Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-1254/2024 01.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "X1" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "X1" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 1540.69 manat əsas, 219.56 manat faiz və 26.19 manat cərimə olmaqla, cəmi 1786.44 manat borcun və 37.87 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçı knaḃ ınU“ Kommersı̇ ya Bankı” Açıq Səhmdar Cəmı̇ yyətinin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mərkəzi Məlumat bazasından çıxarılmış Cavabdehnın şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə hesab edir ki, iş üzrə cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olduğundan göstərilən mülki iş baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 40, 44, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı knaḃ ınU“ Kommersı̇ ya Bankı” Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1254/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-1254/2024
01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver