Məhkəmə qərarları › İş №e-2(037)-1241/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1241/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1241/2023 20.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 20 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət cavabdehdən 7719,6 (yeddi min yeddi yüz on doqquz manat 60 qəpik) manat, faiz borcuna görə 282,71 (iki yüz səksən iki manat 71 qəpik) manat, dəbbə borcuna görə 466,97 (dörd yüz altmış altı manat 97 qəpik) manat, cəmi 8469,28 (səkkiz min dörd yüz altmış doqquz manat 28 qəpik) manat məbləğində pulun və 104,7 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilsin. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 26 aprel 2022-ci il tarixli, SMNPU-04209 saylı kredit müqaviləsinə əsasən illik 14 % dərəcəsi olmaqla 36 ay müddətinə 11700 manat məbləğində cavabdehə kredit verilmişdir. 26 aprel 2022-ci il tarixli, SMNPU-04209 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 26 aprel 2022-ci il tarixli, SMNPU-04209 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 26-dan gec olmayaraq hər ay 399,88 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Maliyyə arayışına əsasən cavabdehin 26 aprel 2022-ci il tarixli, SMNPU-04209 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 7719,6 manat, faiz borcuna görə 282,71 manat, dəbbə borcuna görə 466,97 manat - cəmi 8469,28 manat təşkil edir. Cavabdehdən 7719,6 manat, faiz borcuna görə 282,71 manat, dəbbə borcuna görə 466,97 manat, cəmi 8469,28 manat məbləğində pulun və 104,7 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, müqavilənin şərtlərinə uyğun olaraq kredit borcundan ödənişlər etmiş, sonradan maddi vəziyyəti yaxşı olmadığından kredit ödənişlərini vaxtında ödəyə bilməmişdir. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. 26 aprel 2022-ci il tarixli, SMNPU-04209 nömrəli əsas kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 14% dərəcəsi olmaqla 36 ay müddətinə 11700 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit müqaviləsində cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. 19 sentyabr 2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyini icra etmədiyi üçün borcun 03 iş günü müddətində könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəliyi barədə ona xəbərdarlıq edilmiş və əks halda borcun ödənilməsi ilə bağlı qanunamüvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. 10 oktyabr 2023-cü il tarixli arayışın surətindən görünür ki, cavabdehin 26 aprel 2022-ci il tarixli, SMNPU-04209 nömrəli kredit müqaviləsi üzrə 7719,6 manat əsas borcu, 282,71 manat faiz borcu və 466,97 manat cərimə, cəmi 8469,28 manat borcu vardır. 12 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 104,70 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 26 aprel 2022-ci il tarixli, SMNPU-04209 nömrəli əsas kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 14% dərəcəsi olmaqla 36 ay müddətinə 11700 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit müqaviləsində cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri iddiaçıya ödəməkdən yayınmış və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin 10 oktyabr 2023-cü il tarixli arayışa əsasən cavabdehin 26 aprel 2022-ci il tarixli, SMNPU-04209 nömrəli kredit müqaviləsi üzrə 7719,6 manat əsas borcu, 282,71 manat faiz borcu və 466,97 manat cərimə, cəmi 8469,28 manat borcu vardır. İddiaçı cavabdehdən 7719,6 manat, faiz borcuna görə 282,71 manat, dəbbə borcuna görə 466,97 manat, cəmi 8469,28 manat məbləğində pulun və 104,7 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq kredit borcundan ödənişlər etdiyini, sonradan maddi vəziyyəti yaxşı olmadığından kredit ödənişlərini vaxtında ödəyə bilmədiyini bildirərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 26 aprel 2022-ci il tarixli, SMNPU-04209 saylı kredit müqaviləsi üzrə 7719,6 manat əsas, 282,71 manat faiz, 466,97 manat dəbbə borcu və 104,7 manat ödənilmiş dövlət rüsumu məbləği – cəmi 8573 (səkkiz min beş yüz yetmiş üç) manat 98 (doxsan səkkiz) qəpik tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar