Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1223/2024 22.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı cavabdeh Hacızadə Emı̇ l Məhəmməd oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 22 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İddiaçı cavabdeh Hacızadə Emı̇ l Məhəmməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 noyabr 2019-cu il tarixdə doğulmuş X1 və 04 dekabr 2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Laçın Rayon Məhkəməsinin 2(047)-460 /2022-ci il tarixli 14 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, 19 noyabr 2019-cu il tarixdə doğulmuş X1 və 04 dekabr 2020-ci il tarixdə doğulmuş X4 ananın yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün cavabdehin qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında, eyni zamanda hər ay hər uşağa 20 (iyirmi) manat olmaqla cəmi 40 (qırx) manat sabit pul məbləğində, həmçinin X1 və X2 3 yaşına çatanadək saxlanılması üçün əlavə olaraq hər ay hər uşağa 40 (qırx) manat olmaqla cəmi 80 (səksən) manat sabit pul məbləğində aliment təyin edilmişdir. Həmin vaxtdan uşaqlar üçün yaşayış minimumu dəfələrlə artmışdır. Alimentin artırılması üçün Mediasiya təşkilatına müraciət etməli olmuşdur. Övladı Məhəmmədin nitq qüsusu olduğundan uzunmüddətli müalicələr alır. Uşaqların ehtiyaclarını qarşılamaq məqsədilə cavabdeh ödədiyi alimentdən başqa heç bir köməklik etməmişdir. O, övladlarının sağlam sosial mühitdə böyüməsi, onların yaxşı təhsil alması üçün səy göstərir. Ona görə də övladları ilə birlikdə Bakı şəhərində kirayə ev tutub orada yaşayır. Övladları ödənişli məktəbəqədər təhsil müəssisəsində təhsil alır. Ona görə də təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Hacızadə Emı̇ l Məhəmməd oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, Laçın Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(047)-460 /2022 saylı qətnaməsinə əsasən aliment təyin edildikdən sonrakı müddət ərzində onun maddi vəziyyətində müsbət dəyişiklik olmamışdır. Bundan başqa uşaqlardan biri qüsurludur və müalicəyə ehtiyacı vardır. İddiaçıya dəfələrlə uşağı müalicə etdirmək üçün bildirsə də iddiaçı uşağı ona verməmişdir. Bildirmək istəyir ki, o, Socar “Azneft” İstehsalat Birliyi “Qaz anbarlarının istismarı” İdarəsində kompressor qurğularının maşinisti vəzifəsində işəyir. Onun aylıq gəliri 608,33 manatdır. Təyin olunmuş alimenti vaxtında ödəyir. Aylıq əmək haqqının 1/3 hissəsində aliment ödəyə bilər. Bundan artıq aliment ödəməyə etiraz edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının alimentin artırılması ilə bağlı iddia tələbini, cavabdehin iddia tələbinə münasibətini və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan AZ-İV 378132 nömrəli 27 noyabr 2019-cu il tarixli və AZ- İV 517993 nömrəli 16 dekabr 2020-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, tərəflərin 19 noyabr 2019-cu il tarixdə X1 və 04 dekabr 2020-ci il tarixdə X4 adlı iki uşağı doğulmuşdur. İş materiallarında olan Laçın Rayon Məhkəməsinin 2(047)-460 /2022-ci il tarixli 14 iyul 2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, 19 noyabr 2019-cu il tarixdə doğulmuş X1 və 04 dekabr 2020-ci il tarixdə doğulmuş X4 ananın yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün cavabdehin qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında, eyni zamanda hər ay hər uşağa 20 (iyirmi) manat olmaqla cəmi 40 (qırx) manat sabit pul məbləğində, həmçinin X1 və X2 3 yaşına çatanadək saxlanılması üçün əlavə olaraq hər ay hər uşağa 40 (qırx) manat olmaqla cəmi 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Qəbələ 1 saylı Mediasiya təşkilatının MŞQ/MT035-2024-615 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, tərəflər ilkin mediasiya prosesindən sonra prsosesin davam etdirilməsindən imtina etmişlər. İddiaçı tərəf 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan 20 sentyabr 2024-cü il tarixli 14-2-1-9/2-191/2024 nömrəli arayışdan görünür ki, Hacızadə Emı̇ l Məhəmməd oğlu SOCAR “Azneft” İstehsalat Birliyi “Qaz anbarlarının istismarı” İdarəsində kompressor qurğularının maşinisti vəzifəsində işəyir. Onun aylıq gəliri 608,33 manatdır. Beləliklə, məhkəmədə mülki işin materiallarından müəyyən olundu ki, Laçın Rayon Məhkəməsinin 2(047)-460 /2022-ci il tarixli 14 iyul 2022-ci il tarixli tərəflər arasında bağlanmış nikah pozulmuş, 19 noyabr 2019-cu il tarixdə doğulmuş X1 və 04 dekabr 2020ci il tarixdə doğulmuş X4 ananın yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün cavabdehin qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında, eyni zamanda hər ay hər uşağa 20 (iyirmi) manat olmaqla cəmi 40 (qırx) manat sabit pul məbləğində, həmçinin X1 və X2 3 yaşına çatanadək saxlanılması üçün əlavə olaraq hər ay hər uşağa 40 (qırx) manat olmaqla cəmi 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsində aliment təyin olunduqdan sonrakı müddətdə uşaqlar üçün yaşayış minimumunun dəfələrlə artdığını qeyd edərək təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat alimentin tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh aliment təyin olunduqdan sonrakı müddət ərzində onun maddi vəziyyətində müsbət dəyişikliyin olmadığını, özünün, “Azneft” İstehsalat Birliyi “Qaz anbarlarının istismarı” İdarəsində kompressor qurğularının maşinisti işində işədiyini, aylıq gəlirinin 608,33 manat məbləğində olduğunu, təyin olunmuş alimenti vaxtında ödədiyini, aylıq əmək haqqının 1/3 hissəsində aliment ödəyəbiləcəyini qeyd edərək iddianın təmin olunmamasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Cavabdeh məhkəmə iclasında “Azneft” İstehsalat Birliyi “Qaz anbarlarının istismarı” İdarəsində kompressor qurğularının maşinisti işlədiyini aylıq gəlirinin 608,33 manat olmasını bildirmişdir. Laçın Rayon Məhkəməsinin 2(047)-460 /2022-ci il tarixli 14 iyul 2022ci il tarixli qətnaməsi ilə iki uşağın saxlanması üçün məhkəmə tərəfindən iki uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün cavabdehin qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında, eyni zamanda hər ay hər uşağa 20 (iyirmi) manat olmaqla cəmi 40 (qırx) manat sabit pul məbləğində, həmçinin X1 və X2 3 yaşına çatanadək saxlanılması üçün əlavə olaraq hər ay hər uşağa 40 (qırx) manat olmaqla cəmi 80 (səksən) manat sabit pul məbləğində aliment təyin olunduqdan sonra aliment ödəyən cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Laçın Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(047)-460 /2022 saylı qətnaməsi ilə aliment müəyyən olunduqdan sonrakı müddət ərzində uşağın yaşının artması onun xərclərinin də artmasına səbəb olmuşdur. Bundan əlavə aliment təyin olunan 2022-ci ilə nisbətən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu da artmışdır. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini, uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq Cavabdeh 19 noyabr 2019-cu il tarixdə doğulmuş X1 və 04 dekabr 2020-ci il tarixdə doğulmuş X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini əsaslı hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 68 (altmış səkkiz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Laçın Rayon Məhkəməsinin 2(047)-460 /2022-ci il tarixli 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 19 noyabr 2019-cu il tarixdə doğulmuş X1 və 04 dekabr 2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilsin. Cavabdeh 68 (altmış səkkiz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1223/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1223/2024
22.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver