Məhkəmə qərarları › İş №e-2(037)-1225/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1225/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1225/2024 07.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 308,49 manat əsas, 0,95 manat faiz borcu və 30,4 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 27 dekabr 2019cu il tarixli 100821-191528/10 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 2014,58 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmiş, bocun hissə-hissə ödənilməsini təmin etməmişdir. 29 avqust 2024-cü il tarixə cavabdehin kredit müqaviləsi üzrə 308,49 manat əsas və 0,95 manat faiz borcu olmaqla cəmi 309,44 manat borcu yaranmışdır. Xəbərdarlıq olunmasına baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. İddiaçı cavabdehdən 308,49 manat əsas, 0,95 manat faiz borcu və 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş 03 sentyabr 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 27 dekabr 2019-cu il tarixli 100821-191528/10 nömrəli güzəştli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə illik 1 % dərəcəsi ilə 2014,58 manat məbləğində kredit verilmişdir. - Ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh kredit müqaviləsi ilə müəyyən olunmuş müddət ərzində 2014,58 manat əsas və 61,72 manat faiz borcunun ödənilməsini öhdəsinə götürmüşdür. - 26 iyul 2024-cü il tarixli 001/007/4259/2024 nömrəli xəbərdarlığın surətindən görünür ki, müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi cavabdehdən tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 29 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 27 dekabr 2019-cu il tarixli 100821-191528/10 nömrəli kredit müqaviləsi üzrə 29 avqust 2024-cü il tarixə 308,49 manat əsas və 0,95 manat faiz borcu olmaqla, cəmi 309,44 manat borcu qalmışdır. - 30 avqust 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,4 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli 100821-191528/10 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 2014,58 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi ilə müəyyən olunmuş müddət ərzində 2014,58 manat əsas və 61,72 manat faiz borcunun ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. 29 avqust 2024-cü il tarixə cavabdehin kredit müqaviləsi üzrə 308,49 manat əsas və 0,95 manat faiz borcu olmaqla, cəmi 309,44 manat borcu yaranmışdır. İddiaçı cavabdehdən cəmi 309,44 manat borc və 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 308,49 manat əsas, 0,95 manat faiz borc və 30,4 manat dövlət rüsumu olmaqla cəmi 339,84 manat məbləği alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 308,49 manat əsas, 0,95 manat faiz və 30,4 manat dövlət rüsumu olmaqla cəmi 339 (üç yüz otuz doqquz) manat 84 (səksən dörd) qəpik məbləği alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar