı Səhmdar Cəmı̇ yyətindən xx.xx.2019-cu il tarixdə bağladığı 035A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6753.24 (altımin yeddi yüzəlli üç) manat məbləğində kredit götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq kredit borcundan ödənişlər etmiş, sonradan maddi vəziyyətində əsaslı dəyişiklik olduğu üçün ödəyə bilməmişdir. Anası uzun müddət xəstə olmuş, anası vəfat etdikdən sonra isə işsiz olduğundan kredit borcunu ödəyə bilməmişdir. Hazırda isə işləmir. Onun himayəsində ailəsi var. Əsas və faiz borc məbləğini az miqdarda hissə-hissə ödəyə bilər. Əsas borc məbləğinə hesablanmış cərimənin miqdarı isə çox yüksəkdir, cəriməni ödəməyə imkanı yoxdur. Qeyd etdiklərinə əsasən cərimə məbləğinə güzəşt edilməklə qərar qəbul edilməsini xahiş edir. Digər cavabdehlər Mı̇ rzəyeva Zəmı̇ nə Fı̇ krət qızına və Mı̇ rzəyeva Rəmsı̇ yyə İkram qızına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrlərini bildirməmişlər. Məhkəmə cavabdehlərin məhkəməyə gəlməmələrinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdeh Mı̇ rzəyev Elnur Azər oğlunun izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş: 15 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Mı̇ rzəyev Elnur Azər oğluna “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli ********** nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasına uyğun aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6753.24 (altı min yeddi yüz əlli üç) manat məbləğində kredit verilmişdir. 15 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 13 mart 2014-cü il tarixli 35R000001804 saylı Kredit Razılaşması üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə aylıq faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 6753.24 (altı min yeddi yüzəlli üç) manat məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti müqavilənin şərtlərinə və ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 15 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş 60 ay müddətində 6753,24 (altı min yeddi yüz əlli üç manat, iyirmi dörd qəpik) manat əsas, 209,15 manat faiz bоrcu olmaqla, ümumilikdə 6962 (altı min doqquz yüz altmış iki manat 39 (otuz doqquz) qəpik kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 06 noyabr 2020-ci il tarixli 035G**********01, 999G**********01 saylı zaminlik müqavilələrinə əsasən birinci cavabdeh kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqavilələrinə əsasən ikinci, üçüncü və dördüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. 16 avqust 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən kredit borcunun banka qaytarılması tələb olunmuş, əks halda kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, əsas və faiz borcu, cərimədən ibarət kredit borcunun məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. 25 noyabr 2022-ci il tarixli ********** saylı mədaxil qəbzindən müəyyən edilir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 84,83 manat dövlət rüsumu ödənilmişdir. Maliyyə arayışından görünür ki, cavabdeh Mı̇ rzəyev Elnur Azər oğlunun 15 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit razılaşması üzrə 4843,81 manat əsas, 38,20 manat faiz bоrcu, 1601,2 manat cərimə olmaqla, ümumi yaranmış borcu 6483 (altı min dörd yüz səksən üç) manat 21 (iyirmi bir) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən sonuncuya 13 mart 2014cü il tarixli 35R000001804 saylı Kredit Razılaşması üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə aylıq faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş plan üzrə hissə-hissə qaytarmaq şərti ilə 6753.24 (altı min yeddi yüzəlli üç) manat məbləğində kredit verilmişdir. 06 noyabr 2020-ci il tarixli 035G**********01, 999G**********01 saylı zaminlik müqavilələrinə əsasən birinci cavabdeh kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqavilələrinə əsasən ikinci, üçüncü və dördüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh kredit müqaviləsinin tələbini pozaraq aylıq ödəniş etməmiş, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamış, onun iddiaçıya 4843,81 manat məbləğində əsas borcu qalmışdır. Kredit müqaviləsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tarəfindən onun tam qaytarılmasınadək faiz hesablandığından cavabdehin xx.xx.2022-ci il tarixə 335 gün üçün faiz borcu 38.20 manat təşkil etmişdir. Kredit müqaviləsinə əsasən borclu plan üzrə krediti va ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün cərimə ödəməli olduğundan xx.xx.2022-ci il tarixə 730 gün üçün kredit müqaviləsi üzrə 1601,2 manat məbləğində cərimə hesablanmışdır. Bank tərəfindən yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı Mı̇ rzəyev Elnur Azər oğlu ilə arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Mı̇ rzəyev Elnur Azər oğlu, Mı̇ rzəyeva Zəmı̇ nə Fı̇ krət qızı və Mı̇ rzəyeva Rəmsı̇ yyə İkram qızından İddiaçı QSC-nin xeyrinə müştərək qaydada 4843,81 manat əsas, 38,20 manat faiz bоrcu, 1601,2 manat cərimə olmaqla, ümumilikdə 6483 (altı min dörd yüz səksən üç) manat 21 (iyirmi bir) qəpik məbləğində bоrcun və ödənilmiş 84,83 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Mı̇ rzəyev Elnur Azər oğlu hazırda işləmədiyini, əsas və faiz borc məbləğini hissə-hissə ödəyə biləcəyini, əsas borc məbləğinə hesablanmış cərimənin miqdarının isə çox yüksək olduğunu bildirərək, cərimə məbləğinə güzəşt edilməklə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Mı̇ rzəyev Elnur Azər oğlu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməyərək, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan qaydada və vaxtda ödəməyərək müqavilənin şərtlərini pozduğundan, iddia tələbi 4843,81 manat əsas, 38,20 manat məbləğində faiz bоrcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 15 oktyabr 2019-cu il tarixli 035A********** kredit müqaviləsi 1593.38 manat əsas borca görə İddiaçı QSC tərəfindən hesablanmış 1601,2 manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 300 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. "xxxx" QSC ilə Mı̇ rzəyev Elnur Azər oğlu arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin 4.1.2-ci maddəsinə əsasən kredit alan krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə bankın müqaviləyə vaxtından əvvvəl xitam vermək və qalan kredit məbləğini, bu müqaviləyə xitam verildiyi günə qədər hesablanmış faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri kredit alandan qaytarmağı tələb etmək hüququ nəzərdə tutulmuşdur. Həmin əsaslara görə iddia tələbi tərəflər arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsinə dair hissədə də təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 84,83 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin olunan 5182,01 manat borc məbləği hissəsinə mütənasib olaraq 71,82 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 13,01 manat hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti ilə cavabdeh Mı̇ rzəyev Elnur Azər oğlu arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Mı̇ rzəyev Elnur Azər oğlu, Mı̇ rzəyeva Zəmı̇ nə Fı̇ krət qızı və Mı̇ rzəyeva Rəmsı̇ yyə İkram qızından müştərək qaydada 4843,81 manat əsas, 38,20 manat faiz bоrcu, 300 manat cərimə və 71,82 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5253 (beş min iki yüz əlli üç) manat 83 (səksən üç) qəpik məbləğ alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 13,01 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar