Məhkəmə qərarları › İş №e-2(037)-1256/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1256/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1256/2023 22.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı ərizə ilə müraciət edərək cavabdehdən 457,11 manat əsas, 11,04 manat faiz – cəmi 468,15 manat kredit borcunun və 30 manat dövlət rüsumunun iddiaçının hesabına ödənilməsi, 05 sentyabr 2019-cu il tarixli 15-xx-xx-097360 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli 15-xx-xx-097360 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə qaytarmaq şərti ilə illik 1 faiz olmaqla 644,11 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazimi qaydada yerinə yetirməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə rəsmi müraciət olunmasına baxmayaraq cavabdeh borcunu ödəməmişdir. İddiaçı cavabdehdən 457,11 manat əsas, 11,04 manat faiz – cəmi 468,15 manat borc və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi, 05 sentyabr 2019-cu il tarixli 15-xx-xx-097360 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 19 oktyabr 2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -05 sentyabr 2019-cu il tarixli 15-xx-xx-097360 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə cavabdehə illik 1 % olmaqla 60 ay müddətinə (bir il güzəşt müddəti tətbiq edilməklə) 644,11 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsində cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək və kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməsi hüququ nəzərdə tutulmuşdur. -15-xx-xx-097360 nömrəli kredit müqaviləsinə əlavənin surətindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş 60 ay müddətində (bir il güzəşt müddəti tətbiq edilməklə) 644,11 manat əsas və 19,71 manat faiz – cəmi 663,82 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. -28 avqust 2023-cü il tarixli Min/99 nömrəli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 05 sentyabr 2019-cu il tarixli 15-xx-xx-097360 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin üç iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. -05 oktyabr 2023-cü il tarixli Min/131 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh 05 sentyabr 2019-cu il tarixli 15-xx-xx-097360 nömrəli kredit müqaviləsi üzrə müxtəlif vaxtlarda ödəniş etmiş, 02 oktyabr 2023-cü il tarixə 457,11 manat əsas, 11,04 manat faiz – cəmi 468,15 manat borcu qaldığı qeyd edilmişdir. -13 oktyabr 2023-cü il tarixli **********33 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli 15-xx-xx-097360 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 1 % olmaqla 60 ay müddətinə (bir il güzəşt müddəti tətbiq edilməklə) 644,11 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsində cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək və kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməsi hüququ nəzərdə tutulmuşdur. Cavabdeh müqavilə ilə müəyyən edilmiş 60 ay müddətində (bir il güzəşt müddəti tətbiq edilməklə) 644,11 manat əsas və 19,71 manat faiz – cəmi 663,82 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləği ödənilməmişdir. İddiaçı cavabdehdən 457,11 manat əsas, 11,04 manat faiz – cəmi 468,15 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının hesabına ödənilməsi, 05 sentyabr 2019-cu il tarixli 15-xx-xx-097360 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Tərəflər arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli 15-xx-xx-097360 saylı kredit müqaviləsinin şərtlərinə əsasən kredit və faizlər vaxtında ödənilmədikdə və ya qismən ödənildikdə kreditorun kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməsi hüququ nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 457,11 manat əsas, 11,04 manat faiz və 30 manat dövlət rüsumu - cəmi 498 (dörd yüz doxsan səkkiz) manat 15 (on beş) qəpik məbləği alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli 15-xx-xx-097360 saylı kredit müqaviləsi ləğv edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar