Məhkəmə qərarları › İş №e-2(037)-1250/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1250/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1250/2023 22.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2364,17 manat əsas, 405,83 manat faiz – cəmi 2770 manat borc məbləği və 47,7 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında elektron qaydada bağlanmış 13 mart 2023-cü il tarixli BUUM0193885B299 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin kartına 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2500 manat məbləğində pul mədaxil edilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin 09 oktyabr 2023-cü il tarixə iddiaçıya 2364,17 manat əsas borc və 405,83 manat faiz borcu olmaqla, cəmi 2770 manat borcu yaranmışdır. İddiaçı tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı cavabdehdən 13 mart 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 2364,17 manat əsas borc və 405,83 manat faiz borcu olmaqla, cəmi 2770 manat pul vəsaitinin və 47,7 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş 19 oktyabr 2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 13 mart 2023-cü il tarixli BUUM0193885B299 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin tarixdə elektron qaydada cavabdehin kartına 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit vəsaiti mədaxil edilmişdir. Cavabdeh hər ay faiz borcunu və ödəniş qrafiki üzrə əsas borcu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən cavabdehin müqavilə üzrə borclarını vaxtında ödəmədiyi halda iddiaçının kredit məbləğini hesablanmış faiz və digər borcları ilə birlikdə qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. 25 iyul 2023-cü il tarixli 16/43731 nömrəli sonuncu bildirişin surətindən müəyyən edilir ki, cavabdehdən kredit borcunun ödənilməsi tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyəti barədə ona xəbərdarlıq edilərək əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. 12 oktyabr 2023-cü il tarixli 15/5658 nömrəli maliyyə arayışının surətindən müəyyən edilir ki, 09 oktyabr 2023-cü il tarixə cavabdehin 2364,17 manat əsas, 405,83 manat faiz, cəmi 2770 manat borcu yaranmışdır. 09 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən 47,7 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tərəflər arasında elektron qaydada bağlanmış 13 mart 2023-cü il tarixli BUUM0193885B299 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin kartına 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit vəsaiti mədaxil edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh hər ay əsas və faiz borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Kredit müqaviləsinə əsasən cavabdehin müqavilə üzrə borclarını vaxtında ödəmədiyi halda iddiaçının kredit məbləğini hesablanmış faiz və digər borcları ilə birlikdə qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Cavabdehə kredit borcunun ödənilməsi barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya 2364,17 manat əsas, 405,83 manat faiz – cəmi 2770 manat kredit borcu yaranmışdır. Borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 47,7 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən 13 mart 2023-cü il tarixli BUUM0193885B299 nömrəli kredit müqaviləsinə əsasən 2364,17 manat əsas, 405,83 manat faiz – cəmi 2770 manat pul vəsaitinin və 47,7 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcıcavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcıcavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2364,17 manat əsas, 405,83 manat faiz – cəmi 2770 manat borc məbləği və 47,7 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2364,17 manat əsas, 405,83 manat faiz və 47,7 manat dövlət rüsumu olmaqla cəmi 2817 (iki min səkkiz yüz on yeddi) manat 70 (yetmiş) qəpik borc məbləği alınaraq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar