Məhkəmə qərarları › İş №e-2(037)-134/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-134/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-134/2022 19.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 19 yanvar 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 211,43 manat əsas, 52,27 manat cərimə olmaqla 263,7 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 21 dekabr 2021-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 26 dekabr 2021-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 5 noyabr 2018-ci il tarixdə İSMK00316 nömrəli nisyə satış müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh aldığı malın 526,1 manat dəyərini 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Cavabdehin müqavilə üzrə 211,43 manat əsas borcu ödənilməmiş qalmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq əsas borca 52,27 manat cərimə hesablanmışdır. İddiaçı cavabdehdən 211,43 manat əsas borc, 52,27 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 5 noyabr 2018-ci il tarixli İSMK00316 nömrəli nisyə satış müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə cəmi 526,1 manat dəyərində avadanlıq satılmışdır. 6 sentyabr 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 5 noyabr 2018-ci il tarixli İSMK00316 nömrəli nisyə satış müqaviləsi üzrə 211,43 manat əsas, 52,27 manat cərimə - cəmi 263,7 manat borcu yaranmışdır. 9 sentyabr 2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən 5 noyabr 2018-ci il tarixli İSMK00316 nömrəli müqavilə üzrə yaranmış 263,7 manat borc məbləğinin üç gün ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 15 dekabr 2021-ci il tarixli **********59 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 5 noyabr 2018-ci il tarixli İSMK00316 nömrəli nisyə satış müqaviləsinin şərtlərinə görə cavabdeh 12 ay müddətinə 526,1 manat dəyərində Samsung SM-J600FZDDCAU Gold markalı telefon satılmışdır. Cavabdehin müqavilə üzrə 211,43 manat əsas borcu ödənilməmiş qalmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq əsas borca 52,27 manat cərimə hesablanmışdır. İddiaçı cavabdehdən 211,43 manat əsas, 52,27 manat cərimə - cəmi 263,7 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 5 noyabr 2018-ci il tarixdə İSMK00316 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 52,27 manat cərimə məbləği həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 5 noyabr 2018-ci il tarixli İSMK00316 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 52,27 manat cərimə məbləği tutulmasına dair hissədə qismən - 10 manat həddində təmin edilməlidir. Məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış 5 noyabr 2018-ci il tarixli İSMK00316 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 211,43 manat əsas və 10 manat cərimə məbləği alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 211,43 manat əsas, 10 manat cərimə, 30 manat dövlət rüsumu - cəmi 251 (iki yüz əlli bir) manat 43 (qırx üç) qəpik borc məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar