Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1257/2025 24.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı ərizə ilə müraciət edərək cavabdehdən 2456,08 manat əsas, 93,95 manat faiz – cəmi 2550,03 manat kredit borcunun və 45,5 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 16 yanvar 2024cü il tarixli 360946-CNS-51635 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən cavabdehin 14 dekabr 2022-ci il tarixli 360946-CNS-41156 saylı kredit müqaviləsi üzrə 16 yanvar 2024-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və 2584,94 manat məbləğində borcu illik 13 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 16 aprel 2025-ci il tarixdən icra etməmiş və nəticədə 2550,03 manat məbləğində borcu qalmışdır. Borc üzrə cərimə tətbiq edilməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh müqavilə şərtlərini yerinə yetirməmişdir. İddiaçı cavabdehdən 2456,08 manat əsas, 93,95 manat faiz – cəmi 2550,03 manat kredit borcunun və 45,5 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 25 avqust 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -16 yanvar 2024-cü il tarixli 360946-CNS-51635 nömrəli kredit borcunun restrukturizasiyasına dair müqavilənin surətindən görünür ki, tərəflər arasında bağlanılmış 14 dekabr 2022-ci il tarixli 360946-CNS-41156 Nağd pul krediti müqaviləsi üzrə cavabdehin 16 yanvar 2024-cü il tarixə mövcud olan kapitallaşdırılmış borcun ödənilməsi məqsədilə iddiaçı tərəfindən həmin tarixdə cavabdehə illik 13 % olmaqla 59 ay müddətinə 2584,94 manat məbləğində kredit verilmişdir. -16 yanvar 2024-cü il tarixli 360946-CNS-51635 nömrəli kredit borcunun restrukturizasiyasına dair müqaviləsinə 1 nömrəli əlavənin surətindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən olunmuş 59 ay müddət ərzində 2584,94 manat əsas, 1059,66 manat faiz, cəmi 3644,6 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. -31 iyul 2025-ci il tarixli arayışından görünür ki, cavabdehin 16 yanvar 2024-cü il tarixli 360946-CNS-51635 nömrəli nağd pul krediti müqaviləsi üzrə 31 iyul 2025-ci il tarixə 2456,08 manat əsas, 93,95 manat faiz – cəmi 2550,03 manat borcu qaldığı qeyd edilmişdir. -04 avqust 2025-ci il tarixli 1708P nömrəli pretenziyanın surətindən görünür ki, cavabdehdən 16 yanvar 2024-cü il tarixli 360946-CNS-51635 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin üç iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. -22 avqust 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə 45,5 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış 14 dekabr 2022-ci il tarixli 360946-CNS-41156 Nağd pul krediti müqaviləsi üzrə cavabdehin 16 yanvar 2024-cü il tarixə mövcud olan kapitallaşdırılmış borcun ödənilməsi məqsədilə iddiaçı tərəfindən həmin tarixdə cavabdehə illik 13 % olmaqla 59 ay müddətinə 2584,94 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş 59 ay müddətində 2584,94 manat əsas, 1059,66 manat faiz olmaqla cəmi 3644,6 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləğini ödəməmişdir. İddiaçı cavabdehdən 2456,08 manat əsas, 93,95 manat faiz – cəmi 2550,03 manat kredit borcunun və 45,5 manat dövlət rüsumunun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2456,08 manat əsas, 93,95 manat faiz – cəmi 2550,03 manat kredit borcunun və 45,5 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2456,08 manat əsas, 93,95 manat faiz və 45,5 manat dövlət rüsumu cəmi 2595 (iki min beş yüz doxsan beş) manat 53 (əlli üç) qəpik məbləği alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1257/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1257/2025
24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver