Məhkəmə qərarları › İş №e-2(037)-1291/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1291/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1291/2024 16.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə 16 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) iddiaçının xeyrinə 5118.50 manat əsas, 2085.71 manat faiz və 170.04 manat cərimə olmaqla, cəmi 7374.25 manat borcun və 94.15 manat dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta müqaviləsi əsasında “X1” ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2027-ci il tarixinədək illik 29% ödəmək şərti ilə 5200 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində ərizəni (aksept) imzalamaqla "xxxx" ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsi ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir.Ümumi oferta müqaviləsinin 17.11-ci bəndinə əsasən müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirsə də,ancaq cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə əməl etmədiyindən əsas borc məbləğinə 2085.71 manat faiz və 170.04 manat cərimə borcu hesablanmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 94.15 manat dövlət rüsumu ödənilmişdir. Hazırda cavabdehin iddiaçıya 5118.50 manat əsas, 2085.71 manat faiz və 170.04 manat cərimə olmaqla, cəmi 7374.25 manat borcu vardır. İddiaçı cavabdehdən 5118.50 manat əsas, 2085.71 manat faiz və 170.04 manat cərimə olmaqla, cəmi 7374.25 manat borc və 94.15 manat dövlət rüsumu məbləğini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş,əvvəlki məhkəmə iclasında elektron ərizə göndərərək məhkəmə hazırlıq və baxış iclaslarını iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta müqaviləsi əsasında “X1” ASC tərəfindən ona istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2027-ci il tarixinədək illik 29% ödəmək şərti ilə 5200 manat məbləğində kredit xətti açılmışdır. O, xx.xx.2022-ci il tarixində ərizəni (aksept) imzalamaqla "xxxx" ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsi ilə tanış olmuş və müqavilənin bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Bank tərəfindən əsas borc məbləğinə hesablanmış faiz borcunun silinməsi ilə bağlı bankın problemli kreditlər şöbəsində olmuşdur. Problemli kreditlər şöbəsində ona 5200 manat əsas borcuna 2000 manat faiz borcu hesablandığı bildirilmişdir. Bankın problemli kreditlər şöbəsində faiz borcunun silinməsi ilə bağlı onunla əlaqə saxlanılacağını bildirsələr də, həmin şöbədən onunla əlaqə saxlanılmamışdır. Kredit borcunu vaxtı-vaxtında ödəməməsinin səbəbi səhətində olan problem, himayəsində azyaşlı talasemiya xəstəsi olan uşağının olması, heç bir yerdə işləməməsi və kirayədə qalması olmuşdur. O, hər ay talasemiya xəstəsi olan uşağını müalicə etdirmək üçün Bakı şəhərinə aparır. Bank tərəfindən kredit ona 29%-lə verilmişdir.Krediti səhətində olan problemin həlli məqsədi ilə götürmüşdür. Kredit götürdükdən sonra üç ay kredit borcunu vaxtı-vaxtında ödəmişdir. Sonradan maddi vəziyyəti ilə əlaqədar olaraq kredit borcunu ödəyə bilməmişdir. İddia tələbini qismən əsas borc məbləğinə dair hissədə qəbul edir. Onun əsas borc məbləğinə hesablanmış faiz və cərimə məbləğlərini ödəməyə maddi imkanı yoxdur.Hazırda heç bir yerdə işləmir. Əgər vaxt verilərsə əsas kredit borcu məbləğini hissə-hissə ödəyə bilər. Ona görə də səhətində olan problemi, himayəsində talasemiya xəstəsi olan uşağının olmasını,heç bir yerdə işləməməsini və kirayədə qalmasını nəzərə alaraq iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta müqaviləsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı “X1” ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2027-ci il tarixinədək illik 29% ödəmək şərti ilə 5200 manat məbləğində kredit xətti açılmış, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 09 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 2994nkİSMLb/22 saylı kredit müqaviləsinə əsasən cavabdehin 09 sentyabr 2024-cü il tarixinə 5118.5 manat əsas, 2085.71 manat faiz və 170.04 manat cərimə olmaqla, cəmi 7374.25 manat məbləğində borcu vardır. 09 sentyabr 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 94.15 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı “X1” ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2027-ci il tarixinədək illik 29% ödəmək şərti ilə 5200 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində ərizəni (aksept) imzalamaqla "xxxx" ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirsə də,ancaq cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə əməl etmədiyindən əsas borc məbləğinə 2085.71 manat faiz və 170.04 manat cərimə borcu hesablanmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 94.15 manat dövlət rüsumu ödənilmişdir.Hazırda cavabdehin iddiaçıya 5118.50 manat əsas, 2085.71 manat faiz və 170.04 manat cərimə olmaqla, cəmi 7374.25 manat borcu vardır. İddiaçı cavabdehdən 5118.50 manat əsas, 2085.71 manat faiz və 170.04 manat cərimə olmaqla, cəmi 7374.25 manat borcun və 94.15 manat dövlət rüsumunun tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qismən əsas borc məbləğinə dair hissədə etiraf etdiyini, əsas borc məbləğinə hesablanmış faiz və cərimə məbləğlərini ödəməyə maddi imkanı olmadığını, hazırda heç bir yerdə işləmədiyini, əgər vaxt verilərsə əsas kredit borcu məbləğini hissə-hissə ödəyə biləcəyini bildirir və səhətində olan problemi, himayəsində talasemiya xəstəsi olan uşağının olmasını, heç bir yerdə işləməməsini və kirayədə qalmasını nəzərə alaraq iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki,Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən iddiaçının xeyrinə 5118.50 manat əsas və 2085.71 manat faiz borcu məbləği tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi,o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edildi ki,xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta müqaviləsi üzrə 170.04 manat cərimə həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablanmışdır və yüksək məbləğ deyildir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən iddiaçının xeyrinə 170.04 manat cərimə məbləği tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 94.15 manat dövlət rüsumu məbləği də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5118.50 manat əsas borc, 2085.71 manat faiz borcu və 170.04 manat cərimə borcu olmaqla,cəmi 7374.25 manat borc və 94.15 manat dövlət rüsumu məbləği tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar