Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1269/2023 30.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X2 kаtibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı ərizə ilə müraciət edərək cavabdehdən 1207,35 manat ziyan məbləği və mediasiya xərci üçün ödənilmiş 60 manat dövlət rüsumunun iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 23 fevral 2018-ci il tarixdə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh 05 iyul 2018-ci il tarixdə 268-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “Tam maddi Məsuliyyət” haqqında müqavilə imzalamışdır. 11 may 2022-ci il tarixdə 205 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 14 mart 2022-ci il tarixdə İddiaçı MMC-nin OBA İsmayıllı 4 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin cəmiyyətə ziyan vurduğu müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 1929,43 manat məbləğində müəyyən olunmuşdur. Cavabdehdən borcun ödənilməsi dəfələrlə tələb olunsa da, cavabdeh heç bir ödəniş etməmişdir. İddiaçı 1207,35 manat vurulmuş ziyan və mediasiya xərci üçün ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 23 oktyabr 2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 23 fevral 2018-ci il tarixli əmək müqaviləsinin və vəzifə təlimatının surətlərindən görünür ki, tərəflər arasında 23 fevral 2018-ci il tarixdən 23 avqust 2018-ci il tarixədək altı ay müddətinə cavabdehin MMC-də satıcı-kassir vəzifəsində işləməsinə dair əmək müqaviləsi bağlanılmışdır. - 23 fevral 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, “X6” MMC ilə Cavabdeh arasında 23 fevral 2018-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və tərəflər müqavilənin şərtləri ilə tanış olaraq öz imzaları ilə təsdiq etmişlər. - “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə 23 fevral 2018-ci il tarixli 082-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin Satış Departamentinin satış şöbəsinə 23 fevral 2018-ci il tarixdən etibarən Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 153 manatdır. - Əmək müqaviləsinə əlavənin surətindən görünür ki, tərəflər arasında 23 fevral 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək Cavabdeh 05 iyul 2018-ci il tarixdən cəmiyyətin satış departamentinə administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq 175 manat təşkil edir. - “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə 05 iyul 2018-ci il tarixli 268-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin Satış Departamentinin satış şöbəsində 05 iyul 2018-ci il tarixdən etibarən administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 175 manatdır. - 14 mart 2022-ci il tarixli 541 nömrəli əmrin surətindən görünür ki, həmin tarixdə İsmayıllı şəhəri Nizami küçəsində yerləşən OBA-İSMAYİLLİ 4 mağazasında administrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların 14 mart 2022-ci il tarixinə olan vəziyyətinin (qanun pozuntuları olması ehtimalı ilə əlaqədar) yoxlaması aparılmış, maddi qiymətlilər yeni təyin olunmuş maddi-məsul şəxs X3 təhvil verilmişdir. - 14 mart 2022-ci il tarixli imtina aktının surətindən görünür ki, İsmayıllı şəhəri Nizami küçəsində yerləşən OBA-İSMAYİLLİ 4 mağazasında həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə 14 mart 2022-ci il tarixik vəziyyətə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-1929,43 manat) yaranması səbələri barədə izahat verməkdən imtina etmişdir. - 07 aprel 2022-ci il tarixli inventarizasiya siyahısından görünür ki, həmin tarixdə İsmayıllı şəhəri Nizami küçəsində yerləşən OBA-İSMAYİLLİ 4 mağazası üzrə maddi-məsul şəxs Cavabdeh iştirakı ilə öhdəliyində olan 2946 sıra nömrəsinə siyahılanmış maddi qiymətlilər yoxlanılmış və düzgünlüyü komissiya üzvləri tərəfindən təsdiq olunmuşdur. -Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 05 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 14 mart 2022-ci il tarixində 1929,43 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gələnələrə görə ümumi olaraq 1207,35 manat borc qalımışdır. Beləliklə, Cavabdeh 05 aprel 2023-ci il tarixinə "xxxx" MMC-ə olan ümumi borcu 1207,35 manat təşkil edir. -Cavabdeh tərəfindən "xxxx" MMC-ə ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. -11 may 2022-ci il tarixli 205 saylı “işdən azad haqqında” əmrdən çıxarışın surətindən görünür ki, "xxxx" MMC-nin Satış Departamentinin Satış X1 Cabbarovun əmək müqaviləsinə 11 may 2022-ci il tarixindən Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. - 17 iyul 2023-cü il tarixli MSB18-2023/0028 nömrəli mediasiya prosesinə xitam verilməsi haqqında protokolun surətindən görünür ki, iddiaçı cavabdehə qarşı vurulmuş 1207,35 manat maddi zərərin ödənilməsi ilə bağlı mediasiya şurasına müraciət etmiş, mediasiya prosesində tərəflər arasında razılıq və ya saziş əldə edilməmiş, tərəflərdən heç biri İMS-dan sonra mediasiya prosesini davam etdirməyə razılıq verməmiş, mübahisənin məhkəmə qaydasında həllinə tərəfdar olduqlarını bildirmişlər. Nəticədə mediator tərəfindən mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü müəyyən edilmiş və “Mediasiya haqqında Qanun”un 32-ci maddəsinə əsasən mediasiya prosesinə xitam verilmişdir. İddiaçı tərəfindən Bakı 4 saylı Mediasiya Təşkilatının hesabına 60 (50+10) manat mediasiya xərci ödənilmişdir. - 14 oktyabr 2022-ci il tarixli DN-5517 nömrəli xəbərdarlığın surətindən görünür ki, 1207,35 manat qalıq borcun ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə barəsində hüquqi tədbirlər həyata keçiriləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında cavabdehin 23 fevral 2018-ci il tarixdən 23 avqust 2018-ci il tarixədək altı ay müddətinə MMC-də satıcı-kassir vəzifəsində işləməsinə dair əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, tərəflər müqavilənin şərtləri ilə tanış olaraq öz imzaları ilə təsdiq etmişlər. Tərəflər arasında 23 fevral 2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 05 iyul 2018-ci il tarixdə dəyişiklik edilərək Cavabdeh 05 iyul 2018-ci il tarixdən cəmiyyətin satış departamentinə administrator vəzifəsinə keçirilmişdir. 14 mart 2022-ci il tarixdə İsmayıllı şəhəri Nizami küçəsində yerləşən OBA- İSMAYİLLİ 4 mağazasında administrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların 14 mart 2022-ci il tarixinə olan vəziyyətinin (qanun pozuntuları olması ehtimalı ilə əlaqədar) yoxlaması aparılmış, maddi qiymətlilər yeni təyin olunmuş maddi-məsul şəxs X3 təhvil verilmişdir. Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-1929,43 manat) yaranması səbələri barədə izahat verməkdən imtina etmişdir. Cavabdeh təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 14 mart 2022-ci il tarixində 1929,43 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gələnələrə görə ümumi olaraq 1207,35 manat borc qalımışdır. Cavabdeh əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmiş və 11 may 2022-ci il tarixli 205 saylı “işdən azad haqqında” əmrlə Cavabdeh əmək müqaviləsinə 11 may 2022-ci il tarixindən Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. İddiaçı cavabdehə qarşı vurulmuş 1207,35 manat maddi zərərin ödənilməsi ilə bağlı mediasiya şurasına müraciət etmiş, mediasiya prosesində tərəflər arasında razılıq və ya saziş əldə edilməmiş, tərəflərdən heç biri İMS-dan sonra mediasiya prosesini davam etdirməyə razılıq verməmiş, mübahisənin məhkəmə qaydasında həllinə tərəfdar olduqlarını bildirmişlər. Nəticədə mediator tərəfindən mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü müəyyən edilmiş və “Mediasiya haqqında Qanun”un 32-ci maddəsinə əsasən mediasiya prosesinə xitam verilmişdir. İddiaçı tərəfindən Bakı 4 saylı Mediasiya Təşkilatının hesabına 60 (50+10) manat mediasiya xərci ödənilmişdir. Cavabdehdən 1207,35 manat qalıq borcun ödənilməsi tələb olunmuş, lakin borc məbləği ödənilməmişdir. İddiaçı 1207,35 manat vurulmuş ziyan və ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işə götürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə,yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçi tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1207,35 manat vurulmuş ziyan və 60 manat ödənilmiş mediasiya xərci, cəmi 1267,35 manat məbləği alınaraq İddiaçı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1207,35 manat vurulmuş ziyan və 60 manat ödənilmiş mediasiya xərci – cəmi 1267 (bir min iki yüz altmış yeddi) manat 35 (otuz beş) qəpik məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1269/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1269/2023
30.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver