Məhkəmə qərarları › İş №e-2(037)-1319/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1319/2023

21.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1319/2023 21.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 21 dekabr 2023-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 2057,31 manat vurulmuş ziyan və 55 manat mediasiya xərcinin tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 13 noyabr 2023-cü il tarixdə cavabdehlərə rəsmi qaydada göndərilməklə, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazlarını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etmələri izah olunmuşdur. Eyni zamanda, cavabdehlərə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər 14 noyabr 2023-cü il tarixdə cavabdehin rəsmi qeydiyyat ünvanına göndərilmişdir. Lakin cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı 09 mart 2022ci il tarixli əmək müqaviləsinə əsasən satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. 28 iyun 2022-ci il tarixli 304-1 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və "X3" haqqında müqavilə imzalanmışdır. Cavabdeh 16 sentyabr 2022-ci il tarixli 482 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 13 sentyabr 2022-ci il tarixdə "xxxx" MMC-nin - OBA İsmayıllı 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin iddiaçıya zərər vurması müəyyən edilmişdir. 13 sentyabr 2022-ci il tarixdə "İnventarizasiya Nəticələrinə" dair Akta əsasən yekun ziyan məbləği 3222 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2057,31 manat borc qalmışdır. Cavabdehin hal-hazırda iddiaçıya ümumilikdə 2057,31 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdehdən 2057,31 manat vurulmuş ziyan və 55 manat mediasiya xərcinin tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. 09 mart 2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, tərəflər arasında 09 mart 2022-ci il tarixdən 09 aprel 2022-cü il tarixədək bir ay müddətinə cavabdehin İddiaçı MMC-də satıcı-kassir vəzifəsində işləməsinə dair əmək müqaviləsi bağlanılmışdır. İddiaçı üzrə 28 iyun 2022-ci il tarixli 304-1 saylı əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində 28 iyun 2022-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 345 manatdır. 28 iyun 2022-ci il tarixli X3 haqqında müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 28 iyun 2022-ci il tarixdə X3 haqqında müqavilə bağlanmış və tərəflər müqavilənin şərtləri ilə tanış olaraq öz imzaları ilə təsdiq etmişlər. 13 sentyabr 2022-ci il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktının inventarizasiya siyahısının surətindən görünür ki, həmin tarixdə İsmayıllı rayonu “Saat meydanı 1” adlanan ünvanında yerləşən OBA-İsmayıllı 1 mağazası üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə öhdəliyində olan maddi qiymətlilər yoxlanılmışdır. Yekun ziyan məbləği 3222,91 manat müəyyən edilmişdir. 13 sentyabr 2022-ci il tarixli imtina aktının surətindən görünür ki, maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-3222,91 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İddiaçı üzrə 16 sentyabr 2022-ci il tarixli 482 saylı əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin administratorunun əmək müqaviləsinə 16 sentyabr 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” maddəsinə əsasən xitam verilmişdir. 18 aprel 2023-ci il tarixli DN-2108 nömrəli xəbərdarlığın surətindən görünür ki, 2057,31 manat qalıq borcun ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə barəsində hüquqi tədbirlər həyata keçiriləcəyi bildirilmişdir. 22 may 2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 13 sentyabr 2022-ci il tarixində 3222,91 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 2057,31 manat borc qalmışdır. Beləliklə, Cavabdeh 22 may 2023-cü il tarixinə, İddiaçı MMC-yə olan ümumi borcu 2057,31 manat təşkil edir. 01 sentyabr 2023-cü il tarixli, MŞB/4-2023-00117 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən təsvir edildiyi kimi, əmək mübahisəsi üzrə 01 sentyabr 2023-cü il tarixində, saat 14:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X1 ilkin mediasiya sessiyasında iştirak etmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci və 05 (beş) manat poçt göndərişi xərcini İddiaçı MMC nağdsız qaydada təşkilatın bank hesabına ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında 09 mart 2022-ci il tarixdən 09 aprel 2022-cü il tarixədək bir ay müddətinə cavabdehin İddiaçı MMC-də satıcıkassir vəzifəsində işləməsinə dair əmək müqaviləsi bağlanılmışdır. Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində 28 iyun 2022-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. 28 iyun 2022-ci il tarixli X3 haqqında müqaviləyə əsasən tərəflər arasında 28 iyun 2022-ci il tarixdə X3 haqqında müqavilə bağlanmış və tərəflər müqavilənin şərtləri ilə tanış olaraq öz imzaları ilə təsdiq etmişlər. 13 sentyabr 2022-ci il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktının inventarizasiya siyahısı üzrə həmin tarixdə İsmayıllı rayonu “Saat meydanı 1” adlanan ünvanında yerləşən OBA-İsmayıllı 1 mağazası üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə öhdəliyində olan maddi qiymətlilər yoxlanılmışdır. Yekun ziyan məbləği 3222,91 manat müəyyən edilmişdir. 13 sentyabr 2022-ci il tarixli imtina aktına əsasən maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (- 3222,91 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin administratorunun əmək müqaviləsinə 16 sentyabr 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” maddəsinə əsasən xitam verilmişdir. 2057,31 manat qalıq borcun ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə barəsində hüquqi tədbirlər həyata keçiriləcəyi bildirilmişdir. 22 may 2023-cü il tarixli arayışa əsasən cavabdehlə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 13 sentyabr 2022-ci il tarixində 3222,91 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 2057,31 manat borc qalmışdır. Beləliklə, cavabdehin 22 may 2023-cü il tarixinə, İddiaçı MMC-yə olan ümumi borcu 2057,31 manat təşkil edir. 01 sentyabr 2023cü il tarixli, MŞB/4-2023-00117 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən cavabdeh iddiaçı tərəfindən təsvir edildiyi kimi, əmək mübahisəsi üzrə 01 sentyabr 2023-cü il tarixində, saat 14:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X1 ilkin mediasiya sessiyasında iştirak etmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci və 05 (beş) manat poçt göndərişi xərcini İddiaçı MMC nağdsız qaydada təşkilatın bank hesabına ödəmişdir. İddiaçı cavabdehdən 2057,31 manat vurulmuş ziyan və 55 manat mediasiya xərcinin tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işə götürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə,yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçi tam həcmdə maddi məsuliyyət daşıyır. 200.1-ci maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X3 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Məhkəmə qərara gəlir ki, cavabdehin iddiaçı təşkilata 2057,31 manat məbləğinə ziyan vurduğu sübuta yetirildiyindən, tərəflər arasında bağlanmış X3 haqqında müqavilənin şərtlərinə əsasən həmin məbləğ cavabdehdən tutularaq İddiaçı bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 55 manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2057,31 manat vurulmuş ziyan və 55 manat ödənilmiş mediasiya xərci – cəmi 2112 (iki min bir yüz on iki) manat 31 (otuz bir) qəpik tutularaq İddiaçı bank hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar