Məhkəmə qərarları › İş №e-2(037)-123/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-123/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-123/2025 24.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə 24 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 8147.84 manat kredit borcu, 966.06 manat faiz borcu, 250.36 manat cərimə borcu olmaqla, ümumilikdə 9464.28 manat borcun və 114.64 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 06 iyul 2023-cü il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 hissə-hissə qaytarmaq şərti ilə aylıq 1.7917% dərəcəsi ilə 48 ay müddətinə 9400 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh2 bütün öhdəliklərini icra etməlidir. Cavabdeh2 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq kredit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 1252.16 manat ödəmiş, onun 8147.84 manat məbləğində kredit borcu qalmışdır.Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 182 gün üçün hesablanmış faiz borcu 966.06 manat təşkil edir. Kredit müqaviləsinin 7.20-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 182 gün üçün hesablanmış cərimə 250.36 manat təşkil edir. İddiaçı tərəfindən kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilsə də cavabdehlər borcun ödənilməsini təmin etməmişlər. Cavabdehlər kredit borcunu qaytarmadıqlarından iddiaçı məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 114.64 manat dövlət rüsumu ödəmişdir. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xeyrinə 8147.84 manat kredit borcu, 966.06 manat faiz borcu, 250.36 manat cərimə borcu olmaqla, ümumilikdə 9464.28 manat borcun və 114.64 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron ərizə göndərərək mülki işə iştirakları olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər, iddia tələbinin mahiyyəti üzrə fikrlərini bildirməmişlər, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə cavabdehlərin məhkəməyə gəlməmələrinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 iyul 2023-cü il tarixli,035A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 hissə-hissə qaytarmaq şərti ilə aylıq 1.7917% dərəcəsi ilə 48 ay müddətinə 9400 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 06 iyul 2023-cü il tarixli, 035A********** saylı kredit müqaviləsinə əlavə olunmuş ödəniş planından müəyyən edilir ki, Cavabdeh2 müqavilə ilə müəyyən edilmiş 48 ay müddətində 9400 manat əsas və 4701.18 manat faiz borcu olmaqla, cəmi 14101.18 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 06 iyul 2023-cü il tarixli 035G**********01 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 06 iyul 2023-cü il tarixli, 035A********** saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqaviləsinə əsasən digər Cavabdeh1 Cavabdeh2 ilə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişlərinin surətlərindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə üzərilərinə düşən öhdəlikləri icra etmədikləri üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehlərin öhdəlikləri və maddi məsuliyyəti barədə onlara xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli OUT-2024/10/24-56 nömrəli maliyyə arayışından görünür ki, 06 iyul 2023-cü il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2024cü il tarixinə yaranmış ümumi borcu 9464.28 manat məbləğində olmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 114.64 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 06 iyul 2023-cü il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 hissə-hissə qaytarmaq şərti ilə aylıq 1.7917% dərəcəsi ilə 48 ay müddətinə 9400 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit məbləğindən təyinatı üzrə istifadə etməyi,həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür.Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh2 bütün öhdəliklərini icra etməlidir. Cavabdeh2 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq kredit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 1252.16 manat ödəmiş, onun 8147.84 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 182 gün üçün hesablanmış faiz borcu 966.06 manat və cərimə borcu 250.36 manat təşkil edir. İddiaçı cavabdehlərdən müştərək qaydada xeyrinə 8147.84 manat kredit borcu, 966.06 manat faiz borcu, 250.36 manat cərimə borcu olmaqla, ümumilikdə 9464.28 manat borcun və 114.64 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarına gəlmədiklərindən onların iddia tələbinə münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 06 iyul 2023-cü il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 8147.84 manat kredit borcu və 966.06 manat faiz borcunun tutulması tələbinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki,kredit müqaviləsi üzrə 250.36 manat cərimə məbləği işin faktiki hallarına uyğundur və yüksək məbləğ deyildir. Cavabdehlərin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən müştərək qaydada 250.36 manat cərimə məbləğinin tutulmasına dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 114.64 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 8147.84 manat kredit borcu, 966.06 manat faiz borcu, 250.36 manat cərimə borcu olmaqla, ümumilikdə 9464.28 manat borc və 114.64 manat dövlət rüsumu məbləği tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar