Məhkəmə qərarları › İş №e-2(037)-1245/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1245/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1245/2023 21.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 659 manat əsas, 31 manat faiz və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 720 manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 11 iyun 2022-ci il tarixli R0045232 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 659 manat dəyərində Samsung A226 markalı əşya satılmışdır. Cavabdeh 20 iyul 2022-ci il tarixdən başlayaraq hər ayın 20-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 55 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliklərini yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən müqavilə şərtlərinə uyğun olaraq 659 manat əsas borcuna 31 manat faiz hesablanmışdır. Xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh borc məbləğini ödəməmişdir. İddiaçı cavabdehdən 659 manat əsas, 31 manat faiz və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş 17 oktyabr 2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 11 iyun 2022-ci il tarixli R0045232 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 55 manat ödəmək şərti ilə cəmi 659 manat dəyərində Samsung A226 markalı telefon satılmışdır. - 11 iyun 2022-ci il tarixli malların təhvil-təslim aktının surətindən görünür ki, Samsung A226 markalı əşya həmin tarixdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. - 26 yanvar 2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 659 manat əsas, 65 manat faiz və 31 manat cərimə borcunun üç gün müddətində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 12 oktyabr 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehn R0045232 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 12 oktyabr 2023-cü il tarixə 659 manat əsas və 31 manat faiz borcu qalmışdır. - 12 oktyabr 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 11 iyun 2022-ci il tarixli R0045232 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 55 manat ödəmək şərti ilə cəmi 659 manat dəyərində Samsung A226 markalı əşya satılmışdır. Cavabdeh aldığı malın dəyərindən ödəniş etməmiş, 659 manat borcu ödənilməmiş qalmışdır. Müqavilənin şərtlərinə əsasən əsas borca 31 manat faiz hesablanmışdır. İddiaçı cavabdehdən 659 manat əsas, 31 manat faiz borcu və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə dair münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcıcavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcıcavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 659 manat əsas, 31 manat faiz və 30 manat dövlət rüsumu olmaqla cəmi 720 manat məbləği alınaraq İddiaçı hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 659 manat əsas, 31 manat faiz və 30 manat dövlət rüsumu olmaqla cəmi 720 (yeddi yüz iyirmi) manat borc məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar