Məhkəmə qərarları › İş №e-2(037)-1395/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1395/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1395/2024 04.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Məhdud Məsulı̇ yyətli Müəssı̇ səsi Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********0464 saylı kredit müqaviləsi üzrə 681,69 manat əsas, 0,58 manat faiz olmaqla cəmi 682,27 manat, **********0477 saylı kredit müqaviləsi üzrə 828,33 manat əsas və 35,11 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latı ilə Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli **********0464 saylı kredit (Restrukturizasiya) müqaviləsinə əsasən aylıq 19,44 manat ödəniş etməklə 913,9 manat, həmin tarixli **********0477 saylı kredit (Restrukturizasiya) müqaviləsinə əsasən 21,23 manat ödəniş etməklə 998,4 manat kredit verilmişdir. Kredit məbləğləri illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə verilmişdir. Kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli **********0***-******* saylı və **********0***-******* saylı zaminlik müqavilələri ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqavilələrinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh1 09 avqust 2024-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latına **********0464 saylı kredit müqaviləsi üzrə 681,69 manat əsas, 0,58 manat faiz olmaqla cəmi 682,27 manat, **********0477 saylı kredit müqaviləsi üzrə 828,33 manat əsas borcu yaranmışdır. İddaçı həmin borcun və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latının hesabına ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş 03 oktyabr 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehlərin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır Məhkəmə iş materiallarını araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 09 oktyabr 2019-cu il tarixli **********0464 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin tarixdə İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latı tərəfindən Cavabdeh1 illik 0 faiz dərəcəsi ilə 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə 913,9 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən olunmuş müddətdə 913,9 manat əsas və 28,37 manat faiz olmaqla cəmi 942,27 manat ödəməyi öhdəsinə götürmüşdür. - 09 oktyabr 2019-cu il tarixli **********0477 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin tarixdə İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latı tərəfindən Cavabdeh1 illik 0 faiz dərəcəsi ilə 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə 998,4 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən olunmuş müddətdə 998,4 manat əsas və 21,23 manat faiz olmaqla cəmi 1029,33 manat ödəməyi öhdəsinə götürmüşdür. -09 oktyabr 2019-cu il tarixli **********0***-******* saylı və **********0***-*******1 saylı zaminlik müqavilələrinin surətlərindən görünür ki, İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latı ilə Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli **********0464 nömrəli və həmin tarixli **********0477 nömrəli kredit müqavilələri əsasında Cavabdeh1 veriləcək 913,9 manat və 998,4 manat kreditlərlə əlaqədar olaraq Cavabdeh1 Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh2 onunla birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - 09 avqust 2024-cü il tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, cavabdehin 09 oktyabr 2019-cu il tarixli **********0477 nömrəli kredit müqaviləsi üzrə 828,33 manat əsas borcu vardır. - 12 avqust 2024-cü il tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, cavabdehin 09 oktyabr 2019-cu il tarixli **********0464 nömrəli kredit müqaviləsi üzrə 681,69 manat əsas və 0,58 manat cərimə borcu vardır. - İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 15 avqust 2024-cü il tarixdə 35,11 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latı ilə Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli **********0464 saylı kredit (Restrukturizasiya) müqaviləsinə əsasən aylıq 19,44 manat ödəniş etməklə 913,9 manat, həmin tarixli **********0477 saylı kredit (Restrukturizasiya) müqaviləsinə əsasən 21,23 manat ödəniş etməklə 998,4 manat kredit verilmişdir. Kredit məbləğləri illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə verilmişdir. Kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli **********0***-******* saylı və **********0***-******* saylı zaminlik müqavilələri ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqavilələrinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh1 **********0464 saylı kredit müqaviləsi üzrə 681,69 manat əsas, 0,58 manat faiz olmaqla cəmi 682,27 manat, **********0477 saylı kredit müqaviləsi üzrə 828,33 manat əsas borcu vardır. İddiaçı cəmi 1510,6 manat borcu və ödənilmiş 35,11 manat məbləğində dövlət rüsumunu müştərək qaydada cavabdehlərdən tələb edir. Cavabdehlər iddia tələbinə münasibət bildirməmişlər. Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi üzrə üzərilərinə götürdükləri öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********0464 saylı kredit müqaviləsi üzrə 681,69 manat əsas borc, 0,58 manat faiz borcu, **********0477 saylı kredit müqaviləsi üzrə 828,33 manat əsas borc və 35,11 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1545,71 manat məbləği alınaraq İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latının hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********0464 saylı kredit müqaviləsi üzrə 681,69 manat əsas borc, 0,58 manat faiz borcu, **********0477 saylı kredit müqaviləsi üzrə 828,33 manat əsas borc və 35,11 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1545 (bir min beş yüz qırx beş) manat 71 (yetmiş bir) qəpik məbləği alınaraq İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latının hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar