Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1243/2022 23.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 23 noyabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: "xxxx" X1 Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 7594,33 manat əsas, 828,96 manat faiz borcu, 23,18 manat cərimə olmaqla, cəmi 8446,47 manat pul vəsaitinin və iddianın qaldırılması üçün ödənilmiş 104,87 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 yanvar 2022-ci il tarixli 109nkSTB2/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% olmaq şərtilə 7595 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən iddiaçı krediti cavabdehin mülkiyyətinə verməyi və cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. İddiaçı cavabdehdən 7594,33 manat əsas, 828,96 manat faiz borcu, 23,18 manat cərimə olmaqla, cəmi 8446,47 manat pul vəsaitinin və 104,87 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ərizə təqdim edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, 2022-ci ilin yanvar ayında iddiaçı bankdan kredit götürmüşdür. Kredit borcundan 900 manat ödəniş etmişdir. Daha sonra səhəti ilə əlaqədar və uşağının xeyr işinə görə kredit məbləğindən ödənişlər edə bilməmişdir. O, kredit borcunu az miqdarda hissə-hissə ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 19 yanvar 2022-ci il tarixli 109nkSTB2/22 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli 8088sAHM/20 saylı və xx.xx.2021-ci il tarixli 982nkAhM/21 nömrəli kredit müqavilələri üzrə qalıq borcun ödənilməsi məqsədi ilə 60 ay müddətinə illik 18% olmaq şərtilə 7595 manat məbləğində kredit verilmişdir. 19 yanvar 2022-ci il tarixli 109nkSTB2/22 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş 60 ay müddətində 7595 manat əsas və 3948 manat faiz borcu olmaqla, ümumilikdə 11543 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 01 iyun 2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən kredit borcunun üç iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 29 avqust 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 104,47 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, 104,87 manat məbləğ ödənilmişdir. 29 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 19 yanvar 2022-ci il tarixli 109nkSTB2/22 saylı kredit müqaviləsinə əsasən cavabdehin 29 avqust 2022-ci il tarixinə ümumi yaranmış borcu 8446,47 manat məbləğində olmuşdur. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 19 yanvar 2022-ci il tarixli 109nkSTB2/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2020-ci il tarixli 8088sAHM/20 saylı və xx.xx.2021-ci il tarixli 982nkAhM/21 nömrəli kredit müqavilələri üzrə qalıq borcun ödənilməsi məqsədi ilə 60 ay müddətinə illik 18% olmaq şərtilə 7595 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən iddiaçı krediti cavabdehin mülkiyyətinə verməyi və cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. İddiaçı cavabdehdən 7594,33 manat əsas, 828,96 manat faiz borcu, 23,18 manat cərimə olmaqla, cəmi 8446,47 manat pul vəsaitinin və 104,87 manat dövlət rüsumunun alınaraq ona ödənilməsini tələb edir. Cavabdeh kredit borcundan təxminən 900 manat pul məbləğini banka ödədiyini, daha sonra səhəti ilə əlaqədar və qızının xeyir işinə görə kredit borcunu ödəyə bilmədiyini, qalan kredit borcunu isə az miqdarda hissə-hissə ödəyə biləcəyini bildirmiş və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Məhkəmə cavabdehin izahatına münasibət bildirərək qeyd edir ki, cavabdeh izahatında kredit borcundan 900 manat ödəniş etdiyini bildirsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və ya həmin faktlar məhkəmədə öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməyərək, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan qaydada və vaxtda ödəməyərək müqavilənin şərtlərini pozduğundan, iddia tələbi təmin edilməli, cavabdehdən 7594,33 manat əsas, 828,96 manat faiz borcu, 23,18 manat cərimə olmaqla, cəmi 8446,47 manat pul vəsaiti alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 104,87 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 7594,33 manat əsas, 828,96 manat faiz borcu, 23,18 manat cərimə və 104,87 manat dövlət rüsumu – cəmi 8551 (səkkiz min beş yüz əlli bir) manat 34 (otuz dörd) qəpik məbləğ alınaraq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1243/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1243/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver