Məhkəmə qərarları › İş №e-2(037)-1366/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1366/2022

02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1366/2022 02.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair mülki işə 02 dekabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) iddiaçının xeyrinə BPM**********26 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1568.31 manat əsas, 265.12 manat faiz olmaqla, cəmi 1833.43 manat borc, 37.69 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********26 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh “İBA mobile” mobil tətbiqi vasitəsilə 24 ay müddətinə illik 19% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh BPM**********26 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcunun bir hissəsini ödəmiş və 1568.31 manat qalıq borcu qalmışdır. Cavabdehin qalıq borcuna da müqavilə şərtlərinə əsasən 265.12 manat faiz borcu hesablanmışdır. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirsə də, ancaq cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə cavabdehə xx.xx.2022-ci il tarixdə 22-7312/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öhdəliyin icrası istiqamətində hər hansı tədbir görmədiyindən iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 37.69 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Hazırda cavabdehin iddiaçıya 1568.31 manat əsas və 265.12 manat faiz olmaqla, cəmi 1833.43 manat borcu vardır. İddiaçı cavabdehdən BPM**********26 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1568.31 manat əsas, 265.12 manat faiz olmaqla, cəmi 1833.43 manat borc, 37.69 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı məbləğinin tutulmasını tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, BPM**********26 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona “İBA mobile” mobil tətbiqi vasitəsilə 24 ay müddətinə illik 19% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcunu hər ay vaxtlı-vaxtında ödəmiş, lakin sonradan maddi imkansızlıq üzündən müqavilə üzrə borcunu vaxtında ödəyə bilməmişdir.Hazırda onun iddiaçıya 1568.31 manat əsas və 265.12 manat faiz olmaqla, cəmi 1833.43 manat borcu vardır. İddiaçı ilə aralarında bağlanmış BPM**********26 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc və faiz borcunu yaxın vaxtlarda hissə-hissə ödəyəcəkdir. Qeyd etdiklərinə əsasən maddi vəziyyəti nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. xx.xx.2021-ci il tarixli BPM**********26 nömrəli kredit müqaviləsinin surətindən görünür ki,həmin kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən “İBA mobile” mobil tətbiqi vasitəsilə cavabdehə 24 ay müddətinə illik 19% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 1380 nömrəli maliyyə arayışından görünür ki, BPM**********26 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixinə 1568.31 manat əsas və 265.12 manat faiz olmaqla, ümumi yaranmış borcu 1833.43 manat məbləğində olmuşdur. xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 37.69 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, BPM**********26 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə “İBA mobile” mobil tətbiqi vasitəsilə 24 ay müddətinə illik 19% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə borcunun bir hissəsini ödəmiş və 1568.31 manat qalıq borcu qalmışdır. Cavabdehin qalıq borcuna da müqavilə şərtlərinə əsasən 265.12 manat faiz borcu hesablanmışdır.İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirsə də,ancaq cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilə şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 37.69 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı məbləği ödənilmişdir. Hazırda cavabdehin iddiaçıya 1568.31 manat əsas və 265.12 manat faiz borcu vardır. İddiaçı cavabdehdən BPM**********26 nömrəli kredit müqaviləsi üzrə 1568.31 manat əsas, 265.12 manat faiz, 37.69 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı məbləğini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh BPM**********26 nömrəli kredit müqaviləsi üzrə olan borcunun bir hissəsini ödədiyini, qalan əsas borc və faiz borcunu isə yaxın vaxtlarda ödəyəcəyini bildirir və maddi vəziyyəti nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə BPM**********26 nömrəli kredit müqaviləsi üzrə 1568.31 manat əsas və 265.12 manat faiz olmaqla, cəmi 1833.43 manat borc məbləği tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən iddiaçının xeyrinə 37.69 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı məbləği tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə BPM**********26 nömrəli kredit müqaviləsi üzrə 1568.31 manat əsas, 265.12 manat faiz, 37.69 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı olmaqla, cəmi 1871.52 (bir min səkkiz yüz yetmiş bir manat əlli iki qəpik) manat tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar